Dünya
Alişandan qeyri-adi toy qərarı
Müğənni Alişan bir konsertindən əvvəl jurnalistlərə açıqlamalar verib. Nişanlısı Eda Erolla toy hazırlıqlarında olan ifaçı deyib: "Ev axtarırıq. İnanılmaz dərəcədə böyük evlər təklif edilər. Hazırda toy siyahısı hazırlayırıq.
Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi
Cənubi Asiyanın məşhur bölgələrindən olan Maldiv adalarında prezident Yamin Abgül Qayyumun təlimatı əsasında millət vəkillərinin parlament binasına girişi qadağan edilib. Bu barədə ölkənin müxalif Demokratlar Partiyası məlumat yayıb. Partiyanın verdiyi xəbərdə bildirilir ki, parlament binasının giriş qapıları silahlı qüvvələr tərəfindən tutulub və millət vəkillərinin binaya girişinin zorla qarşısı alınıb.
Kosmik hotel layihəsi təqdim olunub
ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır. Bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.
Dunayda sərnişin gəmisində YANĞIN - Y aralananlar var
Avstriyada Dunay çayında sərnişin gəmisində yanğın olub. Yerli hakimiyyət nümayəndəsi Mattias Fişer yanan gəminin ətrafına 12 yanğınsöndürmə briqadasının cəlb olunduğunu bildirib.
Azyaşlı bacısı qıznının əllərini bağlayıb, məcbur porno izlətdi
İstanbulun Aydın rayonunda yaşanan qorxunc hadisənin detalları məhkəmədə ortaya çıxıb. 14 yaşlı bacısı oğlu ilə əmisi oğlunun qızını 5 il ərzində cinsi istismar edən şübhəli 24 yaşlı T.D.-nin məhkəmə prosesi olub. Məhkəmədə onu cinsi istismar edən əmisi ilə qarşılaşınca göz yaşlarını saxlaya bilməyib, salonun boşaldılmasını istəyən Ş.D. verdiyi ifadəsində, əmisinin əllərini bağlayıb porno film izlətdiyini deyib.
Pakistanda bazarda PARTLAYIŞ - 22 ölü, 32 yaralı
Pakistanın Pəncab vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, vilayətin Lahor şəhərində baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayış tərəvəz bazarının girişində baş verib. Yaralılardan 11 nəfərinin vəziyyəti ağır qiymətləndilir.
İŞİD əsirliyindən qurtaran qadının tükürpədici etirafı — "Altı ay hər gün zorlanmışam"
İŞİD terror qruplaşmasının əsirliyindən xilas olan yəzidi kürdü qız tükürpədici etiraflar edib. İngilis mətbuatına açıqlama verən 14 yaşlı qızın etirafları insanı dəhşətə gətirir. Qız altı ay boyunca hər gün zorlandığını, işkəncəyə məruz qaldığını göz yaşları içində danışıb.
İsrail Türkiyədəki təmsilçiliklərini bağladı
İsrail Türkiyə ilə diplomatik əlaqələri dayandırıb. Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı gərginliyin artması fonunda ölkə Türkiyədəki səfirliyini və konsulluğu bağlayıb. İsrailin "NRG" xəbər portalının siyasi mənbələrə istinadən verdiyi xəbərdə qeyd edilir ki, Xarici İşlər Nazirliyi qabaqlayıcı tədbir kimi bu addımı atıb. Onu da qeyd edək ki, İsrail XİN-i hələlik rəsmi məlumat açıqlamayıb.
Polşada aksiyalar: Prezident yeni qanuna veto qoydu
Polşada minlərlə vətəndaş etiraz aksiyalarına başlayıb. Sakinlər Konsitutsiya Məhkəməsinin iqtidarın nəzarətinə verilməsilə bağlı yeni qanuna etiraz edirlər.
İran rialı tümənə dəyişdi
İran hökuməti milli pul vahidini tümənə dəyişib. 1 tümən 10 riala bərabərdir. İranda indiyə qədər rial rəsmi pul vahidi olsa da, xalq arasında, adətən, tümən kimi ifadə olunurdu.
Rusiyada kiçik ölçülü qablaşdırmada spirtli içkilərin satışı qadağan ediləcək
Rusiya Səhiyyə Nazirliyi kiçik ölçülü (100-300 ml) qablaşdırmada spirtli içkilərin istehsalının və satışının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.
İsveçrədə silahlı hücum
İsveçrənin Schaffhausen şəhərinin köhnə şəhər hissəsini giriş çıxışlara bağlanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, bir nəfər naməlum şəxs beş nəfər dinc sakinə silahlı hücum edib. Şahidlərin sözlərinə görə yaralılardan iki nəfərin vəziyyəti ağır idi. Hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub.
Yenə dənizdə 200-dən artıq mühacirin həyatı xilas edildi
Son 3 gündə dəniz vasitəsilə Afrika sahillərindən İspaniyaya çatmaq istəyən 200-dən artıq mühacirin həyatı xilas edilib. Bu barədə dənizdə xilasetmə xidmətindən xəbər verilib. Təkcə ötən gün 5 hava ilə doldurulmuş qayıq dəniz sularında aşkar edilib ki, bununla 98 həyat xilas edilib. Bu gün səhər isə 17 nəfərlə dolu daha bir qayıq saxlanılıb.
Qızlar çılpaq şəkillərini çəkən fotoqrafı otel otağında öldürdülər
İstanbulda 2 qadını model edəcəyini vəd edib aldadaraq zorlayan Cüneyt Palanın otel otağında öldürülməsi ilə bağlı istintaq tamamlanıb. Prokuror həbs olunan 2 qadın üçün ömürlük həbs cəzası istəyib. Taksimdəki bir otelin 401 nömrəli otağında cinayətlə bitən hadisənin əhvalatı iddianamədə belə izah edilib: "41 yaşlı Cüneyt Pala Vanda uşaq bağçası müəllimi olan 30 yaşlı Dilek D. və Hatayda tələbə olan Gülşah Ş. ilə Instagram-da tanış oldu. Özünü beynəlxalq markaların reklam meneceri olaraq tanıdan Pala 2 qadına çəkilişlərdə modellik təklifi etdi. Qadınlar da tələbə əsasən Palaya açıq-saçıq fotolarını göndərdi.
Dağıstanda naziri oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb. İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub. İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar.














