İrandan sərt açıqlama: Səudiyyə Ərəbistanı terrorçu dövlətə çevrilir
Səlahiyyət müddəti daha 3 il uzadılan İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfər Səudiyyə Ərəbistanını terrorçu dövlət adlandırıb. Cəfəri bu sözləri rəhbərlik etdiyi qurumun üzvləri qarşısında çıxışı zamanı söyləyib. O, Səudiyyə Ərəbistanı rəhbərliyinin ünvanına sərt ifadələr səsləndirib və onlara “lənətlənmişlər” deyə xitab edib. Bildirib ki, bu bölgədə yalnız yetərincə gücü olan ölkələr özlərini təhlükəsizlikdə hiss edə bilirlər.
5 İyul 2017 14:30 DünyaSəlahiyyət müddəti daha 3 il uzadılan İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfər Səudiyyə Ərəbistanını terrorçu dövlət adlandırıb. Cəfəri bu sözləri rəhbərlik etdiyi qurumun üzvləri qarşısında çıxışı zamanı söyləyib. O, Səudiyyə Ərəbistanı rəhbərliyinin ünvanına sərt ifadələr səsləndirib və onlara "lənətlənmişlər" deyə xitab edib. Bildirib ki, bu bölgədə yalnız yetərincə gücü olan ölkələr özlərini təhlükəsizlikdə hiss edə bilirlər.
İran İnqilab Keşikçiləri Korpusu keçən ay parlament binasında və Ayətullah Xomeyninin türbəsində baş verən terror aktlarına görə də Səudiyyəni günahlandırmışdı. Publika.az