Dünya

Diplomatlar geri çağırıldı

1 Oktyabr 2017 12:50

ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib. Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər. Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.

Referendum öncəsi seçki məntəqələri bağlandı

1 Oktyabr 2017 10:34

İspaniya polisi Kataloniyada müstəqilliklə bağlı referendumun keçirilməsi öncəsi əksər seçki məntəqələrini bağlayıb. Səsvermənin keçiriləcəyi bütün müəssisələr, əsasən məktəblər 1,3 min nəfərdən ibarət polis əməkdaşları tərəfindən tutulub. Daha 900 binada referendum tərəfdarları toplaşıb, onlar binaları Mülki Qvardiya dəstələri gələnə qədər tutublar.

Toxunulmazlıq statusu verildi

30 Sentyabr 2017 22:10

Almaniya Türkiyənin “vətən xaini” elan edib İnterpolun axtarışına verdiyi “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündarı himayəsinə götürüb.  Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şafer C.Dündarın həbsinin Almaniyada mümkün olmayacağını deyib. Can Dündara Türkiyə Diyarbəkir Ali Məhkəməsinin apardığı “terror” istintaqında haqqında həbs qərarı çıxarılıb. Ölkədən mühacirət edən keçmiş redaktor Almaniya vətəndaşlığı aldıqdan sonra həmin ölkəyə yerləşib.

Oksford laqeyd qalmadı

30 Sentyabr 2017 20:50

İngiltərənin Oksford Universiteti Arakan müsəlmanlarına qarşı törədilən vəhşiliklərə göz yuman Myanmar lideri Aunq San Suu Çinin münasibətinə laqeyd qalmayıb. Universitet liderin binanın rəsmi kürsüsündəki portretini götürüb.

İdlib bombalandı

30 Sentyabr 2017 13:40

Suriyanın İdlib şəhərində müxalifətçilərə qarşı hava hücumu təşkil edilib. Bombalı hücumlar nəticəsində 28 nəfər həlak olub, çox sayda insan yaralanıb. Ölən və yaralananların əksəriyyətini azyaşlılar təşkil edir. Yaralananlar ətraf ərazilərdəki xəstəxanalara yerləşdirilib.

Kabildə məscid yaxınlığında partlayış törədilib, ölən və yaralananlar var

29 Sentyabr 2017 22:36

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib.  Hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb. Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

Videozəngləri dəstəkləyən “ağıllı” zəngli saat təqdim olunub

29 Sentyabr 2017 19:50

“Amazon” şirkəti “Echo” istehsal xəttindən olan qurğuları tamamlayan “Echo Spot” “ağıllı” saatını təqdim edib.

“Apple” şirkəti “Face ID” texnologiyasının gözlənilməz xüsusiyyətləri haqda xəbərdarlıq edib

29 Sentyabr 2017 19:40

“Apple” şirkəti yaşı 13-dən aşağı olan istifadəçilərə yeni “iPhone X” smartfonlarında sifətin tanınması sistemindən istifadə etməməyi tövsiyə edir. Bu barədə şirkət tərəfindən dərc edilmiş “Face ID” üçün təhlükəsizlik kitabçasında yazılıb.

Süni intellekt elektrik enerjisinin oğurlanması ilə mübarizə aparacaq

29 Sentyabr 2017 19:31

Tezliklə elektrik enerjisini oğurlayan insanlara süni intellekt nəzarət etməyə başlayacaq. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq Braziliyada uğurla sınaqdan keçirilib.

“Passenger Drone” uçan taksisinin sınaqları keçirilib

29 Sentyabr 2017 19:26

“Passenger Drone” şirkəti Avropada sərnişin uçuş aparatının sınaqlarına başlayıb. Şirkət tərtibatçılarının sözlərinə görə, dron “Ehang 184” və “Volocopter” aparatları ilə rəqabət apara biləcək.