Dünya
Avropa Parlamentindən Ermənistana Dağlıq Qarabağ mesajı
Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan dünən Avropa Parlamenti nümayəndələrini qəbul edib. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olub. Nazaryan görüş zamanı başqa məsələlərdən danışmağa cəhd göstərib. O, Avropa Birliyi tərəfindən qoyulan öhdəliklərlə bağlı danışarkən, qonaqlar Dağlıq Qarabağ məsələsinin xüsusilə vurğulanmasını və müzakirə olunmasını istəyiblər. Bundan sonra nazir müavini ATƏT-in Minsk qrupunun fəaliyyəti və digər müzakirələrlə bağlı məlumat verib.
İtkin düşən 6 tələbədən hələ də xəbər yoxdur
Qazaxıstanın Abılay Xan Universitetinin 6 tələbəsi Misirdə itkin düşüb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib. O qeyd edib ki, 2 tələbə iyulun 11-də dil kurslarında təhsil almaq üçün Qahirəyə gedib. Onlar tədris alacaqları məktəbin daha 4 tələbəsi ilə bir mənzildə yaşayırdılar.
Yaşayış binası uçdu: 30 adam dağıntılar altında qaldı - Mumbayda
Mumbayda yaşayış binası uçulub. Dağıntılar altında 30-dan çox adamın qalması ehtimal edilir. İnsident səhər saatlarında şəhərin Qxatkopar rayonunda baş verib. Dağıntılar altından 9 nəfəri sağ çıxarmaq mümkün olub. Hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. İnsidentin baş vermə səbəbləri məlum deyil.
Fatih Akından – “Rojava”
Məşhur Türk rejissoru Fatih Akın Suriya Rojavada IŞİD - ə qarşı döyüşənlər üçün bir layihə təqdim edəcəyini bildirib. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, bundan öncə rejissor “erməni soyqırımı”ndan bəhs edən “Çapıq” filmi ilə gündəmə gəlmişdi. Rejissor filmlərində mübahisəli mövzulara toxunmaqdan çəkinmir. Kinorejissorun yeni layihəsi “Rojava” adlanacaq.
Bağdad varisi öldürüldü
İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib.Əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.
Yaralı suriyalılar Türkiyədə
Suriyanın Hələb şəhəri yaxınlığında Azez bölgəsində terror hadisəsi baş verib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Kel Cibrin yaşayış məntəqəsində PKK terror təşkilatı tərəfindən atılan hava topu nəticəsində 7 nəfər yaralanıb. Yaralı suriyalılar Öncüpınar sərhəd qapısından təcili yardım maşınları ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.
Türkiyədə zəlzələ
Türkiyənin Gökova Körfəzi sahillərində yeraltı təkanlar qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 6,3 bal gücündə olan zəlzələdən sonra bölgədə davamlı yeraltı təkanlar hiss olunub. Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə Gökova Körfəzi sahillərində saat gecə saatlarında bölgədə 4,0 bal gücündə zəlzələ meydana gəlib.
Antalyada partlayış
Pakistanda terror
Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb. Motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb. Məlumata əsasən, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.
“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq
“Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracaq.
“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”
Süni intellekt texnologiyalarının böyük imkanlara malik olmasına baxmayaraq əksər proqram təminatı istehsalçıları əvvəlcə istifadəçilərin tələbatını, tətbiq edilmə sahələrini və məhsuldan istifadənin faydasını müəyyənləşdirmək əvəzinə, onu tezliklə bazara çıxararaq “süni intellekt” termini ətrafında ajiotajdan yararlanmağa çalışır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.
“Google Play” mağazasında 400 əlavə yeni virusa yoluxub
“Dr. Web” antivirus laboratoriyası “Google Play” mağazasında 400-ə yaxın proqramın “BankBot” virusuna yoluxmasını açıqlayıb. Virus, həmçinin istifadəçinin SMS bildirişlərini izləyir, bank kartı məlumatlarını oğurlayır və “WhatsApp”, “Viber”, “Snapchat”, “Instagram” və s. kimi əlavələri nəzarətdə saxlayır.
Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir
“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir.
Neyron şəbəkə fotoşəkillə yeməyin reseptini tərtib edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu yeməyin inqrediyentlər siyahısını və hazırlanma reseptini onun fotoşəkilinə görə tərtib edən neyron şəbəkə hazırlayıblar.
Kədərlənmək siqaretdən daha təhlükəlidir...
ABŞ alimlərinin tədqiqatları nəticəsində məlum olmuşdur ki, depressiyaya meyilli adamların insult keçirmək təhlükəsi böyükdür. Depressiyanın insulta səbəb olan zəif amil hesab edilməsinə baxmayaraq, o, tütündən heç də az təhlükəli deyildir.













