Dünya
130 min insan təxliyyə olundu
İndoneziyada yerləşən Bali adasında Agung vulkanın ətrafında yerləşən yaşayış yerlərində yaşayan 130 min insan təhlükəsiz ərazilərə təxliyyə olunublar. Olaylar bildirir ki, evlərini tərk etmək məcburiyyətində qalan sakinlər bir aylıq ilkin yardım və ərzaqla təmin ediliblər. Vulkan bölgədə 50 metr məsafəyə qədər qaz və kül səpib. Rəsmilər bölgədə uçuşların marşrutunu dəyişdirmək üçün işlərini davam etdirdiklərini söyləyiblər. Bir çox turist vulkanın püsgürməsi səbəbi ilə Bali adasında məzuniyyətlərini yarımçıq saxlayıblar.
Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb. Bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.
“Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib
Bakıda “Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib. Yazıçı-publisist Afət Sadıqoğlunun müəllifi olduğu kitabın təqdimat mərasimində Quzey Kıbrıs Türk Cumhuriyyətinin (QKTC) Azərbaycan nümayəndəliyinin rəhbərliyi, bu ölkənin milli təhsil və mədəniyyət naziri Özdemir Berova, Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Ermənistanda kürdlər ə görə ət bahalaşıb
Erməni iş adamı Samvel Aleksanyan İraq Kürdüstanı ilə biznes əlaqələrinə malikdir. Ermənistanda ətin gözlənilmədən bahalaşması Aleksanyan tərəfindən ət məhsullarının “müstəqillik” əldə edən İraqKürdüstanına ixrac edilməsi ilə bağlıdır.
Səfir: "Dağlıq Qarabağa gedən şəxslər Türkiyənin rəsmi mövqeyini ifadə etmir"
“Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyirik”.
İrəvanda onlarla tələbənin iştirakı ilə kütləvi dava olub
İrəvanda ali məktəbin yaxınlığında kütləvi dava olub. Bu gün İrəvan Pedaqoji Universitetinin yaxınlığında düşən davada onlarla tələbə iştirak edib. Şahidlər hətta atəş səsləri eşitdiklərini bildiriblər.
“Dəmir kansler”dən XƏBƏRDARLIQ: növbəti iqtisadi böhran gəlir
Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun xəbərdarlıq edib ki, növbəti potensial maliyyə böhranı Asiyadan gələ bilər. Xarici KİV-in məlumatına görə, Braun bildirib ki, Asiya bankları “kölgə bankçılığı” olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil. Eks baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək. Qordon Braun G20 ölkələrinə çağırış edib və bildirib ki, onlar bütün maliyyə risklərini yaxından təqib etməlidir. O həmçinin maliyyə qurumları, hökumət və banklar arasında iqtisadi risklərin araşdırılması, qiymətləndirilməsi üçün birgə nəzarət qrupunun yaradılmasını təklif edib.
Ermənistan Avrasiya Birliyindən çıxa bilər
Ermənistan parlamentinin 3 oktyabrda keçiriləcək plenar iclasında ölkənin Avrasiya Birliyindən çıxarılması təklifi gözdən keçiriləcək. Bu barədə “Yelk” blokunun fraksiya rəhbəri Nikol Paşinyan açıqlama verib.
İŞİD Bağdadinin yeni səs yazısını yayımladı
İraq Şam İslam Dövlətinin (İŞİD) keçmiş lideri Əbu Bəkr Əl-Bağdadiyə aid yeni səs qeydləri yayımlanıb. Qeyddə terrorçu liderə aid olduğu deyilən səs Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı təhdidlərindən bəhs edib.
İzdiham 30 nəfərin həyatına son qoydu
Şabanın daha bir filmində səhv tapıldı
1985-ci ilə baş roluna Kemal Sunalın çəkildiyi "Katma Değer Şaban" adlı filmdə çəkim xətası aşkar edilib. İzləyicilərin sayta bildirdiyi şikayətdə qeyd olunub ki, filmin əvvəlində Almaniyadan gələn Şabanın saçındakı boya sonrakı kadrlarda olmur.
Sekuta: "Lütfü Zadə ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib"
Böyük alim Lütfü Zadə elmin inkişafına böyük töhfvələr verib. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, bəzən riyaziyyat elmi və riyaziyyat elmindəki dəyişikliklər bir qədər mücərrəd görünür: "Amma həmin irəliləyişlər bu gün bizim müasir həyatımızdakı çox nailiyyətin əldə edilməsinə səbəb olub. Azərbaycanlılar haqlı olaraq, bu görkəmli şəxslə fəxr edirlər.
İraqda türk hərbçilərlə terrorçular arasında atışma: ölən və yaralananlar var
İraqın şimalında Türkiyə hərbçiləri ilə terrorçular arasında atışma olub. Məlumata görə, qarşıdurma Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun qarşı tərəfində - İraqın Kanimasi bölgəsində qeydə alınıb. Atışma nəticəsində bir türk hərbçi həlak olub, 4-ü yaralanıb. 3 terrorçu öldürülüb.
Yekaterinburqda hökumət binaları təxliyə edildi
Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib. Məlumata görə, əməkdaşlar binadan çıxarıldıqdan sonra yoxlamalar aparılıb. Təxliyənin səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun son həftələrdə davam edən anonim zənglərlə əlaqədar olması istisna edilmir.
YALNIZ SİBİR SAĞ QALACAQ: nüvə qışı üçün genetiklərin proqnozu
Amerika Şimali Koreya ilə vuruşmağa hazırlaşarkən və hər iki dövlət bir-birini nüvə silahı ilə hədələyərkən, alimlər bu halın baş verəcəyi təqdirdə, bəşəriyyətin salamat qala biləcəyi haqda baş sındırırlar. Nüvə müharibəsinin öhdəsindən yalnız o insanlar gəlməyə bacaracaqlar ki, onlar soyuq ərazilərdə yaşayan genlər olacaq. Bu qənaətə Arizona universitetindən olan alimlər və Novosibirskin sitologiya və genetika İnstitutunun əməkdaşları gəliblər. Onlar Sibir camaatının soyuğa uyğunluğunun genetik əlamətlərini tədqiq ediblər.














