Dünya
Əfqanıstanda TERROR
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danış 1TV kanalına açıqlamasında bildirib. Danışın sözlərinə görə, partlayış yerli vaxtla 16:30-da olub. Partlayış nəticəsində 3 nəfər ölüb, 16 yaralı var. Ölənlər arasında iki polis də var. Yaralılar arasında dinc sakinlər üstünlük təşkil edir.
İstanbulda yeni mer
İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb. M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
İŞİD terrorçuları məhv edildi
Göydən yağış yerinə balıq "yağdı" - VİDEO
Tədqiqatçılar: “iOS 11” sistemi “iOS 10”-dan çox enerji sərf edir”
"Wandera” şirkətinin apardığı tədqiqat yeni “iOS 11” əməliyyat sisteminin “iPhone” və “iPad” qurğularında “iOS 10” sistemindən fərqli olaraq 2 dəfə daha çox enerji sərf etməsini təsdiq edib.
Avtomobillər üçün “BMW” simsiz enerjidoldurma qurğusu buraxılacaq
“BMW” şirkəti avtomobillər üçün simsiz enerjidoldurma stansiyasının istehsalına hazırlaşır. Bu dəfə söhbət smartfonlar üçün birləşdirici stansiyadan (dok-stansiya) getmir. Simsiz enerjidoldurma texnologiyası artıq satışa çıxarılıb və bir neçə ildir mövcuddur, lakin avtomobillər üçün bu funksiya yenilik olacaq.
Süni intellekt üçün prosessor təqdim edilib
"Intel" şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulmuş "Loihi" prosessorunu təqdim edib. Şirkətin məlumatına görə, son 6 ildə xüsusi komanda insan beyninin fəaliyyətini köçürə bilən tamamilə yeni prosessor arxitekturası üzərində işləyib.
Pilotsuz uçan ilk hidrotəyyarə hazırlanıb
Çində dünyanın ilk pilotsuz uçan hidrotəyyarəsi hazırlanıb. Havaya müstəqil qalxa, uçuşlar edə və su üzərinə enə bilən təyyarə “UVS Intelligence System” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Aparatın əsasını şirkətin istehsal hüququnu bir müddət əvvəl əldə etdiyi İtaliyanın “Colyaer Freedom S100” yüngül təyyarəsi təşkil edir.
Yeni suyadavamlı smartfon istehsal edilib
Çində növbəti ildə yeniliyə çevriləcək müasir suyadavamlı “IP69” standartına uyğun smartfon istehsal olunub.
Dünyada “stress çarxı”na malik ilk telefon təqdim edilib
Honkonqun “Chilli International Holding (HK) Ltd” şirkəti dünyada “stress çarxı”na (spinner) malik ilk mobil telefon təqdim edib. “K188” modeli Hindistanda satışa çıxarılacaq. Sentyabrın sonundan etibarən yeni qurğu “Amazon”, “Flipkart”, “ShopClues”, “PayTm” internet mağazalarında, həmçinin ölkənin aparıcı pərakəndə şəbəkələrində əlçatan olacaq.
2017-ci ilin əsas kibertəhlükələri bəlli olub
Avropolun hesabatına əsasən, fırıldaqçı viruslar 2017-ci ildə əsas kibertəhlükələrdən biri olacaq.
İŞİD ölən və əsir düşən rus əsgərlərin sayını açıqladı
Suriyanın Deyr-ez-Zor əyalətində bir Rusiya əsgəri həlak olub, ikisi əsir götürülüb. Bu haqda İŞİD-in terror qruplaşmasının “Amak” informasiya agentliyi bildirib. Bildirilir ki, rusiyalı Şulya qəsəbəsi üçün döyüşlərin gedişatında həlak olub.
Aslı Enver sinə əməliyyatı etdirdi
“İstanbullu gelin” serialının yeni mövsüm bölümü bir çox məqamları ilə diqqət çəkib. Bunlardan biri də baş rol ifaçı Aslı Enmverin sinə dekolteli geyimlərə üstünlük verməsidir.
Gülben Ergenin sevgilisi arvadından boşanır
Müğənni Gülben Ergenin sevgilisi olduğu iddia edilən izmirli iş adamı Tolqa Duğles həyat yoldaşı Yasemin Duğlesdən boşanır. İş adamı qızının anasından ayrılmaq üçün məhkəməyə ərizəsini özü yazıb.
Nəzrin Cavadzadə İspaniyada filmə çəkilir
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə Nişantaşında görülüb. Kökəlməsi ilə diqqət çəkən aktrisa İspaniyada filmə çəkiləcəyini bildirib: “Çox xoşbəxtəm. Oktyabrda saç düzümümlə bağlı dəyişikliklər olacaq. Çəkilişin bir qismi oktyabrda, digər qismi isə martda olacaq.














