Ərdoğan Təhlükəsizlik Şurasını yenə topladı - Qapalı müzakirə
28 Sentyabr 2017 10:19 SiyasətAnkarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.Qapalı şəkildə keçirilən toplantı iki saat yarım davam edib.İclasda baş nazir nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər dövlət rəsmiləri iştirak edib.Bölgədəki son hadisələrin müzakirə edildiyi iclasda İraq və Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. İclasda həmçinin terrorla mübarizəyə də yer ayrılıb/APA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31