Dünya

Gürcüstanda ermənilərin kilsə təxribatı

2 Oktyabr 2017 12:41

Sentyabrın 30-da Gürcüstanda Axalkələk rayonunun Qumburdo kəndində baş verən hadisə erməni və gürcülər arasında ciddi müzakirə mövzusuna çevrilib. Məlumat üçün bildirək ki, Qumburdo kəndinin sakinləri yaxınlıqda yerləşən qəbristanlığa qanunsuz olaraq xaç yerləşdirməyə çalışıblar. Burada əsas məqsəd 10-cu əsrdə tikilən kilsənin yenidən qurulması zamanı aşkar edilən tapıntılar və guya kilsənin erməni "mədəniyyət abidəsi" olmasını sübut etməkdir.

Ebru Gündeş 4 günə 530 min qazanacaq

2 Oktyabr 2017 12:27

Cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrabın Amerikada həbsindən sonra konsertlərini artıran müğənni Ebru Gündeş sərvətinə sərvət qatacaq. Sənətçi 4 gecə verəcəyi konsertdən 530 min lirə (təxminən 260 min manat) qazanacaq. Ebru oktyabrın 14-nədək restoranların birində 4 dəfə səhnəyə çıxacaq.

Tükürpədən HADİSƏ: Quran kursunun müəllimi 9 yaşlı tələbəsinə təcavüz etdi

2 Oktyabr 2017 12:24

Türkiyənin Ağrı vilayətində tükürpədən hadisə baş verib. Quran kursunun 17 yaşlı müəllimi 9 yaşlı oğlan tələbəsinə cinsi təcavüz edib. Hadisə kursun başqa bir müəllimi tərəfindən ifşa edilərək ortaya çıxarılıb. Kursun rəhbərləri isə müəllimin şagirdi ilə zarafatlaşdığını deyərək hadisəni ört-basdır etmək istəyib.

Kamerunda Anqlofon müstəqilliyini elan etdi — Toqquşmalarda 7 ölü

2 Oktyabr 2017 12:21

Kamerunun Anqlofon bölgəsi simvolik olaraq müstəqilliyini elan edib.  İngilis dilində danışan bölgədə bu hadisədən sonra polisin sərt müdaxiləsi olub. Nəticədə ən azı 7 nəfər həlak olub. Çox sayıda yaralı xəstəxanalara yerləşdirilib. Qruplar əvvəlcədən Kamerunun fransız və ingilis dilində danışılan bölgələrinin birləşməsinin ildönümü olan 1 oktyabr tarixində "Ambazoniya" adlı dövlətlərini quraraq müstəqillik elan edəcəklərini bildirmişdilər. Simvolik müstəqillik elanı isə Ambazoniya prezidenti Sisiku Ayuk tərəfindən bazar günü sosial şəbəkələr vasitəsilə elan edilib.

Moskvada nəqliyyatda terrorun qarşısı alınıb

2 Oktyabr 2017 12:16

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb. Məlumata görə, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.

36 nəfər saxlanıldı

2 Oktyabr 2017 12:13

İstanbul Respublika Baş prokuroruna 36 nəfərin FETÖ terror təşkiltına məxsus ByLock istifadəcisi olduğu məlum olub. Olaylar bildirir ki, Təhlükəsizlik Qüvvələri həmin şəxslərin həbs olunması üçün səhər saatlarında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 36 nəfər şübhəli şəxs saxlanılıb.

Meltəm Cumbuldan məşhur rejissora ETİRAZ

2 Oktyabr 2017 12:11

Çukurova Universiteti Mədəniyyət Mərkəzində təşkil olunan 24 – cü Beynəlxalq Adana Film Festivalında gözlənilməz an yaşanılıb. Olaylar bildirir ki, festivalın mükafatlandırma gecəsində məşhur aktrisa və tədbirin aparıcısı  Meltəm Cumbul  “Buğda” filminə görə “Ən yaxşı rejissor”  mükafatı nominasiyasında qalib rejissor  Semih Kaplanoğlunu tamaşaçıların gözləri önündə pis vəziyyətə salıb.

ABŞ-dan 5 trilyonluq xərc - Üç MÜHARİBƏ

2 Oktyabr 2017 12:10

Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib. Bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər. Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.

Kataloniya referendumunun nəticələri açıqlandı

2 Oktyabr 2017 11:59

Kataloniyada referendumun nəticələri açıqlanıb. Polis və seçicilərin üz-üzə gəldiyi, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniya prezidenti Puçdemon çıxış edərək müstəqil dövlət qurma haqqı qazandıqlarını bildirib. Səsvermədən iki gün sonra müstəqilliyin elan edilməsi gözlənilir.

“Ermənistan yeni silahlar alacaq” - Vigen Sarkisyan

2 Oktyabr 2017 11:48

Bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib. O, qeyd edib ki, silahlanma məsələsi qapalıdır və ona görə də konkret məlumatlar təqdim edə bilməz: “Ordunu silahlandırma baxımından il olduqca uğurludur”.

Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək

2 Oktyabr 2017 11:46

2018-ci ilin sonunda Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək.  Bu barədə "1in.am" saytına açıqlamasında Ermənistanİşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan maliyyə naziri Vardan Aramyanın bəyanatına münasibətində deyib.

Fransada yanğında beş nəfər öldü, səkkiz nəfər yaralandı

2 Oktyabr 2017 11:25

Fransanın Müluz şəhərində yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib. Yanğın bələdiyyəyə məxsus yaşayış binasında gecə yarısı baş verib. Hadisə yerinə 50 yanğınsöndürən cəlb olunub, onların səyi nəticəsində yanğını söndürmək mümkün olub. 

Ərdoğanın səfərindən sonra müharibə BAŞLAYIR - DETALLAR

2 Oktyabr 2017 11:16

Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb. Əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinbən sonra həyata keçiriləcək.

Las-Veqasda silahlı hücum – Ölən və Yaralananlar var

2 Oktyabr 2017 11:14

Las-  Veqasdakı musiqi festivalında silahlı hücum olub. Olaylar bildiriri ki, silahlı şəxs  ən az iki nəfəri öldürüb, 24 nəfəri yaralayıb.  Hadisə “Mandalay Bay Hotel” mehmanxana kompleksinin eyvanında baş verib. . O musiqi festivalının iştirakçılarını vurub.