Dünya
Ermənistanda abituriyentlərin sayı azalır
Ermənistanda ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı tədricən azalır. APA-nın Ermənistanın “Joxovurd” qəzetinə istinadən verdiyi məlumata görə, əgər keçən il ali məktəblərə 17. 649 abituriyent qəbul olubsa, bu il bu rəqəm 8. 266 olub. Nəticədə dövlət ali məktəblərində hələ də 11 min 375 vakant yer qalıb.
Gürcüstanın keçmiş müdafiə naziri: “Rusiya ordusunun irəliləməsi Azərbaycan üçün siqnaldır”
“İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar”, - “Gürcüstan-Onlayn” nəşri bildirir ki, bunu Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu “İslahatçılar klubu”nun qurucusu Dmitri Şaşkin deyib.
16 yaşlı qız 37 adam öldürmüş manyak-pedofilə vurulub ona ərə getdi
Ukraynada 16 yaşlı qız seksual manyaka vurularaq onunla evlənib. Yelena pedofil və pozğun həyat tərzi keçirən Sergey Tkaçı ilk dəfə televizorda görüb.
Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi
ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, ölkənin baş prokuroru Ceff Seşns, Amerika liderinin fikrincə, demokrat Hillari Klintonu dəstəkləmiş Ukrayna hakimiyyətinin hərəkətlərini araşdırmalıdır. Bu barədə Tramp özünün “Twitter” mikrobloqunda yazıb.
İŞİD-çilərə dəhşətli cəza
Suriyanın İdlib şəhərində Əl-Qaidə terror təşkilatının Suriya qolu olan Əl-Nusra üzvləri İŞİD terror təşkilatının döyüşçülərini edam edib. Edam edilən 2 nəfər bombalı hücumlarda günahkar bilinir. Əl-Nusra edamı lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Başqa edamların icra olunacağını da istisna edilməyir.
YouTube-dan gözlənilməz qərar
"YouTube" videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyətini dayandırmaq qərarına gəlib.
Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.
Ukrayna sanatoriyalarının birində kütləvi zəhərlənmə olub
Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən “Syayvo Karpat” sağlamlıq və istirahət kompleksində dincələn 11 əcnəbi, iki Ukrayna vətəndaşı qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Rusiyada müsəlman məhkum bir neçə arvadı ilə növbə ilə görüş tələb edir
Rusiyanın Nijni Tagil şəhərində 5 saylı islah müəssisəsində məhkumluq həyatı yaşayan 14 məhbus aclıq elan edib.
Hadisədən qorxan cazibədar bacısı gecə yarı oğlanla yaxalandı
Müğənni Hadisənin bacısı Dərya Açıkgöz dünən iş adamı Ümit Oruçla görüntülənib. Sənətçinin modelyer bacısı sevgilisi ilə gecə yarıya qədər klubda əylənib. Məkandan çıxıb sevgilisinin avtomobinilə əyləşən Dərya Açıkgöz kameraları görən kimi gizlənməyə çalışıb. Umut Oruç isə qaza basaraq ordan dərhal uzaqlaşıb.
Misirdə partlayış
Misirin Sina yarımadasının şimalında bomba yüklü avtomobil partladılıb. “Olaylar” “Hurriyet” - ə istinadən bildirir ki, partlayış nəticəsində ikisi uşaq olmaqla, yeddi nəfər həlak olub.
Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - VİDEO
Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub.
Sarkisyan İrana nəyə gedir? - “Ermənilər İranı alternativ havadar kimi istifadə edə bilər”
“Bildiyiniz kimi Sarkisyan indi məzuniyyətdədir və o, sırf Ruhaninin andiçmə mərasimi üçün məzuniyyətini yarımçıq kəsərək İrana gedəcək. Bu da onu göstərir ki, İranla Ermənistan arasında münasibətlər çox isti və dərindir. Digər tərəfdən də Ermənistan prezidenti bununla bir jest edir. Bəlkə də Rusiyaya bir alternativ kimi İranı göstərir. Çünki ermənilərin İrandan asılı olduğu çox məqam var”, - bu sözləri Publika.az-a “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Sədrəddin Soltan Ser Sarkisyanın avqustun əvvəlində İrana gözlənilən səfərini şərh edərkən deyib.
Türkiyədən Ermənistana, oradan Qarabağa yüzlərlə PKK-çı keçib: “Tezliklə videonu yayacağıq...”
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
6370 nəfərin halı pisləşdi - Yaponiyada kəskin istiləşmə
Yaponiyada havaların kəskin istiləşməsi ölümlə nəticələnib. 1 həftə ərzində 6 nəfər istidən dünyasını dəyişib, 6370 nəfər isə xəstəxanalara yerləşdirilib.














