Dünya
“Google Loon” layihəsi 2019-cu ildə kommersiya bazarına çıxarılacaq
“Google” şirkətinin sahibi olan ABŞ-ın “Alphabet” holdinqi “Loon” layihəsini kommersiya bazarına çıxarmağa hazırlaşır.
Universal tərcüməçi istifadəyə veriləcək
“Star Trek” elmi-fantastik filmindəki universal tərcüməçi tezliklə reallığa çevrilə bilər. Çinin axtarış nəhəngi olan “Baidu” şirkətinin proqramçıları səyahətçilərin Asiya ölkələri və ingilis dilində danışan ölkələrdə həyatını asanlaşdıran qurğu üzərində işə başlayıblar. Qurğunun iş prinsipi "Ulduz yolu" serialının personajları tərəfindən istifadə edilən analoji qurğunun işini xatırladır.
“Ağıllı” cins gödəkcə hazırlanıb
"Levi's" geyim istehsalçısı "Google" şirkəti ilə birlikdə "Commuter Trucker Jacket" "ağıllı" gödəkcəsinin satışlarına başlayıb.
Alimlər ürəyin skan edilməsi vasitəsilə istifadəçiləri i dentifikasiya etməyi təklif ediblər
“Face ID” adlı sifətin skan edilməsi sistemi ilə təchiz edilmiş “iPhone X” smartfonunun təqdimatı istifadəçilərin identifikasiyası üçün belə metodun təhlükəsizliyi haqda müzakirələrə yol açıb. Buffalo Universitetinin alimləri istifadəçiləri onların ürəklərinə görə identifikasiya etməyi təklif edib. Belə ki, ürəyin forması unikaldır və ciddi xəstəliklər istisna olmaqla onun forması dəyişmir.
“Huawei” şirkəti yeni konsorsiuma daxil olub
"Huawei" telekommunikasiya avadanlığı istehsalçısı iştirakçılarının beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların hazırlanması ilə məşğul olduğu "5G-MoNArch" konsorsiumuna üzv olub. Bu barədə Çin şirkətinin rəsmi saytında dərc edilən məlumatda deyilir.
Müğənni təyyarədə sərnişinləri qorxutdu - Qalmaqal
Son vaxtlar etdiyi qalmaqallarla gündəmdən düşməyən gənc müğənni Aleyna Tilki təyyarədə sərnişinləri qorxudub. Aleyna qaydaları pozaraq təyyarədə mobil telefonunu söndürməyib. Müğənninin telefonla danışdığını görən sərnişinlər təşvişə düşüblər. Təkidlərə baxmayaraq Tilki telefonunu söndürməyib.
Pilotsuz uçan taksilər - DUBAYDA BUNU DA ETDİLƏR
Dubayda ilk uçan taksilər xəttə buraxılıb. "Volocopter" şirkətinin istehsalı olan taksilərin təqdimatında Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum da iştirak edib. Taksilər ən yüksək təhlükəsizlik standartlarına malik olub, 9 ədəd akkumulyator, habelə onların enerji yığmasını təmin edəcək texniki vasitələrlə təchiz edilib.
Tozsoran istehsalçısı elektromobil buraxacaq
Böyük Britaniyanın tozsoran və digər məişət elektronikası istehsal edən “Dyson” şirkəti 2020-ci ilə qədər elektromobil buraxmaq niyyətindədir.
Britni Spirs arıqladı - İndi daha rahatam
Məşhur amerikalı müğənni, pop-ulduz Britni Spirs aylardan bəri sürəkli davam etdirdiyi pəhrizin və fasilə vermədiyi məşqlərin sayəsində arıqlayıb. Özü də çox. 35 yaşlı Britni Spirs məşqlərini daha da intensivləşdirəcəyini söyləyib. İki övlad anası səhnədə qıvraq olmaq üçün artıq həftədə 5 gün məşq edir. "İndi daha rahatam. Sanki, gəncləşmişəm", - Britni Spirs deyib. Dünənsə müğənni həmkarı, 47 yaşlı Merayya Kerri ilə Kaliforniya ştatındakı Qərbi Hollivudda partidə idi.
"İnstagram” rekorda imza atır
Hazırda sosial şəbəkələrə liderlik edən "Facebook"a rəqib gəlir. Statistikaya görə, “İnstagram” sosial şəbəkəsinə ayda 800 milyondan çox istifadəci giriş edir. Gündəlik auditoriya isə 500 milyondan aşağı düşmür.
Model rusiyalı milyarderin həyat yoldaşı ilə görüşən cavan sevgilisindən ayrıldı
Supremodel Haydi Klum 3 illik sevgilisi Vito Şnabeldən ayrlıb. Modelin 31 yaşlı sevgilisi bu ilin fevralında rusiyalı milyarder Roman Abromoviçin keçmiş həyat yoldaşı Daşa Jukova ilə görüntülənmişdi. Jukova ilə görüşdən sonra iki həftə sonra Vito Şnabel sanki heç bir şey olmamış kimi Haydi Klumla münasibətlərini davam etdirmişdilər. Hətta çimərlikdə öpüşərkən şəkilləri çəkilmişdi. Bundan sonra cütlük yarım il də sevgili olub, lakin Klumun sözlərinə görə, onlar indi qəti şəkildə ayrılmağa qərar verib.
Məşhur repçi dünyanın düz olduğunu iddia edir
O, Yerin real kosmik görüntüsünü əldə etmək üçün pul toplamağa başlayıb. O, topladığı pula kosmik gəmi almaq və Yerin orbitinə göndərərək görüntülər əldə etmək istədiyini deyib.
Diqqəti inkişaf etdirən 5 ÜSUL
Çətin və ya maraqsız bir işi həyata keçirmək məcburiyyətində qalan insanlar diqqət toplamağın nə qədər çətin olduğunu çox yaxşı bilir. Ancaq diqqəti artırmağı təmin edən bəzi elmi üsullar da mövcuddur ki, bununla işləriniz daha asan hala gələ bilər.
Dünyanın ən məşhur şəhərləri - YENİ SİYAHI
Mərkəzi ABŞ-da yerləşən “Mastercard” maliyyə şirkəti “2016 Qlobal Şəhərlər İndeksi” siyahısını təqdim edib. Siyahıda dünyanın 30 ən məşhur şəhəri yer alıb. 9 ildir mütəmadi olaraq yayımlanan siyahının tərtibində şəhərlərin ümumi ziyarətçi sayı, xaricdən gələnlərin həmin şəhərlərdə xərclərinin miqdarı və turistlərin nəqliyyatdan istifadə sayı nəzərə alınır.
Rusiyanın son kimyəvi silah ehtiyatları məhv edildi
Rusiyanın son kimyəvi silah ehtiyatları Udmurtiyada məhv edilib. Məlumata görə, bu prosesdə "telekörpü" vasitəsilə ölkə prezidenti Vladimir Putin də iştirak edib. Məluamat görə, Udmurtiyanın Kizner qəsəbəsində hərəsi bir kiloqram ölçüdə olan iki mərmidən kimyəvi maddələr çıxarılıb və zərərsisləşdirib. Bu, Rusiyanın 40 min tonluq kimyəvi silah ehtiyatının sonuncu hissəsi olub.














