Dünya

İranda  zəlzələ

23 İyul 2017 22:37

İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. "Olaylar" “Anadolu” agentliyinə  istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Fələstin İsrailə raket atdı

23 İyul 2017 13:51

Bu gecə Qəzza ərazisindən İsrail ərazisinə raket atılıb. Bu barədə "RİA Novosti" İsrail ordusuna istinadən məlumat yayıb. "Bir neçə dəqiqə əvvəl Qəzza sektorundan raket buraxılıb. Raket göydə ikən partlayıb. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə israil ordusunun rəsmi Twitter hesabında qeyd olunub.

Mədən çökdü

23 İyul 2017 13:48

"3 Adam" Acunun kanalından getdilər

22 İyul 2017 15:32

“3 Adam” verilişinin aparıcıları Eser Yenenler, Oğuzhan Koç və İbrahim Büyükaka bir neçə ildir çalışdıqları “Tv 8” kanalından ayrılıb. "Olaylar"  Türkiyə mətbuata istinadən xəbər verir ki, aparıcılar Acunun kanalından ayrıldıqlarını instaqramda xəbər verib. Eser Yenenler baş verən hadisələrlə bağlı İnstaqramda verdiyi açıqlamada “3 Adam” verilişinin növbəti mövsümdən başqa kanalda yayımlanacağını etiraf edib.

“Taliban” liderinin oğlu öldürüldü

22 İyul 2017 15:27

“Taliban” radikal qruplaşmanın lideri Mulavi Axundzadənin oğlu öldürülüb. Hadisə Əfqanıstanda hərbiçilərə hücum zamanı baş verib. “Taliban” nümayəndəsi bildirib ki, 23 yaşlı Abd ar-Rəhman Xalid cümə axşamı Qilmend əyalətinin Qirişk şəhərində hərbi bazaya minalanmış avtomobillərlə hücum zamanı ölüb.

Ağ Evin yeni mətbuat katibi

22 İyul 2017 11:32

"Ağ ev"in yeni mətbuat katibi məlum olub. Bu barədə "Ağ ev"in yeni təyin edilən kommunikasiyalar üzrə direktoru Entoni Skaramuççi bildirib. Yeni katib Sara Sanders olacaq.

İsraillə bütün əlaqələri dondurdu

22 İyul 2017 11:30

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas cümə günü Rəmallah şəhərində keçirilən müşavirədən sonra xalqa müraciətlə çıxış edib. O, televiziya vasitəsi ilə canlı yayımlanan nitqi zamanı "İsrail tərəfi ilə bütün əlaqələrin dondurulduğunu" bəyan edib.

Polşada kütləvi etirazlar

22 İyul 2017 11:20

Polşanın iri şəhərlərində kütləvi etiraz aksiyaları davam edir. Aksiyada minlərlə insan iştirak edir. Etirazçılar məhkəmə sisteminin islahatına qarşı etiraz edirlər. Varşavada etiraz aksiyası parlamentin binası və ölkənin Ali məhkəməsinin önündə keçirilir.

İş yerində yatanlara ƏLA İMKAN

21 İyul 2017 20:15

Gün ərzində iş saatından bir neçə dəqiqə ayırıb, masa üstündə də olsa yatmaq çoxları üçün adətə çevrilib. Lakin Çində işçiləri masa üstündə yatmaqdan xilas edəcək yenilik edilib.

Quraşdırılmış antivirus “Android” sistemli qurğuları mühafizə edəcək

21 İyul 2017 19:58

“Google” şirkəti mayda “I/O 2017” tərtibatçılar konfransında “Android 8.0” əməliyyat sisteminin yeni versiyasını rəsmən təqdim edərək “Google Play” əlavələr mağazasında kompüter təlimi əsasında quraşdırılmış “Google Play Protect” antivirus funksiyasının istifadəyə veriləcəyini bəyan edib. Bu həftə isə internet nəhəngi yeni funksiyanı tədricən istifadəyə verməyə başlayıb. Əvvəlcə “Google Play” servislərində tətbiq ediləcək funksiyadan bir müddət sonra əlavələr mağazasında da yararlanmaq mümkün olacaq.

Dinamikli beysbol papağı nümayiş olunub

21 İyul 2017 19:53

Oyun konsolları istehsalçısı kimi tanınan “Atari” şirkəti ilk dəfə daşınan elektronika bazarına daxil olaraq iki yüksəkkeyfiyyətli dinamikin quraşdırıldığı “Speakerhat” beysbol papağını nümayiş etdirib. Yeni qurğu “Atari Connected Life” istehsal xətti çərçivəsində buraxılan ilk məhsuldur.

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq

21 İyul 2017 19:47

Fransanın “NAVYA” şirkəti ilk elektrik sürücüsüz “ARMA” mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.  

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 19:42

2016-2017-ci illərdə şifrləyici virus proqramlarından ziyan çəkən istifadəçilərin sayı 1 milyonu ötüb. Bu barədə Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkətinin press-relizində deyilir.

Kişi və qadınlarda göz fərqi...

21 İyul 2017 19:37

British Journal of Psychology jurnalında bir araşdırmada qadınlarla və kişilər arasında olan görmə fərqi dərc olunub. 48 nəfərlik kişi və qadından ibarət bir qrup üzərində aparılan tədqiqat zamanı müxtəlif məsafələrdə kağızlar yerləşdirilmiş və iştirakçılara lazerlərlə həmin kağızların üzərindəki hədəflərin mərkəzlərini göstərmək tapşırılıb. Kağız bir metr uzaqda olan zaman kişilər qadınlardan daha diqqətli olduğu halda məsafə 50 sm-yə çatdırıldıqda isə qadınlar üstünlük əldə ediblər.