Dünya
Rusiya Gürcüstana müdaxilə etməyə hazırlaşır
Xəbər verdiyimiz kimi, Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ümumqoşun ordusunun hərbi hissələrində döyüş hazırlığı üzrə 7 günlük təlimlər keçirilir.
İrəvan Bakıya dəstək verən Putinə “hücuma” hazırlaşır: Sarkisyanın İran səfərinin SİRLƏRİ
Ermənistan prezidenti Serj Sarkisyan yenidən İran prezidenti seçilən Həsən Ruhaninin avqustun 5-də keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək. Ermənistan mediasının məlumatına görə, Sarkisyan İrana səfəri işgüzar xarakter daşıyır və o, məzuniyyətini yarımçıq kəsərək Tehrana gedəcək.
Şok kadrlar: 18 İŞİD terrorçusu edam olundu - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsinin 18 mənsubunun edam videosu yayılıb. Edam olunanlar Liviya Milli Ordusunun Benqazi şəhərində əsir aldıqları terrorçulardır. Liviya Milli Ordusunun komandanı Həlifə Həftarın qoşunları Benqazini İŞİD terrorçularından tam azad edib.
İspaniyada naməlum şəxs "Allahu Əkbər" qışqırıb polislərə hücum etdi
İspaniya polisi Mərakeşlə İspaniyanın anklavı Meliliyada hüquq-mühafizə keşikçilərinə bıçaqla hücum edən şəxsi saxlayıb. İspaniya daxili işlər naziri Xuan İqnasio Soido məlumatı təsdiqləyib. İnsident Beni Enzar sərhəd məntəqəsində baş verib. Məlumata görə, polislərdən biri yüngül yaralanıb.
Ərdoğan müsəlmanlara müraciət etdi: "İmkanı olan hər kəs bir nəfər kimi..."
Ak Parti-nin iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanlara müraciət ünvanlayıb. Partiyanın TBMM-dəki Qrup İclasında danışan Ərdoğan "Buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm. İmkanı olan hər kəs, lütfən, Qüdsü Məscidi-Aksanı ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək etsinlər" , - deyib.
Çin qırıcısı ABŞ təyyarəsinə hücum etdi
Çinin Hava Qüvvələrinə məxsus “J-10” qırıcı təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsini istiqamət dəyişdirməyə məcbur edib. Qırıcı təyyarə Cənubi Çin dənizi üzərində uçan ABŞ-a məxsus “EP-3” elektron kəşfiyyat təyyarəsinin 90 metr yaxınlığından uçub.
ABŞ əsgərlərinin İordaniyada öldürülməsinin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
İordaniya ordusu bir əsgərinin 3 amerikalı əsgəri öldürdüyü anın video görüntülərini yayıb. Video paylaşılmadan əvvəl ABŞ əsgərlərinin ailələrinə göstərilib. Görüntülərdə ABŞ əsgərlərinin bazaya giriş zamanı atəşə məruz qaldığı diqqət çəkir.
Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ
Bir qrup britaniyalı tədqiqatçılar 1939-cu ildə dənizdə batmış, dəyəri 100 milyon dollara qədər olan xəzinə aşkara çıxarıblar. Britaniyalı xəzinə ovçuları nasistlərə məxsus olduğu güman edilən, içərisində 4 tona yaxın qızıl olan gəmi tapıblar. Gəmi 1939-ci ilin sentyabrında, İslandiya sahillərindən təxminən 190 kilometr məsafədə qəzaya uğrayıb. Qızılın aşkar edilmə yeri iqtisadi zonanın 200 mil həddində olduğu üçün İslandiya xəzinəyə sahib olmaq hüququna malikdir.
İçi sərnişinlə dolu təyyarə yandı
Yakutiyada An-24 sərnişin təyyarəsi yanıb. Yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.
Fransanda güclü yanğın başladı
Fransanın cənub-şərq əraziləri təbii yanğınların qurbanı olub. Yanğın əksəriyyəti meşə ərazisi olmaqla 3 hektar sahəni əhatə edib. Bu ərazilərdə yerləşən 4 departamendə 200-dən artıq ev təhlükə ilə üz-üzə qaldığından sakinlər təxliyə edilib.
Suriya məsələsində Rusiyaya uduzan ABŞ Ukraynaya qoşun yeritdi
ABŞ-ın Ukrayna üzrə yeni təmsilçisi Kurt Volker ölkəsinin Rusiyanın dəstəklədiyi üsyançılarla mübarizə üçün silah göndərmək niyyətinin olduğunu söyləyib.
45 nəfər həbs olundu
Türkiyənin Adana şəhər prokurorluğunda FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, aparılan əməliyyat istintaq çərçivəsində terror təşkilatının şifrəli rabitə əlaqəsi olan “ByLock” istifadəçiləri həbs olunub.
ABŞ və Rusiyadan kürdlərə dəstək gəldi: “Onlar olmazsa, olmaz”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı məzhəb və qruplar haqqında açıqlama verib. Nazir suriyalı kürdlərin ölkədəki digər məzhəblər və qruplarla bərabər haqlara sahib olduğunu, buna görə də problemlərin həllində iştirak etmələrinin vacibliyini dilə gətirib. BMT-nin Suriyadakı təmsilçisi Stefan de Mistura da suriyalı kürdlərin görməzdən gəlinməməsi və kürd təmsilçilərin Suriyanın yeni konsitutsiyasının hazırlanmasında iştirak etməsinin vacibliyini vurğulayıb.
Ərdoğandan Türkiyənin “S-400”-dən qorxan ABŞ-a SƏRT CAVAB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın baş qəraragah rəisi Josef Dunfordun Türkiyənin yeni silah alması ilə bağlı reaksiyasına cavab verib. Jozef Dunford Türkiyənin “S-400” raket komplesi almasının bölgə üçün təhlükə və narahatlıq doğurduğunu bəyan etmişdi. Ərdoğan isə baş qərargah rəisinin reaksiyasına belə cavab verib: “Türkiyənin raket kompleksi alması nəyi narahatlıq doğurur? Hər ölkə daxili təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir.
Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM
Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə artmaqdadır. Bu məhsulu almağa maddi imkanı çatmayan əhali isə bazarlardan oğurluq etməyə başlayıb. Dövlət pomidor oğurluğunun qarşısını almaq üçün tərəvəz piştaxtalarına silahlı mühafizəçi təyin edib. Əslində Madya Pradeşdə bu il pomidor istehsalı çox yüksək olub. İstehsalın bolluğu səbəbilə qiymətlər də aşağı düşüb. Buna görə bir çox fermer satılmayan məhsullarını çölə tökməyə məcbur olub.














