Dünya
Kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb
2017-ci ildə kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb. Belə ki, 2016-cı ildə şirkətlərə orta hesabla 9,5 milyon dollar zərər dəymişdisə, cari il bu göstərici 11,7 milyon dollaradək artıb. Bu haqda “Accenture” və “Ponemon Institute”un araşdırmalarına istinadən “Telecompaper” məlumat verib. Həmçinin bildirilib ki, son 5 ildə kiberhücumlardan dəymiş zərərin həcmi 62% artıb.
“Microsoft Office 2019” proqram paketi təqdim edilib
“Microsoft şirkəti” 25-29 sentyabr tarixlərində Orlando şəhərində keçirilən “Ignite” adlı konfransında “Office 2019” yeni proqram paketini təqdim edib. Sözügedən proqram paketinin tərkibinə ənənəvi "ofis", amma müasirləşdirilmiş proqramlar, həmçinin “Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarının kliyent versiyaları, həmçinin “Exchange”, “SharePoint” və “Skype” daxil ediləcək.
Milyonçu 30 yaşlı arvadına mirasından bir qəpik də vermədi
Los-Ancelesdəki evində 91 yaşında dünyasını dəyişən milyonçu, "Playboy"un qurucusu Hyu Hefnerin sərvətinin kimlərə çatacağı məlum olub. Media maqnatının milyonları ayrı-ayrı nikahlardan dünyaya gələn övladları arasında bölünüb. Onun 3-cü - 30 yaşlı arvadı Kristal Harrisə isə bir qəpik belə çatmayıb. Hyu 43 milyon dollarlıq mirasından gənc xanımına heç nə vəsiyyət etməyib. Hefner mriasının 4 uşağı arasında bölünməsindən sonra qalan qismini xeyriyyə təşkilatlarına bağışlayıb.
Kemal Sunalın oğlu YENİ SEVGİLİSİ İLƏ
Məşhur memar Eren Talu ilə 2010-cu ildə boşanan aktrisa Dəfnə Samyeli iddiaya görə məşhur komediya ustası Kamal Sunalın oğlu Əli Sunalla sevgilidir. Dəfnə Samyeli ilə Əli Sunal 1 ay əvvəl gizli-gizli görüşməyə başlayıb. İddialara görə aktrisa dünən 40 yaşı tamam olan Əli Sunal üçün restoranda sürpriz doğum günü ziyafəti təşkil edib. Dəfnə Samyeli aktyorun doğum günündə çəkilən şəkillərim instaqramda paylaşıb. O, paylaşdığı fotoya "Yaxşı ki, anadan olmusan. Neçə belə gözəl illərə. Həyatın pijamalar kimi rahat olsun" təbrikini qeyd edib.
Amerikanı kəşf etdi, məktubunun surəti 751 min dollara satıldı!
Xristofor Kolumbun Amerikanın kəşfi ilə əlaqədar yazdığı və illüstrasiyalarla müşayiət olunan məktubunun nadir surəti ABŞ-da keçirilən hərracda 751,5 min dollara satılıb. TASS agentliyi xəbər verir ki, Nyu-Yorkun “Bonhams” satış evinin mətbuat katibi Kim Sun Xinin sözlərinə görə bu, hərraca çıxarılan belə lotlardan əldə edilən rekord gəlirdir.
Evliliklərinin ildönümü günü üstlərinə 40 metrlik qaya düşdü - DƏHŞƏTLİ HADİSƏ
32 yaşlı Endrü Foster və onun 28 yaşlı arvadı Lyusi Foster evliliklərinin birinci ildönümünü qeyd edərkən faciəli şəkildə vəfat ediblər. Alpinist əlamətdar günlərini daha fərqli keçirmək üçün Kaliforniyada yerləşən El-Kapitan zirvəsinə dırmanmaqla qeyd etmək istəyiblər. 30 nəfərlə birlikdə zirvəyə doğru gedərkən qəflətən dağdan qopan 40 metrlik qaya cütlüyün üzərinə düşüb və onları 200 metr hündürlükdən uçuruma yuvarlayıb.
