Dünya

İnsanın piylənməsinin səbəbi məlum oldu

29 Sentyabr 2017 12:30

Braziliyalı alimlərin araşdırması nəticəsində insan orqanizmində piylənmənin səbəbi məlum olub. Braziliyalı həkim Lisio Velloso Sao Paulo Dövlət Elmi Tədqiqat Fondunun konfransında bu barədə hazırladığı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, insan mədəsində və bağırsağında yığılan doymuş yağlar səbəbindən kökəlir. 

Spirtli içki toyda davaya səbəb oldu

29 Sentyabr 2017 12:21

Tovuz rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Məlumata görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində qeydə alınıb.

60 nəfər saxlanıldı – 34 nəfər axtarılır

29 Sentyabr 2017 12:18

İstanbul Təhlükəsizlik qüvvələri tərəfindən səhər saatlarında Fatih və Sarıyer qəsəbələrində  FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçiriblər. Olaylar bildirir ki, 94 nəfərə qarşı nəzərdə tutulan əməliyyatda yalnız 60 nəfər saxlanılıb. Saxlanılan şəxslərin ByLock istifadəçisi olduqları məlum olub. Digər 34 nəfərin saxlanılmasaı istiqamətində əməliyyatların davam etdiriləcəyi bildirilir.

Ermənistanın müdafiə nazirinə qarşı oğurluq ittihamı

29 Sentyabr 2017 12:13

Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avedisyan artıq 7 aydır ki, hər cümə axşamı hökümət binasının qarşısında etiraz aksiya keçirir.  Keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir. Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur. 

Navalnı Moskvada tutuldu

29 Sentyabr 2017 11:56

Rusiya müxalifətçisi Aleksey Navalnı Moskvada öz evinin bloku qarşısında polis tərəfindən saxlanılıb. Bu haqda siyasətçi öz İnstaqram səhifəsində yazıb. Hüquq-mühafizə orqanları informasiyanı hələ təsdiq etməyiblər.

Sərhəddi qanunsuz keçməyə çalışdılar – 16 min 172 nəfər

29 Sentyabr 2017 11:43

Türk Silahlı qüvvələri Hakkari, Şırnak, Mardin, Siirt və Diyarbəkirdə separatçı terror təşkilatına qarşı əməliyyat həyata keçiriblər. Olaylar bildirir ki, həyata keçirilən əməliyyatlar zamanı  63 terrorçu zərərsizləşdirilib. Qeyri – qanuni yolla sərhəddi keçməyə çalışan 16 min 172 nəfər saxlanılıb.

Deputat qətlə yetirildi - Ukraynada

29 Sentyabr 2017 11:23

Ukraynada deputat qətlə yetirilib. Ötən gecə Çerkasıda Şəhər Şurasının deputatı Mixail Binusov güllələnib. Ukrayna polisi "Kalaşnikov" avtomatından atəş açıldığını bildirib. Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxslərin axtarışı davam edir.

Taun epidemiyası sürətlə yayılır

29 Sentyabr 2017 11:22

Yəməndə taun epidemiyası sürətlə yayılmağa davam edir. Olaylar bildirir ki, ölkədə  750 min insanda taun virusu  təsbit edilib. Məlumata görə Yəməndə 2 min nəfər də taun epidemiyası səbəbi ilə həlak olub. Ölkədəki lazimi tibbi avadanlıqların olmaması və natəmizlik xəstəliyin daha da sürətlə yayılmasın şərait yaradır. Oxfamın hesabında bildirilir ki, noyabr ayında bu virusun daşıyıcılarının sayı bir milyona çata bilər.

Təcili yardım bölməsində unudulan xəstənin beyninə qan sızaraq öldü - VİDEO

29 Sentyabr 2017 11:20

ABŞ-ın Nyu-York şəhərində başından yaralanan şəxs getdiyi xəstəxanının təcili yardım bölməsində unudulub. 9 saat gözlədikdən sonra komaya düşən 53 yaşlı Anxel Rivera dünyasını dəyişib.

Türkiyəli aktyorlardan ŞAD XƏBƏR

29 Sentyabr 2017 11:17

“Vətəbim sənsən” serialının ikinci mövsümü gələn aydan etibarən yayımlanacaq.  Bu barədə layihənin baş rol ifaçıları Halit Ergençlə Bürgüzar Korel məlumat verib. Real həyatda da evli olan ulduzlar bildirib ki, serialın gecikməsinin səbəbi çəkişlərin gec başlaması olub. İndi isə bütün hazırlıqlar artıq tamamlanıb.

Rusiya kəşfiyyatı silah tacirlərinin böyük şəbəkəsini ifşa etdi

29 Sentyabr 2017 11:15

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi silahların qanunsuz dövriyyəsinə cəlb olunan qrupların və şəxslərin fəaliyyətinin qarşısını alıb. Bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib. Ölkənin 21 regionunda silah satışı, istehsalı və müasirləşləşməyə cəlb olunmuş 62 vətəndaşda axtarışlar aparılıb. 

Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİASI

29 Sentyabr 2017 11:13

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu. Seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib.

"Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur"

29 Sentyabr 2017 11:07

"İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur". Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Məşhur aktyor Ruzvelti oynayacaq

29 Sentyabr 2017 10:43

Zəlzələ  - Meksikada

29 Sentyabr 2017 10:36