Dünya

Türkiyə, İran və İraq orduları Şimali İraqa qoşun yeridə bilər

27 Sentyabr 2017 14:17

“Referendumdan sonra İraqda qurulacaq “Kürdistan dövləti” Türkiyənin, İranın, İraqın və Suriyanın dövlət maraqlarına və ərazi bütövlüyünə təhlükə yaradır”. Bu fikirləri eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.

General Rusiyanın Ukrayna ilə bağlı hədəfini açıqladı

27 Sentyabr 2017 14:06

Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər. Bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib. “Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub.

“Kürdüstan” dövlətinin yaradılması region türkünə problemdir

27 Sentyabr 2017 13:49

Sentyabrın 25-dən etibarən İraq yeni bir təlatümlü, ağır dövrünə qədəm qoyub.  Söhbət qeyd olunan tarixdə Şimali İraqın kürd muxtariyyətinin elan edilməsi ilə bağlı keçiriən referendumdan gedir. Təkcə İranın özü üçün deyil, eyni zamanda qonşuları, ümumilikdə region üçün təhlükə vəd edən bu referendum əslində “Kürdüstan” dövlətinin yaradılmasına hesablanıb. Və bu daha çox Türkiyə üçün ciddi təhlükə vəd edir.

Qərbin böyük layihəsi olan Ərbil projesi

27 Sentyabr 2017 13:48

Son illər referendum sözü ən aktual ifadəyə çevrilib. Bir ölkənin Avropa Birliyindən çıxmasından tutmuş, hansısa separatçı qurumların özünü muxtar elan etməsinə qədər bütün məsələlər bu gün referendum yolu ilə həllini tapır.

Fələstin İnterpola ÜZV OLDU

27 Sentyabr 2017 13:33

İsrailin etirazlarına baxmayaraq Fələstinin İnterpola üzvlük müraciəti qəbul etdildi. Olaylar bildirir ki, bu haqda məlumatı bu gün İnterpol Beynəlxalq Polis Təşkilatı twitter hesabından Pekindəki plenar iclasda Fələstin və Solomon Adalarının üzvlük istəyinin qəbul edildiyi açıqlanıb.

Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazıb

27 Sentyabr 2017 13:30

Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb. Bu barədə RBK respublikanın güc strukturlarına yaxın mənbəyə istinadən yazıb.

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi həbs edilib

27 Sentyabr 2017 13:28

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy həbs olunub. O, rüşvət və fırıldaqçılıqda ittiham olunur. A.Berejnoy Sankt-Peterburq şirkəti "Profbiznes" ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqaviləyə əsasən 20 milyon rubl, eləcə də ticarətlə məşğul şəxslərdən yeni müqavilələrin imzalanmasına himayə etdiyi üçün 368 milyon rubl mənimsəməkdə günahlandırılır.

Dodaqlarına inşaat slikonu vurdurdu DƏHŞƏT

27 Sentyabr 2017 13:05

Özünü həkim kimi tanıdan saxta estetik cərrah ağılalmaz dolğu edib. Adanada dodaqlarına silikon vurduran Güllü Sel adlı qadın bir müddət sonra narahatlıq səbəbilə həkimə üz tutub. Qadının dodaqlarındakı dolğunun mənşəyini araşdıran həkimlər bunun inşaat slikonu olduğunu aşkar ediblər. Bu xəbərdən məyus olan qadın polisə şikayət edib.

"Qaşlarını alıb şalvar geyinən tələbə qızlar cəhənnəmlikdir" - Türk molla fətva verdi - VİDEO

27 Sentyabr 2017 12:56

"Qaşlarını aldırıb şalvar geyinən və bu görkəmdə ali təhsil müəssisələrinə, universitetlərə gedən tələbə qızlar çox böyük haram iş görür, günah işləyirlər. Onlar cəhənnəmlikdir".

Kürdlərin milli cəhdinə hörmətlə yanaşırıq, amma... – Rusiya

27 Sentyabr 2017 12:43

Ərbillə Bağdad arasındakı mübahisəli məsələlər dialoq yolu ilə həll edilməlidir. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bəyanatda Moskvanın kürdlərin milli cəhdlərinə hörmətlə yanaşdığı bildirilib.

Meksika-ABŞ sərhədində divar inşası başladı

27 Sentyabr 2017 12:38

ABŞ və Meksika arasındakı sərhəd xəttində divarın tikintisinə start verilib. İstinad divarları sərhəd pozuntularının qarşısını alacaq və sərhəd xəttini qoruyacaq. ABŞ gömrük-sərhəd xidmətindən verilən məlumata görə, 30 gün ərzində Kaliforniya ştatının San-Dieqo şəhərində 8 belə prototip hazırlanacaq. Bildirilir ki, San-Dieqoda 8 prototip divarın tikintisinə başlayıblar. Divarlardan dördü betondan, dördü isə alternativ materiallardan hazırlanacaq.

Roma Papasına qarşı ŞOK İTTİHAM — Kafirliyi təbliğ edir

27 Sentyabr 2017 12:29

Roma Papası son 8 əsr ərzində ilk dəfədir ki, kafirliyi yaymaqda ittiham edilir. Katolik Kilsəsinin 60 konservativ xidmətçisi pontifikə məktub göndərib. Məktubu imzalayan şəxslər Fransiski "Amoris Laetitia" apostol müraciətinin mətninə görə tənqid edirlər. Mətn ötən ilin yaz ayında dərc edilib.

İsrailli əsgərlər 15 fələstinli həbs etdi

27 Sentyabr 2017 12:27

İsrailli əsgərlərin işğal altında olan Qərb Şəriyədəki bölgələrdə 15 fələstinlini saxladığı bildirilir.İsrail ordusunun yaydığı məlumatına görə, Qərb Şəriyənin müxtəlif bölgələrində gecə keçirilən əməliyyatlar zamanı 15 fələstinlinin "terror aktlarına cəlb edilməsi" səbəbi ilə saxlanıldığı bildirilir.

“Rusiya sərhədlərində istənilən müharibə...” - ABŞ-a XƏBƏRDARLIQ

27 Sentyabr 2017 12:20

Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir.  Bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib. “Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.

Deputatlığa namizəd terrorçuya necə çevrildi? - Ölkəni “minalayanın" ADI AÇIQLANDI

27 Sentyabr 2017 12:14

Rusiya KİV-i sentyabr ayında ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb. Bu, Stavropol diyarının Stepnovski rayonunun 28 yaşlı sakini Albert Abramovdur. Oğlanın sosial şəbəkələrdə yazdığı statuslar şübhəli deyildi: kənd bayramları və yerli futbol komandasının məşqlərindən videolar, avtomobil və ya mobil telefonun təmiri haqqında suallar. Gənc insanın beynini yumağa hansı arada vaxt tapdılar? Bu sualın cavabını nə Albertin oxuduğu məktəbdə, nə də onun 2015-ci ildə yerli qanunverici orqana deputatlığa namizədliyini irəli sürdüyü partiyada bilmirlər.