“Mona Liza”nın “lüt" şəkli tapıldı
Fransalı karikaturaçı Matiu Deldikkue 150 ildir Fransada sərgilənən, qara qələmlə çəkilmiş rəsmin Leonardo Da Vinçinin “Mona Liza” əsərinin qaralaması olduğunu açıqlayıb.
Hülya Avşarın keçmiş əri ekranlara qayıdır
Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu ekranlara geri qayıdır. Kaya sabiq baldızı Helin Avşar ilə birlikdə veriliş aparacaq. Xəbəri Helin Avşar da təsdiqləyib.Türkiyə mətbuatı belə yazıb: " "TRT SPOR" kanalında "Stadyum" verilişini aparan və yeni mövsümdə proqrama dəvət edilməyən Kaya Çilingiroğlu yenidən ekranlara qayıdır.
"Space X"-ın Marsa enişinin görüntüləri yayılıb - VİDEO
"Space X" kosmik gəmisinin banisi Mask İlon özünün sosial hesabından kosmik gəminin Marsa enişini, Yer ətrafında fırlanmasını, Ayın maksimal dərəcədə yaxınlığından keçdiyi anları əks etdirən video-roliklər paylaşıb.
Ukraynada hərbi təyyarə qəzası - Ölənlər var
Ukraynanın Xmeltniski şəhəri ətrafında hərbi təyyarə qəzaya uğrayıb. Qəza xəbərini Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının rəisi Roman Yurçilo təsdiqləyib.
Üç gün vaxt verilmişdi - Bərzanidən RƏDD CAVABI
Şimali İraq kürd muxtariyyəti nəzarətində olan hava limanları və sərhəd keçid məntəqələri İraq hökumətinə təslim etməkdən imtina edib. Bu haqda Ərbildə fəaliyyət göstərən “Rudav” telekanalı məlumat yayıb. Rərmi Bağdad hava limanları və sərhəd keçid məntəqələrinin təslim edilməsi barədə tələbin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdi.
İrəvanda “Putin ittifaqı”na zərbə hazırlanır: 4 GÜN QALDI
“Yelk” erməni müxalifət fraksiyası parlamentin plenar iclasına ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini çıxardacaq. Bu haqda “Yelk” fraksiyasından olan deputat Lena Nazaryan bildirib. Daha əvvəl “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Avrasiya İqtisadi İttifaqından çıxış haqqında məsələ oktyabrın 3-də parlamentin plenar iclasında müzakirə ediləcək.
Ermənistanda yeni doğulan körpəni tualetə atdılar
Ermənistan Tavuş vilayətində dəhşətli hadisə baş verib. Adı açıqlanmayan 32 yaşlı qadın hamiləliyinin 8,5 aylığında doğduğu körpəni tualetə atıb. Bundan sonra Berd şəhərdəki tibbi mərkəzə çatdırılan qadınının vəziyyəti stabildir. Polis faktla bağlı cinayət işi açıb.
Yüzlərlə amerikalı və PYD döyüşçüsü öldü - İŞİD-dən əks HÜCUM
İŞİD terror təşkilatı Suriyanın Rakka vilayətinin mərkəzində ABŞ-ın dəstəklədiyi PKK/PYD güclərinə qarşı hücuma keçib. “Anadolu” agentliyinin etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, mərkəzin şərqində dünən gecə saatlarda şiddətli döyüşlər olub.
Suriya bu gün...
Suriyanın İdlib, Maret Numan, Etarib, Bidame, Hiyiş, Baara, Urem əl-Kubra, Killi , Habbit, Şinen, Şillef, Kefer Celis, Temeniye, Tel Merdik və Korkan şəhərləri hava hücumlarına məruz qalıb. Olaylar bildirir ki, hücumlar zamanı 8 dinc sakin həlak olub. Şərq Quta bölgəsində yerləşən Şam şəhərində Əsəd rejiminin hücumları davam edir. Beyt Sevə mahalında artilleriya atəşinə tutulması nəticəsində 6 vətəndaşın itkin düşdüyü bildirilir.













