Dünya

Miqrantları daşıyan gəmi batdı – Yunanıstanda

28 Sentyabr 2017 12:02

Yunanıstan Sahil Təhlükəsizlik Komandirliyi Meis adasından miqrantları daşıyan gəminin batdığını açıqlayıb. Olaylar bildirir ki, miqrantlardan 25 – i axtarış – xilasetmə əməliyyatları zamanı xilas edilib. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qızın həyatını xilas rtmək mümükün olmayıb.

Türkiyənin müdafiə naziri: "Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq"

28 Sentyabr 2017 11:36

"Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması vacibdir". Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib. O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq. "Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib. Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.

Türkiyə və İraqdan kürd muxtariyyətinə ZƏRBƏ

28 Sentyabr 2017 11:33

Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq.  İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb. “Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı”, - bəyanatda deyilir.

Dünyanın gözü Türkiyədə: Putin və Ərdoğanın gündəmində nələr var?

28 Sentyabr 2017 11:20

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək. Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək. Ərdoğan və Putin arasında görüşün əsas mövzuları Suriya və İraqda baş verən proseslər olacaq. Liderlər, həmçinin Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumun nəticələrini müzakirə edəcəklər. Bir neçə gün əvvəl baş tutan telefon söhbəti zamanı liderlər İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasına diqqət çəkmişdilər.

Alimlərdən yeni kəşf: "Plutonun buz qatları iqlim dəyişikliyi nəticəsində yaranıb"

28 Sentyabr 2017 11:18

Amerikalı alimlər yeni kəşfə imza atıblar. Alimlər Pluton planetinin üst qatındakı buz laylarının mənşəyini öyrəniblər. "İcarus" jurnalının yazdığına əsasən, Eyms tədqiqat mərkəzinin mütəxəssisləri 2015-ci ildə "New Horizons" zondu tərəfindən əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, planetə 500 metr hündürlüyü olan buz qatları var.

Rəsmi Bağdadın sərt bəyanatı — "Müharibə istəyirsiniz?"

28 Sentyabr 2017 11:14

Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna İraq hökumətinin sərt reaksiyaları davam edir. Dünən İraq məclisi fövqəladə iclas çağırıb. İclasda baş nazir Heydər əl-İbadi kürd liderlərdən savaş istəyib-istəmədiklərini soruşub. Bununla yanaşı İbadi orduya ixtilaf olan bölgələr üçün əməliyyat təlimatı verdi.

Rusiyanı qorxudan "telefon terrorçusu" saxlanıldı

28 Sentyabr 2017 10:54

Moskva vilayəti polis əməkdaşları Puşkino şəhərində yaşayış binasına bomba qoyulması barədə anonim zənglər etməkdə şübhəli bilinən şəxsi saxlayıb.  Bu barədə RF-nin Moskva vilayəti Polis İdarəsinin xəbərində qeyd eilib.

Hyu Xefner vəfat etdi

28 Sentyabr 2017 10:04

“Playboy” jurnalının qurucusu Hyu Xefner 92 yaşında vəfat edib. Olaylar Miliyyet - ə istinadən bildirir ki, yaradıcısı olduğu məşhur “Playboy” jurnalı ilk dəfə 1953 – cü ildə evinin mətbəxində hazırlayaraq nəşr etməyə başlayıb. Jurnal bir çox ölkələrdə dərc olunurdu. Hər ay 7 milyon nüsxə satılan jurnalın üz qabığında dünyaca məşhur simalar çəkilirdi.

Tramp İspaniya prezidentini tanımırmış

28 Sentyabr 2017 09:50

ABŞ prezidenti Donald Tramp İspaniyanın baş nazırı Mariano Rahoyla görüşdən sonra tvitter hesabındakı paylaşımı ilə gündəm olub.  Donald Tramp mətbuat konfransı zamanı Mariano Rahoyu prezident kimi təqdim edib. İspaniyanın baş naziri prezident kimi təqdim edilməsinə təəccüblənib.

“Twitter” mesajlara qoyulmuş limiti artırmağı sınaqdan keçirir

27 Sentyabr 2017 20:00

“Twitter” mikrobloqlar xidməti mesajlara qoyulmuş məhdudiyyəti 280 simvoladək artırmağı sınaqdan keçirir.

Süni intellekt texnologiyaları bazarında 5 qat artım qeydə alınacaq

27 Sentyabr 2017 19:40

“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, yaxın illərdə süni intellekt texnologiyalarına qlobal xərclər təxminən 5 dəfə artacaq.