Vatsapdan yenilik: smayl axtarmaq çox asanlaşacaq

SMS proqramını tarixə qovuşduran mesajlaşma platforması Vatsap daha bir yenilik həyata keçirib. Bu yenilik smayllardan istifadəni çox daha asanlaşdıracaq.

İstifadəçilər smayllar bölməsinə daxil olduqda axtarış bölməsi ilə qarşılaşacaqlar. Burada istifadə etmək istədikləri smaylın növünü yazaraq ona aid olan bütün növ smaylları görəcəklər.

Məsələn, istifadəçi "əl" yazaraq əl ilə əlaqədar bütün smaylları bir arada görəcək və istədiyini seçib göndərə biləcək.

Proqram tərtibçiləri çox yaxın zamanda yeniliyin tətbiq olunacağını açıqlayıblar. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31