Dünya
Parlament müharibəyə başlamağa icazə verdi - SON DƏQİQƏ
Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumla əlqədar bölgədə gərginlik getdikcə artmaqdadır. İraq parlamenti baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Parlamentin qərarına əsasən, İraq güc strukturları 10 iyul 2014-cü ilə qədər olan vəziyyətə uyğun olaraq bütün mübahisəli rayonlarda yerləşməlidir.
Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ?
Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər. Bu təhlükə Ermənistanın “lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini tapır. Saytın siyasi şərhçisi Aykazn Qaqriyan məqaləsində yazır ki, “Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir”. Söhbət erməni hərbi birləşmələrinin keçirdiyi sonuncu hərbi təlimdə “Smerç” (Qasırğa) raketlərinin atəş açmasından gedir.
Daha bir ölkə referenduma gedir: 7 qadağa ləğv edilir
İrlandiya hökuməti ölkədəki 7 qadağanı aradan qaldırmaq üçün referendum keçiriləcəyini elan edib. İrlandiyanın baş naziri Leo Varadkar referendumla bağlı verdiyi açıqlamada abort qadağasının da referenduma daxil ediləcəyini bildirib. İrlandiyada təcavüz, insest hallarında abort etdirmək qadağandır.
Türkiyəli jurnalist: “Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”
“Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”. Bunu türkiyəli jurnalist-yazar Güngör Yavuzaslan deyib. İraqın Kərkük vilayətindəki vəziyyəti dəyərləndirən Güngör Yavuzaslan İraqın şimalında sentyabrın 25-də keçirilmiş referendumu belə şərh edib: “Bölgədən bu gün səhər Türkiyəyə qayıtmışam. Kərkük Seçki Komissiyası referendumu qəbul etmədi. Səsvermə üçün Ərbildən adamlar göndərdilər, Kərkük isə referendumu boykot etdi. İndi Kərkükdə türkmənlərin əsas problemi onların təhlükəsizliyidir.
Qasırğa dünyanın ən böyük teleskoplarından birini zədələdi
Bir müddət əvvəl Karib dənizində tüğyan etmiş "Mariya" qasırğası dünyanın ən böyük teleskoplarından birinə - Puerto-Rikoda yerləşən "Aresibo" teleskopuna ziyan vurub. Mütəxəssislər qeyd edir ki, qasırğa teleskopu sıradan çıxarmasa da, onun gələcək fəaliyyətini təhlükə altına salıb. Hazırda teleskopa vurulan ziyanın həcmi araşdırılır. Fəsadların ciddi olacağı təqdirdə rəsədxananın bağlanacağı da istisna olunmur. Teleskopun ölçüsü 305 metrdir.
Bərzani tərəfdarları belə saxtakarlıq etdilər
İraqın Bərzaninin idarə etdiyi bölgədə keçirilən referendumla bağlı mübahisələr davam edir. Yenicag.az İraq mətbuatına əsasən xəbər verir ki, 93,29 faizlə “Hə”nin üstünlük etdiyi tanınmayan referendumda ciddi saxtakarlıq edilib.
İran parlamenti fövqəladə iclas keçirdi
İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb. Məlumata görə, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib.
Kef məclisində Kərkükə ağlamaq
Somalidə uşaqlar acdır. Su tapmır. Bizimkilər kədərlənir. Kondisioner altında somalilərin dərdinə yanır. Uyğurlarla çinlilər qırğına çıxır. Qarşılıqlı bir-birlərinin dərisini soyur, asırlar, yeyirlər. Bizimkilər yenə kədərli. Videolar paylaşılır. Elçibəy dövründən bu günə kimi əlimizdə qalan şanlı Turan eli bayrağını Çinə sancamağa can atırıq. Yenə göz yaşı, kədər.
Kürdləri kimlər qızışdırır? - Bərzaninin arxasındakı güclər
Heç kimə sirr deyil ki, separatçı hərəkətların arxasında müəyyən xarici qüvvələr durur. Bu, günümüzün reallığıdır. Böyük güclər nə qədər bəyan etsələr ki, separatizmin əleyhinədirlər, müstəqil dövlətlərin ərazi bütövlüyündən yanadırlar, amma maraqlar üstün gələn zaman bunu gözardı edilir.
Pilot reysdə öldü
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin pilotu Əbu Dabidən Amsterdama uçan təyyarəni idarə edərkən, səmada keçinib.
Pentaqon rəhbərinə Kabildə raket şoku
ABŞ-ın müdafiə naziri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstana səfər edib. Mettis və Yensin səfəri qeyri-rəsmidir və əvvəlcədən planlaşdırılmayıb. Stoltenberq və Ceyms təyyarədən endikdən sonra Kabil hava limanında raket səsləri eşidilib. Əldə edilən xəbərə əsasən, hava limanına 6 raket zərbəsi endirilib. Bütün uçuşlar ləğv edilib və hava limanında təxliyyə başlayıb. İnsident nəticəsində ölən və yaralanan olmayıb. Həm Taliban, həm də İŞİD hücuma görə məsuliyyəti öz boynuna götürüb.
Rusiya və Əsəd rejimi xəstəxana və məktəblərə hvavadan hücum etdi
Suriyanın İdlib və Hələb şəhərlərində 8 gün ərzində təşkil edilən hücumlar zamanı 7 xəstəxana, 6 məktəbin vurulub. Olaylar bildirir ki, 19 sentyabrdan hücumlara məruz qalan xəstəxana və məktəblər boşaldılıb. Məlumata əsasən Hələbin Darət qəsəbəsində 1, İdlibin Kəfər Nəbil qəsəbəsində 3, Xan Seyhun, Tih, Cist əş Şugur qəsəbələrində 1 xəstəxana hava hücumları ilə məhv edilib və 3 nəfər həlak olub.
5 mindən çox yaşayış məntəqəsi, 270 min kvadrat kilometr ərazi... – Türkiyəyə qarşı ŞOK PLAN
İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb. Nəşr qeyd edir ki, Türkiyənin 270 min kvadrat kilometrlik ərazisini “Böyük Kürdüstan” xəritəsinə daxil edən Bərzani-PKK ittifaqı İraq və Suriyadan sonra Türkiyəyə hücum etməyi planlaşdırır.
Referendum hələ müstəqillik demək deyil
İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Məlumata görə, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib. Nəticələr bəlli olduqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib.
Taylandın sabiq baş naziri 5 ilini həbsxanada keçirəcək
Taylandın sabiq baş naziri 5 il müddətinə azadlıqdan məhrum edilib. Yinqlak Çinavat rüşvətxorluq və korrupsiyada ittiham edilir. Bu barədə "Tayland naminə" partiyası məlumat verib. Məhkəmə sabiq baş naziri 5 il müddətinə azadlıqdan məhrum edib. Qərar Taylandın Ali Məhkəməsinin xüsusi kollegiyası çıxarıb.














