Dünya

İsveçdə keçirilən nümayişdə 23 nəfər həbs edilib

2 Oktyabr 2017 11:06

İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib.

Meksikada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

2 Oktyabr 2017 11:04

Sentyabrın 19-da Meksikada baş verən zəlzələdən sonra dağıntılar altında aparılan axtarışlar davam edir. Axtarışlar nəticəsində ölənlərin sayı 345-dən 361-ə çatıb. Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.

Tramp Tillersona Kim Çen Inla görüşməyə icazə vermədi

2 Oktyabr 2017 10:52

ABŞ Prezidenti Donald Tramp yenə Şimali Koreya prezidenti Kim Çen Inı təhqir edib. Prezident Koreya lideri ilə görüşmək istəyən xarici işlər naziri Reks Tillersona “o balaca raket adamla görüşməyəcəksən” deyib. D.Tramp tvitter hesabından yazdığı bu sözlərlə Şimali Koreya ilə olan birbaşa əlaqə kanallarını da bağlayıb: “Reks Tillersona – bizim möhtəşəm xarici işlər nazirimizə “kiçik raket adam”la görüşmək üçün etdiyi cəhdlərin boş olduğunu söylədim.

Rusiyanın yeni oyuncağı: ballistik raketləri məhv edəcək silah gəlir

2 Oktyabr 2017 10:50

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir. Bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb. Məqalədə Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.

30 illik qış gəlir

2 Oktyabr 2017 09:34

NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi sensasion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib. Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir.

Ermənistanda korrupsiya qalmaqalı: Yüksək vəzifəli şəxslər barəsində araşdırma aparılır

2 Oktyabr 2017 09:19

Ermənistanın Baş prokurorluğunda Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı mətbuatda yayılan məlumatlar əsasında araşdırma aparılır. Bu barədə prokurorluğun ictimai əlaqələr şöbəsindən bildirilib.

Futbolçu oyundan əvvəl vəfat etdi

2 Oktyabr 2017 09:16

Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib. "Çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

İsveçdə nümayiş: 23 nəfər həbs edildi

1 Oktyabr 2017 19:32

İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib. Bu barədə İsveç Prokurorluğunun mətbuata açıqlamasında bildirilir. Qeyd olunur ki, Qöteburqun növbətçi prokuroru şənbə və bazar gününə keçən gecə ərzində zorakılıqlarla müşahidə olunan kütləvi qarışıqlıqlar törətməkdə şübhəli bilinən 23 nəfərin həbsi barədə qərar qəbul edib.

“Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik”

1 Oktyabr 2017 19:21

Bu xaotik dönəmdə Şimali İraqKürdüstan Muxtariyyətinin keçirdiyi referendum, müstəqillik iddiası başqa güclərin oyuncağı olmaqdan başqa bir anlam daşımır. Bunu bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə  PKK-nı bombaladı

1 Oktyabr 2017 16:55

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalın Metina rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endirib. Hava zərbələri nəticəsində terrorçuların sığınacaqları, silah və döyüş sursatı anbarları məhv edilib.