Dünya
Balidə fövqəladə vəziyyət elan olundu
İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi hələ də qalır. Bu səbəbdən adadan təxliyə olunan insanların sayı 96 minə çatıb. Yerli hakimiyyət vulkanın ətrafında sirenalar quraşdırıb. Vulkanın aktivliyi yüksək olaraq qalır.
Beren Saat Kənandan ayrılıb? - Üzüyü barmağından çıxartdı
Aktrisa Beren Saat "Fatmagülün suçu ne" serialından rəfiqəlik etdiyi həmkarı Esra Dermancıoğlu ilə gecələrdə kameralara tuş gəlib.
ABŞ Antiterror Mərkəzinin rəhbəri: "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"
"İranın "Hizbullah”dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana, Misirə, Tailanda, Kiprə və Peruya göndərir”.
General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir
Dağıstan rəhbəri postuna əsas namizəd “Rosqvardiya”nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Virtualaz.org xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib.
Suriya ordusu Homsun 7 yaşayış məntəqəsini azad etdi
Suriya ordusu Homsun şərq hissəsinə hücumları bərpa edib. 50 kvadrat kilometrlik ərazi İŞİD terrorçularından azad edilib. Ordu Hama və Homsun 7 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
Putinin “coker”ləri və Medvedevin 7 potensial VARİSİ
Gözlənildiyi kimi, Vladimir Putin ilin sonunda dördüncü prezidentlik müddətinə gedib-getməmək barədə qərarını elan edəcək. Hələ o da dəqiq deyil ki, onun namizədliyi özü, yoxsa “Vahid Rusiya” Partiyası tərəfindən irəli sürüləcək. Həmçinin aydın deyil ki, Putin seçicilərə hansı proqramı təqdim edəcək. Amma əsas məsələ odur ki, dövlətdə ikinci postu - baş nazir kreslosunu kim sahiblənəcək. Bir neçə variant var: Dmitri Medvedevin bu postda saxlanılmasından tutmuş, baş nazir vəzifəsinin ləğvinə qədər.
Hülya Acunu SİLDİ
“Həyatımdan 4 adamı sildim” deyən Hülya Avşarın instagram hesabından dostu, TV8 – in rəhbəri Acun Ilıcalını da sildiyi məlum olub. Yaxın günlərdə Fransada 3 – cü dəfə ailə quran Acunun dəvətliləri sırasında görünməməsi də diqqətlərdən yayınmamışdı. Qeyd edək ki, Acun Ilıcalı instagram hesabından hələ də Hülya Avşarı izləməyə davam edir.
2055-ci ilə qədər YOX OLACAQLAR – “6-cı nəsil kütləvi tükənmə” XƏBƏRDARLIĞI
Qlobal istiləşmə və torpaqların kənd təsərrüfatı üçün həddindən artıq istifadəsi yalnız təbiəti deyil, həmçinin insanların ərzaq ehtiyatlarını da məhv edəcək. Alimlərin tədqiqatına görə, kartof, qəhvə və kakao 2055-ci ilə qədər yox ola bilər. Bioloji müxtəliflik mövzusunda araşdırmalar aparan “Bioversity International” adlı mütəxəssislər qrupu tərəfindən dərc olunan məruzədə qlobal istiləşmə, xəstəliklər və kübrələr səbəbiylə yalnız vəhşi təbiətin deyil, insanların əsas qida ehtiyatlarının da təhlükə altında olduğu bildirilir. Alimlər bunu “6-cı nəsil kütləvi tükənmə” adlandırırlar.
Pentaqon: Sivil vətəndaşları yanlışlıqla vurduq
ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda hava hücumları zamanı yanlışlıqla sivil vətəndaşları vurduqları məlum oldu. Olaylar bildirir ki, hadisə Kabil şəhərində baş verib. ABŞ qüvvələri şəhərdə yerləşən hava limanını havadan zərbələr endiriblər. ABŞ və onun müttəfiqlərinin “Stabil dəstək” adı altında aparılan əməliyyat zamanı zərbələr yanlışlıqla sivil insanlar yaşayan məntəqələrə endirilib. Nəticədə bir nəfər həlak olub, 4 nəfər ağır yaralanıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.
Rusiya banklarında dollar qıtlığı yaranıb
Rusiya bankları Mərkəzi Bankdan (Rusiya Bankı) svop əməliyyatlar vasitəsilə tarixi rekord həcmdə valyuta cəlb edib. Belə bir vəziyyətin yaranması banklarda olan valyuta qıtlığından xəbər verir. Ekspertlər valyutaya tələbin davam edəcəyini və dolların bahalaşacağını proqnozlaşdırırlar.
Trampın açıqlaması dolları bir qədər də möhkəmləndirəcək
ABŞ Prezidenti Donald Trampın vergi islahatları ilə bağlı dünənki çıxışından sonra dollar möhkəmlənməyə, faizlər isə yüksəlməyə başlayıb. Seçkilərdən öncə Tramp korporativ vergiləri 35%-dən 15%-ə qədər azaltmağa söz versə də, dünən 20%-ə qədər azaldacağını açıqlayıb. İnvestorlar bu açıqlamadan sonra ABŞ dövlət istiqrazlarını satmağa və dollar almağa başlayıblar. Nəticədə, 10 illik istiqrazların faizi 8 bənd artaraq son 8 həftənin maksimumuna - 2,317%-ə çatıb. Dollar indeksi isə 0,2% artaraq 93,5 bənd təşkil edib.
Hülya Avşardan səmimi etiraf
Aktrisa, müğənni və aparıcı Hülya Avşar yeni verilişin çəkilişində səmimi etiraflar edib. Hülya "öpüşmə səhnələrində bəyəndiyim adam varsa, çəkiliş meydançasına qaça-qaça gedərəm"-deyib.
44 il həbsdə qalan adam modern dünyaya belə reaksiya verdi - VİDEO
İllərdir getmədiyimiz bir yerə təkrar getdikdə dəyişiklikləri görüb təəccüb içində qalırıq. Bəs görəsən, 44 ilini həbsdə keçirmiş bir insan az qala yarım əsrdir sürətlə dəyişən və təkmilləşən dünyaya necə uyğunlaşır?
Eynşteynin məktubları satışa çıxarılır
Məşhur Alman fiziki Albert Eynşteynin dostu və alim Michell Besoya yazdığı məktublar hərraca şıxarılır. Olaylar bildirir ki, məktublardan biri 1929-cu ilə və vahid sahə nəzəriyyəsi haqqında, 1950-ci ildə yazılmış başqa bir məkrubda isə fizika ilə bağlı daha çox fəlsəfi fikirləri yer alıb. Dostuna yazdığı ikinci məktubda Eynşteynin "Mənim həyatımda öyrəndiyim bir şey varsa, Allaha yaxınlaşmaq çox çətindir" ifadəsi yer alıb. Hərraca çıxarılan məktubda Eynşteyinin dostuna məşhur nəzəriyyələri haqqında bəhs edib. Auksionun təxminən 60 min ABŞ dollar və ya təxminən $ 210,000 olacağı güman edilir.
Ermənistanda tələbələr etiraz aksiyası keçirir
Ermənistanın Şirak Dövlət Universitetinin tələbələri etiraz aksiyalarına başlayıblar. Bu barədə universitetin müəllimi Qagik Hambaryan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.














