Dünya
6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü
Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.Belə ki, Abılay xan adına Universitetin iki magistrantı iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. "İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.
İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış
Antalyada taxta-şalban və içki ticarəti ilə məşğul olan 34 yaşlı Osman Borazanoğlu tək başına yaşadığı villasında ölü olaraq tapılıb. Övladlıqdan çıxarıldığı deyilən Borazanoğlunun tapançayla özünü vurduğu məlum olub.
ABŞ-dakı erməni mafiyasının gizlinləri - DOSYE
"Erməni Gücü" - "Armenian Power" adlı kriminal birləşmə ilə bağlı yeni faktlar məlum olub. Kriminal birləşmə Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşıb. Qruplaşma 1980-ci illərdə yaradılıb. 1988-ci ildə iyirmi quldur Şərqi Hollivudda mini-marketlərin birinin yanında özünə avtomobil dayanacağını alır və buranı özlərinin qərargahı elan edirlər. Artıq 1997-ci ildə "Armenian Power"un üzvləri onlarla qətl törədir.2000-ci ilin əvvəlində kriminal Latın Amerikası dəstəsinin üzvləri ilə "Armenian Power" arasında münaqişə yaranır. "Erməni gücü"nün banilərindən biri Armen Petrosyan (Qaradinməz) 2000-ci il mayın 22-də "Vayt Fens" adlı Latın Amerikası dəstəsinin üzvü Xose Arqueta tərəfindən güllələnir.
ABŞ donanması İran gəmisinə atəş açdı
ABŞ donanması İrana xəbərdarlıq atəşi açıb. Bunu AFP xəbər agentliyinə ABŞ-lı bir hərbi səlahiyyətli məlumat verib.
İki nəfəri qətlə yetirən cani 7 il zooparkda gizlənib
Avstraliyada 2 insanı öldürəndən sonra polisdən qaçaraq gizlənən cinayətkar aparılan uzunmüddətli axtarışlar nəticəsində 7 il sonra heyvanat bağçasında tapılıb.
Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ
Yaroslavlın gənc sakini ukraynalı manyak Sergey Tkaçla ailə qurub. Bu barədə məlumatı Ukrayna telekanalı TSN yayıb. Gənc qız 40 yetkinlik yaşına çatmayan qızı zorlayaraq qətlə yetirən və buna görə ömürlük məhkum olunmuş Sergey Tkaçdan uşaq da dünyaya gətirib...
Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”
Ermənistanda iqtidar partiyasını təmsil edən millət vəkili Mihran Hakobyan Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünü şərh edib.
Avropada qanuni yaşamaq istəyənlərə — ŞAD XƏBƏR
Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə əlaqədar keçirilən müzakirələrində iştiraka dəvət olunub. Bu barədə “Ölkə.Az”-a DAA-dan məlumat verilib.
Mumbay gömrüyündə qalmaqal — "Qızıl tumanlı" qaçaqmalçı qadınlar həbs edildi
Mubay gömrüyündə qaçaqmalçı qadınlar həbs edilib. Həbs edilən qadınlar alt paltarlarında, daha dəqiq desək tumanlarında 4 kq qızılı keçirmək istəyiblər. Amma gömrük işçiləri onların arzusunu ürəyində qoyublar. Qadınlar qızıl tumanları ilə birlikdə saxlanılıblar.
4 Körfəz ölkəsindən Qətərə yeni siyahı — Terror siyahısına əlavələr edilib
Qətərə embarqo tətbiq edən Körfəz ölkələri yeni siyahı hazırlayıblar. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ daha əvvəlcə açıqlanan terror siyahısına 9 qurum və 9 nəfərin adını əlavə ediblər. 4 ölkənin yayımladığı birgə bəyanatda deyilir: "Terrora qarşı mübarizə və terrorun mənbəyini qurutmaq cəhdi çərçivəsində Qətərlə birbaşa və ya dolayı yolla əlaqəsi olan 9 qurum və 9 şəxs terror siyahısına əlavə edilib".
Avropa İttifaqı Körfəzə səsləndi — "Qətər böhranını dialoq vasitəsilə həll edin"
Avropa İttifaqı Qətər böhranı ilə bağlı yeni açıqlama verib. "Ölkə.Az" xəbər verir ki, İttifaqdan bildiriblər ki, Qətər ətrafında yaranan böhranın həlli üçün Küveytin vasitəçiliyi ilə danışıqlar dərhal başlamalıdır. Tərəflər aralarında daha effektiv terrorizm əleyhinə yanaşma mövzusunda razılığa gəlməlidirlər. Bu bəyanatı Aİ diplomatik korpusunun sədri Federika Mogerini verib.
“Wi-Fi” insan emosiyalarını müəyyənləşdirməyə kömək edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri “Wi-Fi” şəbəkəsi və süni intellekt vasitəsilə insanın keçirdiyi hissləri müəyyənləşdirməyə imkan verən alqoritm yaradıblar. “EQ Radio” adlanan sistem elektrokardioqram cihazı kimi işləyir: radiotezlik şüalandırıcısı ürək əzələsinin yığılmasını aşkarlayır, süni intellekt isə əldə olunan informasiyanı interpretasiya edir. Yeni sistem bir tərəfdən elektrokardioqram aparatından fərqli olaraq elektrodların insan bədəninə qoşulmasını tələb etmir - onun emosional vəziyyətini naqillərsiz müəyyənləşdirir. Digər tərəfdən, alqoritmlər ürək döyüntüsünün ritmini elektrokardioqraf kimi dəqiq təyin edə bilmir. Belə ki, alqoritmlər konteksti, məsələn, otağın ölçüsünü və insanın olduğu yeri nəzərə almalı olur.
Ağ evdə istefa dalğası — Reks Tillerson vəzifəsini tərk edə bilər - ŞOK İDDİA
ABŞ-ın dövlət katibi Reks Tillerson təcili surətdə tutduğu vəzifəni tərk edə bilər. ABŞ-ın xarici işlər naziri prezident Donald Trampla arasında yaranan anlaşılmazlığa görə istefa verəcək. Bu barədə "CNN" kanalı məlumat yayıb. Kanalın məlumatına əsasən Ağ evin İranla dialoq qurmaq və administrasiya daxilində kadr siyasəti məsələlərində Trampla ciddi fikir ayrılıqları başlayıb. Bundan başqa dövlət katibi prezidentin baş prokuror Ceff Seşns ünvanına səsləndirdiyi bəyanatı qeyri-peşəkar adlandırıb.
"Aeroflot" əməkdaşları etiraz aksiyası keçirir - TƏLƏB əmək haqqı artırılsın
Rusiyanın "Aeroflot" aviaşirkətinin əməkdaşları etiraz aksiyası təşkil edib.
Ermənistanda qubernatorun müşaviri itkin düşüb
Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb. APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, polis artıq M. Simonyanın axtarışlarına başlayıb.














