Məşhur aktyor vəfat etdi
Məşhur Türk aktyoru Hakan Balamir ötən gecə 72 yaşında Sağlamlıq Elmləri Universiteti Süreyyapaşa Sinə Xəstəlikləri və Sinə Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, aktyor bir həhtə öncə xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxilələlrinə rəğmən həyatını xilas etmək mümükün olmayıb. Tamaşaçılar Hakan Balamiri ilk dəfə 1972 – ci ildə çəkilən “Bir aşk bin ölüm” filmi ilə tanıyıblar. Aktyor 1985 – ci ildə keçirilən Antalya film festivalında “Ən yaxşı kişi aktyoru”, iki il öncə isə “Yunus Əmrə” filmindəki baş roluna görə Antalya film festivalında mükafata layiq görülmüşdü.
5 İyul 2017 10:01 DünyaMəşhur Türk aktyoru Hakan Balamir ötən gecə 72 yaşında Sağlamlıq Elmləri Universiteti Süreyyapaşa Sinə Xəstəlikləri və Sinə Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. "Olaylar" Anadolu agentliyinə istinadən bildirir ki, aktyor bir həhtə öncə xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxilələlrinə rəğmən həyatını xilas etmək mümükün olmayıb.
Tamaşaçılar Hakan Balamiri ilk dəfə 1972 - ci ildə çəkilən "Bir aşk bin ölüm" filmi ilə tanıyıblar. Aktyor 1985 - ci ildə keçirilən Antalya film festivalında "Ən yaxşı kişi aktyoru", iki il öncə isə "Yunus Əmrə" filmindəki baş roluna görə Antalya film festivalında mükafata layiq görülmüşdü.
Qeyd edək ki, bir çox filmlərdə prodüsser kimi də fəaliyyət göstərən Hakan Balamir Memduh Ün, Ömər Lütfü Akad, Ömər Kavur kimi məşhur Türk rejissorlarının filmlərində və müxtəlif seriallarda rol almışdı.