Dünya
Siirtde terror
Türkiyənin Siirt vilayətinin Baykan bölgəsi PKK terror təşkilatının hücumuna məruz qalıb. Terrorçular Balkan bölgəsinin Çuxurkənd məhəlləsində yerləşən polis idarəsinə hücum ediblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri və terrorçulrla yaşanan silahlı insident zamanı bir əsgər şəhid olub, bir əsgər və bir təhlükəsizlik əməkdaşı yaralanıb. Yaralılar Siirt Dövlət xəstəxanasına yerləşdirilib.
Terror təşkilatı daxilində RÜŞVƏT QALMAQALI
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin spikeri Redur Xəlilin İŞİD terror təşkilatından rüşvət alması faktı ortaya çıxıb. Faktın ortaya çıxarılmasından dərhal sonra PYD Qəndil şəhərindən terrorçu qrup göndərərək R.Xəlili həbs edib. Təşkilatın spikeri, eyni zamanda Haseki bölgəsində kəşfiyyat lideri olan Redur Xəlil adlı terrorçu təşkilat içindəki nüfuzundan istifadə edərək rüşvət almaqda, sui-istifadə və qaçaqçılıqda da günahlandırılır. Terrorçunun PKK-ya aid pulları da mənimsədiyi ortaya çıxıb. Xəlil həmçinin, insan, mal və silah qaçaqçılığı sahəsini monopoliyasına alıb və bu yolla gündə on minlərlə dollar pul qazanıb.
Ermənistan prezidenti İrana səfər edəcək
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 5-də İrana işgüzar səfər edəcək. O, səfər çərçivəsində İranın yenidən seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.
Gecə internetə girənlər şok yaşadı - Səudiyyə Ərəbistanında
Qətərə aid bütün internet saytlarını qadağan edən Ər-Riyad rəhbərliyi gecə yarısından bu yana daxil olması mümkün saytların yenidən bağlanılacağını bildirib. Səudiyyə Ərəbistanından "Al Jazeera" və "Bein Sports" kanalları başda olmaqla Qətərə aid internet saytlarına səhvən daxil olmaq icazəsi verilib.
Türkiyədə general və admiralların sayı açıqlandı
Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.
Məşhur aktrisa anasının atasını öldürməyindən danışdı
Hollivud ulduzu Şarliz Teron açıqlamaları ilə təəccübləndirib. Anasının uşaqlıqda atasını öldürdüyünü deyən aktrisa əvvəllər həqiqəti gizlətdiyini və onu avtomobil qəzasında itirdiyini dediyini söyləyib.
Onu zorlayan oğlana məcburi ərə gedən 16 yaşlı qızın qisası ağır oldu
Mübahisədən sonra üç aylıq həyat yoldaşını öldürən 16 yaşlı gəlinin təcavüzə uğradığı üçün evlənmək məcburiyyətində qaldığı məlum olub. Ötən gün 16 yaşlı gəlin Tuğçe E. -nin, 18 yaşlı həyat yoldaşı Osman Kalenderi tapançayla öldürdüyü hadisəylə əlaqədar detallar ortaya çıxıb.
Ermənistanda PARTLAYIŞ: yaralanan var
Ermənistanda Artaşat şəhəri yaxınlığında partlayış baş verib. Partlayış barədə ölkənin Fövqəladə Hallar xidməti xəbər yayıb. Məlumata görə, partlayış qazdoldurma stansiyasında qeydə alınb.
Zəfər Algözdən növbəti kitab xəbəri
Məşhur Türk aktyoru Zəfər Algöz artıq ikinci kitabını tamamlamaq üzrədi. Bu barədə aktyor keçirdiyi mətbuat konfransında məlumat verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, birinci kitabı “Haşırt Dı Bilekbord” adlanan kitab aktyora böyük uğur qazandırmışdı. İnqilab nəşriyyatında çap olunan kitab daha sonra 11 dəfə təkrar nəşr olunub.
Sezen Aksu uşaqlar üçün yazdı
Sezen Aksunun yazdığı musiqili uşaq oyunu “Efe və Bulut” Caretta nəşriyyat tərəfindən kitab halına gətirilib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, sənətçinin bir uşaqlıq xatirəsindən ilhamlanaraq yazdığı musiqili hekayə uşaqlara heyvan sevgisini, gözəl düşünməyi, cəsarət və ümid aşılayır.
Əfqanıstanda növbəti TERROR
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, partlayış Kabilin Şii məhələsində baş verib. Partlayıcı qurğu olan avtomobili polis saxladıqdan sonra partladıldığı məlum olub. Hadisə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib. Partlayış zamanı 24 nəfər həlak olub, 42 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Vulkan püskürdü
Rusiyada Kamçatkada Şiveluç vulkan püskürüb. Bu haqda Rusiya FHN-in yerli komitəsi xəbər verir. Xəbərə əsasən, vulkan dəniz səviyyəsindən 12 min metr hündürlüyə kül sütunu atıb.
Səfirliyə silahlı hücum
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə iki nəfər ölüb. İnsident nəticəsində səfirliyin iki mühafizəçisi yaralanıb. “Ammon” agentliyi səfirliyin ərazisində də yaralıların olduğu barədə məlumat yayıb və daha bir İordaniya vətəndaşı aldığı güllə yarasından həlak olub. Agentliyinin məlumatın görə, silahlı şəxslər səfirliyin binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdiriliblər.
5,7 bal gücündə zəlzələ
Yaponiyanın şərq sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Miyako şəhərindən 141 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.














