Dünya

ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlandı

28 Sentyabr 2017 16:11

ABŞ-ın ən yaxşı universitetlərinin adları açıqlanıb.  Siyahı ABŞ-ın "The Wall Street Journal" qəzeti və Böyük Britaniyanın "Times Higher Education" jurnalı tərəfindən tərtib edilib.  Siyahıda ABŞ-ın ən yaxşı universitetlərinin reytinqinə Harvard Universiteti başçılıq edir, ikinci yeri Nyu-Yorkdakı Kolumbiya Universiteti tutub, Massaçusets Texnologiya İnstitutu və Stanford Universiteti isə üçüncü yeri bölüşüb. Bunlarla yanaşı, ilk "onluq"da Dyuk Universiteti, Yel Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Pensilvaniya Universiteti, Prinston Universiteti və Kornell Universiteti yer alıb.

Məşhur serial beynəlxalq mükafata namizəddi

28 Sentyabr 2017 16:05

Məşhur Türk serialı “Kara sevda” noyabrın 20 – də Nyu – Yorkda Hilton oteldə keçiriləcək Emmy mükafatına namizəddi. Serial televiziya dünyasının Oscarı sayılan və bütün dünyada böyük bir maraqla izlənilən Emmy Mükafatın “Telenovella” kateqoriyasında yarışacaq. Gecədə bir çox məşhur dünya ulduzlarının qatılacağı gözlənilir.

Rusiya aviaşirkətində həbslər: direktor və arvadı ölkədən qaçdı

28 Sentyabr 2017 15:51

Rusiya hüquq-mühafizə orqanları “VİM-Avia” aviaşirkətinin baş direktoru Aleksandr Koçnev və baş mühasib Yekatirina Panteleyevanı həbs ediblər. Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə həmçinin şirkətin sahibi Rəşid Mursekayev və həyat yoldaşı Svetlana Mursekayevin ölkədən qaçdığını bildirib.

Ukrayna Donbasdakı rus generallarını deşifrə etdi

28 Sentyabr 2017 15:49

Ukrayna Təhlükəsizlik Xidməti bir müddət öncə Suriyada öldürülən rusiyalı general Valeri Asapovla birgə Donbasda separatçılara rəhbərlik edən daha iki generalın şəxsiyyətini müəyyənləşdirməyi bacarıb.

Putin Kiyevin sirlərini necə öyrənir? - Generaldan ŞOK İDDİA

28 Sentyabr 2017 15:42

Ukrayna prezidentinin administrasiyasında qəbul edilən qərarların məxfiliyi ürəkaçan vəziyyətdə deyil. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının sabiq müavini, general-leytenant Aleksandr Skipalskiy bildirib.

İstanbulda kriminal qruplar arasında ATIŞMA: azərbaycanlı yaralandı

28 Sentyabr 2017 15:40

İstanbulda silahlı qruplar arasında atışma baş verib. Atışmada iştirak edənlərdən biri də Ariqməmmədov soyadlı Azərbaycan vətəndaşıdır. Məlumata görə, sentyabrın 23-də Orxan Aşıkgöz adlı Türkiyə vətəndaşı və azərbaycanlı olan Ariqməmmədov axşam saatlarında İstanbulun Sultanqazi rayonunda avtoparkda əyləşiblər. İki ağ rəngli avtomobillə avtoparka gələn şəxslər atəş açmağa başlayıb. Açıkgöz və Ariqməmmədov da onlara cavab verib. 8 cinayəti olan Açıkgöz həyatını itirib, Ariqməmmədov isə ayağından yaralanıb.

ABŞ-dan müəmmalı QARABAĞ GEDİŞİ: İrəvanı təşvişə salan BÖYÜK TƏHLÜKƏ

28 Sentyabr 2017 15:38

ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif etdi. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.

“Kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur”

28 Sentyabr 2017 15:13

İraq Kürdüstanında müstəqillik "referendum"u ilə əlaqədar keçirilən səsvermədə  iştirak edənlərin mütləq əksəriyyəti müstəqilliyə “hə” cavabı verib. Belə ki, səs verənlərin 93%-i müstəqilliyi dəstəkləyib, 6,71%-i isə m əleyhinə çıxıb. Ümumilikdə, "referendum"da 3,3 milyon insan qatılıb. İraq hökuməti "referendum"un qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə görüşərək "referendum"un təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb. Türkiyə, İraq, İran və bir çox başqa ölkələr bu "referendum"u separaçılıq adlandırıblar.

Uqandada DƏHŞƏT! Cadugərlər quraqlığın bitməsi üçün uşaqları qurban edib

28 Sentyabr 2017 14:52

Uqandada cadugərlər uzun müddət davam edən quraqlığın başa çatması üçün uşaqları qurban veriblər. Uqandada son 50 ilin ən güclü quraqlığı yaşanır. Mütəxəssislərin fikrincə, quraqlıq 1,5 milyon insanın aclıqdan əziyyət çəkməsinə səbəb ola bilər. Ölkədə uşaqların qurban gətirilməsi şübhəsi ilə əlaqədar 44 nəfər saxlanılıb. Ölkə polisi son bir il ərzində 10-dan çox uşaq meyitinin qalıqlarını aşkar edib.

Rusiya-Türkiyə əlaqələri yeni müstəviyə keçir

28 Sentyabr 2017 14:46

Rusiya ilə Türkiyə arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Söhbət Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Türkiyəyə nəzərdə tutulan səfərindən gedir. Kütləvi informasiya vasitələrinin xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə və aparılan danışıqlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Yaxın Şərqdə cərəyan edən proseslər, xüsusilə bu günlərdə Şimali İraqda keçirilən referendumdan sonra baş verə biləcək hadisələr əsas müzakirə mövzusu olacaq.

Ərbilə bütün xarici uçuşlar dayandırılır

28 Sentyabr 2017 14:43

Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bütün xarici uçuşlar cümə günündən dayandırılır. Bu haqda AFR agentliyinə Ərbil beynəlxalq hava limanının rəhbəri Talar Faiq Saleh bildirib.

İstanbulda antiterror əməliyyatı: daha 16 nəfər saxlanıldı

28 Sentyabr 2017 14:33

İstanbul polisi növbəti antiterror əməliyyatı keçirib. Bu barədə şəhər Polis İdarəsi xəbər yayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 16 nəfər tutulub. Əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib.

Putin daha 8 qubernatoru istefaya göndərir

28 Sentyabr 2017 14:31

Rusiyanın daha 8 qubernatoru vəzifəsindən kənarlaşdırılacaq. Bu barədə informasiyanı “İnterfaks” agentliyi Agentlik istefaya göndəriləcək qubernatorların hansı bölgələrin rəhbərləri olduğunu açıqlamayıb.

Ərdoğan: "Bərzani özünü oda atıb"

28 Sentyabr 2017 14:28

İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil.  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının məzuniyyət mərasimində deyib.

Məşhur yazar törətdiyi CİNAYƏTİ ETİRAF ETDİ

28 Sentyabr 2017 14:05

Məşhur Behzat Ç. serialının yazarı  Emrah Serbes hər kəsi təəccübləndirəcək etiraf etdi. Olaylar bildirir ki,  sentyabrın 22 – də Aydın İzmir yolunda baş verən avto qəza zamanı iki nəfər həlak olmuşdu. Məşhur yazar və ssenarist Emrah Serbes ata və  qızın ölümünə səbəb olan avto qəza etdiyini yazdığı məktubda etiraf edib.