Dünya
Kıvanç Tatlıtuğun yeni serialı bəlli oldu
Aktyor Kıvanç Tatlıtuğun "Cesur ve Güzel" serialından sonrakı rolu bəlli olub. O, 90-cı illərin məşhur filmi, Tom Kruz və Bred Pitibn baş rollarda çəkildiyi "Vampirlə müsahibə"nin serial versiyasında rol alacaq. Kıvanç T.Kruzun canlandırdığı "Lestat" rolu üçün nəzərdə tutulub. Filmin təsirləndiyi kitabın müllifi Anne Rays "Facebook"da açdığı "The Vampire Chronicles" adlı səhifədə yeni serialdan və Kıvançdan bəhs edir.
Məşhur müğənniyə böyük şok
Kanadalı gənc müğənni Castin Bieberin Çindəki konserti qadağa edilib. Qadağanın səbəbi kimi 23 yaşlı məşhur müğənninin davranışları göstərilib.
Harvard alimləri: Dostluq stresi azaldır
Harvard alimləri təsdiq ediblər ki, dostluq stresi azaldır, fiziki nasazlıqların inkişafı riskini aşağı salır və həyatdan məmnunluq hissini artırır. Ekspertlər belə hesab edirlər ki, ruhumuza yaxın adamlarla dostluq və əlaqələr xoşbəxtliyimiz, rifahımız və sağlamlığımız üçün məhəbbət qədər vacibdir. Sözsüz ki, qadına məhəbbətin bir sıra üstünlükləri vardır, lakin möhkəm kişi dostluğu kişi üçün xoşbəxt nikah qədər zəruridir. Ekspertlər bildirirlər: “Bəzi kişilər özlərini dostları arasında qadınla yanaşı olduğundan daha rahat hiss edirlər. Başqa kişilərlə keçirilən vaxt daha çox emosional qüvvə sərf olunan qadınla görüş zamanı olduğu qədər gərginlik tələb etmir. Həmçinin kişilər dostlarının yanında özlərini olduqları kimi aparırlar. Beləliklə, romantik məhəbbətin verə bilmədiyini dostluq verir”.
Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi
Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib. Ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz.
Mosulda İŞİD terrorçularına ərə getmiş 20 avropalı qadın tapıldı
İŞİD qruplaşmasından azad olunmuş Mosul şəhərində çeçen döyüşçülərinə ərə getmiş 20-yə qədər əcnəbi qadın aşkarlanıb. Onlar arasında 5 Almaniya, 3 Türkiyə, 2 Kanada, 3 Rusiya və Fransadan olan 4 uşaqlı qadın var. Yeraltı tonneldə tapılanlar arasında 16 yaşlı almaniyalı Linda Vents el də var. O artıq ailəsinə təhvil verilib.
Livan-Suriya sərhədində müharibə başladı
Suriyadakı Əsəd rejimi ilə birlikdə mübarizə aparan Hizbullah təşkilatı böyük hərbi əməliyyata başlayıb. Şam rejiminin havadan dəstək verdiyi əməliyyat müxalif silahlı qruplaşmalara qarşı təşkil edilib.
Bu balıq görənləri təəccübləndirdi
Sakaryada bir balıqçının tilovuna taxılan və daha əvvəl görünməyən balığın şəkli görənləri heyrətə salıb. Sakaryada Əhməd Türk adlı bir vətəndaş, Kaynarcada “Rəislər” gölündə balıq tutmağa gedib.
Poroşenko və Lukaşenkonun görüşündə çılpaq qız – VİDEO
Naməlum qız Kiyevdə Ukrayna və Belarus prezidentləri - Pyotr Poroşenko və Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən ikitərəfli sənədlərin imzalanması mərasimini pozmağa çalışıb.
İsrail polisi cümə namazından çıxan müsəlmanlara hücum etdi: yaralılar var - VİDEO
İsrail polisi Qüdsdə cümə namazından sonra Məscid-i Əqsaya çıxan yollarda camaata hücum edib. Polislərin bölgəyə müsəlmanları daşıyan avtobusların qarşısını almaq üçün bəzi yollarda barrikadalar qurduğu deyilir.
Təhsildə İNANILMAZ YENİLİK: məktəbdə uşaqları döyməyə icazə verildi
ABŞ-ın Texas ştatında tədris prosesi zamanı nizam-intizamı pozduğuna görə uşağın barmaqlarını yastı taxta ilə döyməyə icazə verilib. Sözə baxmayan şagirdin bu cür cəzalandırılması qərarını yerli təhsil idarəsindən təsdiqləyiblər.
330 Mosullu ailəyə yardım
Türk Qızılay Cəmiyyəti İraqda hərbi əməliyyatlar zamanı evlərini tərk etməyən 330 Mosullu ailəyə qida yardımı edib. “Olaylar” “Anadolu” agentiliyinə istinadən bildirir ki, İraq Delegasiyasının rəhbəri Serdar Yılmaz xəbəri təsdiqləyib. “Yardımları müvəqqəti olaraq Mosulun şərqindəki Əbu Carbu və Kani Haramda iqamət edən vətəndaşlara çatdırdıq” – deyə, bildirib.
Yıldırım: Zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb
Bu gecə Türkiyədə baş verən zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Baş nazir vurğulayıb ki, zəlzələ nəticəsində ölən olmayıb, lakin kiçik dağıntılar qeydə alınıb.
205 turist ərazidən çıxarılır: Kosda zəlzələ tarixi minarəni dağıtdı - VİDEO
Egey dənizi sahillərində bu gecə baş verən zəlzələnin fəsadları səngimək bilmir. Hürriyet-in Afinadakı müxbiri Bodrum yaxınlığındakı Yunanıstanın Kos adasında 205 türk turistin evakuasiyasına başlanıldığını deyib. O, Kosda zəlzələnin tarixi minarəni dağıtdığını da sözlərinə əlavə edib.
“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR
Moldova parlamenti sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib. Bu, yalnız siyasi bəyanatdır və heç bir hüquqi qüvvəsi yoxdur. 2017-ci ildə tanınmamış “Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.
Yəmən vəbanın əsirinə çevrilib: 368 min xəstə, 1800-dən çox ölü
Yəməndə bu il aprelin sonlarından 368 min nəfərdən çox vəba xəstəsi qeydə alınıb. 2017-ci il aprelin 27-dən iyulun 19-dək Yəmənin 23 vilayətindən 21-də 368 207 vəbaya yoluxma halı və xəstəlikdən 1828 ölüm halı qeydə alınıb.













