Dünya
Nur timsah dərisindən olan 100 min lik çantası ilə gündəmdə
Modelyer Nur Yerlitaş qardaşı Benan Yerlitaş üçün sürpriz ad günü partisi təşkil edib. Məkana girərkən görüntlənən modelyer qırmızı çantası ilə diqqət çəkib.
"Apple" şirkəti kasıblar üçün telefon istehsal edəcək
ABŞ-ın "Apple" şirkəti yeni "iPhone X" almağa pulu çatmayanlar üçün qənaətcil "iPhone SE" smartfonunun qənaətcil versiyasını tərtib edib. Yeni smartfon daha əlçatan qiymətə çərçivəsiz "iPhone X" smartfonunun kiçildilmiş nüsxəsinə bənzəyəcək.
Hadisədən qalmaqallı paylaşım - "Tilkiyi qovduq..."
Türkiyənin məşhur pop ulduzu Hadisə İnstaqram-da qalmaqallı paylaşım edib. Müğənni gənc ifaçı Aleyna Tilkini qıcıqlandıran bir addım atıb. Hadisə bir neçə gün bundan əvvəl Adanadakı konsertdə yumurta atılaraq qovulan Tilkiyə söz atıb.
Beyonse xəstə Qaqaya p altar yolladı
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls dünən əri, milyarder reper Cey Zi ilə birlikdə Nyu-Yorkdakı "Madison Square Garden"də müğənni Bruno Marsın konsertinə qatılıblar.
Dünyada ağcaqanadlardan müdafiə sisteminə malik ilk smartfon təqdim edilib
Cənubi Koreyanın “LG” şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına (“Mosquito Away”) malik ilk smartfon təqdim edib. İstehsalçıların iddiasına görə, “LG K7i” adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.
Geyimlər də "ağıllandı": Üzərlərində internet, sensor, yaddaş kartı olacaq
Yaponiyada "ağıllı" geyimlərin istehsalına başlanacaq. Bu geyimlər bir qrup alim tərəfindən hazırlanan elastik, suya davamlı, həssas sensorla təmin edilmiş panellərdən hazırlanacaq.
Metroda silah səsləri
İspaniyada Madrid metrosunda silah səsləri eşidilib. Bununla bağlı ölkənin “La varguardia” qəzeti məlumat yayıb.
“Dünyanın ən təhlükəli...” - Psixiatrlardan Trampı qəzəbləndirəcək kitab
Yelsk Universitetində Bend Linin rəhbərliyi altında 27 nəfərlik psixiatrlar qrupu ABŞ prezidenti Donald Trampın psixi vəziyyəti haqqında kitab yazıblar. Bu haqda Böyük Britaniyanın “The Independent” nəşri bildirib. Kitabın müəllifləri iddia edirlər ki, Tramp “təhlükəli ruhi xəstə”dir və onun “dəliliyi” diqqəti cəlb edir.
Çin Şimali Koreya ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar tətbiq etmək qərarından sonra hərəkətə keçib. Hökumət ölkədə fəaliyyət göstərən Şimali Koreya mənşəli bütün şirkətləri və ortaqlıqları bağlayacaq. Xəbəri Çinin Ticarət Nazirliyi də təsdiq edib. Nazirlikdən verilən məlumatda şirkətlərin 120 gün içində bağlanacağı da bildirilib.
NATO generalı: “Bu, Rusiyanın böyük səhvi idi”
“Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”. Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə deyib. Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.
Türkiyədən XƏBƏRDARLIQ: “Dərhal çıxın!”
Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraqdakı ölkə vətəndaşlarına müraciət edib. Nazirlik Şimali İraqa uçuşlar dayandırılmadan əvvəl Türkiyə vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.
Uşaq yeməklərinə zəhər qatıldı: "10 milyon ödənməsə, proses davam edəcək"
Almaniyanın cənub sərhədindəki Fraydriçşafen şəhərində marketlərdə satılan uşaq yeməklərindən zəhər tapılıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Marketlərdə satışa çıxarılan fərqli markalara məxsus uşaq yeməklərində körpələrdə ölüm riski yaradacaq səviyyədə zəhərin olduğu aşkar edilib.
Riqada avtomobil bir neçə uşağı vurub
Latviyanın paytaxtı Riqada avtomobil bir neçə uşağı vurub. Məlumata görə, hadisə nəticəsində 3 uşaq xəstəxanaya yerləşdirilib. Polisin verdiyi məlumatda qeyd edilir ki, avtomobilin sürücüsü özünü qəflətən pis his etdiyi üçün idarəetməni itirib.
İranda hərbi helikopter qəzaya uğradı
İran şimal – şərqində hərbi helikopter qəzaya uğradı. Olaylar bildirir ki, Umrmiya yaxınlığında baş vermiş qəza zamanı 1 nəfər həlak oldu, 2 nəfər ağır yaralandı. Helikopter sınaq məqsədi ilə havaya qalxıb. Qəzaya səbəb texniki nasazlıq səbəb göstərilir.
Türkiyə və İraqın Baş nazirləri görüşəcək - Referenduma görə
Türkiyə və İraqın Baş nazirləri Binəli Yıldırım və Heydər əl-Abadi yaxın vaxtlarda İraqın kürd muxtayyətində referendumla əlaqədar görüş keçirəcəklər. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib: "Madam ki, Məsud Bərzani bizim xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman İraq üzrə danışıqlar aparacağımız yeganə tərəf Bağdad rəhbərliyi olacaq. Baş nazirlərimiz yaxın vaxtlarda görüşəcəklər".














