Dünya
Türkiyədən Kataloniya açıqlaması: Növbə Avropadadır
Avropa özü Kataloniya böhranına reaksiya verməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib. “İraqın şimalında keçirilən referenduma qarşı çıxdığımız üçün buna da qarşı çıxmalıyıq. İşin arxa tərəfini incələmək lazımdır.
Amerikada rəzalət
Amerikada növbəti müəllim-tələbə rəzaləti yaşanıb. Kaliforniyada yaşayan 35 yaşlı ingilis dili müəllimi Denielle Matko sinifdə 15 yaşlı şagirdi ilə cinsi əlaqəyə girib. Hadisədən sonra məhkəməyə müraciət edilib.
900 dəfə zorlanan qadın: "Sağ qalmağım möcüzə kimi bir şeydir" - FOTO
“Təsəvvür oluna bilməyəcək silahlarımız var” - ABŞ-a HƏDƏ
Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir. Bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir. Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”. “Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.
Çin Ermənistana "yox" dedi, ümid yenə Rusiyaya qaldı
"Ermənistanla Çin arasında silah təchizatının aparılması barədə razılaşma mövcud deyil" Bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib. "Çində silah təchizatı barədə razılıq əldə olunmayıb. Amma çox əhəmiyyətli görüşlər keçirilib, strateji danışıqlar və əməkdaşlıq layihələri haqqında müzakirələr aparmışıq"- deyə erməni nazir bildirib. V.Sarkisyan Ermənistan silahlı qüvvələrinin uzun illər Çindən idxal edilən bəzi silah növlərinə sahib olduğunu bildirib. Erməni nazir, həmçinin bildirib ki, Rusiyadan Ermənistana silah təchizatı ilin sonuna kimi başa çatacaq.
Yadplanetdə kişi ilə qadının bərabər qalmasının YER ÜÇÜN BÖYÜK TƏHLÜKƏSİ
Britaniya astronavtı Helen Şarman qəribə açıqlama ilə çıxış edib. O, qeyd edib ki, seks Marsın müstəmləkələşdirilməsi prosesində bütün əməliyyatı təhlükə altına qoyur. Buna görə də, ekipaj həmcins kosmonavtlardan ibarət olmalıdır.
Məşhur filmin ətrafında QALMAQAL
Türkiyədə Yusuf E adlı şəxs məşhur aktyor Şahan Gökbakarı məhkəməyə verib. Olaylar bildirir ki, vətəndaş Türkiyədə izlənmə rekoru qıran “Rəcəb İvedik 5” filmində Türk millətinin təhqir olunduğunu iddia edir. İstanbul Respublika baş prokurorluğunda ifadəsi alınan aktyor ona və filminə qarşı qaldırılan iddianı rədd etdi. Filmin yayımlanmadan öncə Türkiyə Mədəniyyət Nazirliyində baxıldığını və filmdə heç bir təhqirəramiz durum olmadığı bildirilib.
Rusiyanı qar bürüdü
Rusiyanın Yekaterinburq və Tümen şəhərlərinə ilk qar yağıb. Məlumata görə, Yekaterinburqda havanın temperaturu mənfi 3 dərəcə təşkil edib. Tümendə isə qar binaların damlarını örtüb.Son məlumata görə, bölgədə qar yağmaqda davam edir.
Qərbin çoxşaxəli Yaxın Şərq siyasəti
Yaxın Şərq hər ötən gün həlli daha da mürəkkəbləşən, gərginliyin artdığı, silahlı qarşıdurmalar, terror, insane tələfatının çoxaldığı bir regiona çevrilir. Uzun illərdir regionda sülh və sabitlik yaradılması adı altında “çalışan” dünya güclərinin “fəaliyyətinin” nəticəsidir ki, Yaxın Şərq problem həll edilmədən qalır. Əksinə hər il onun üzərinə daha bir problem əlavə olunur.
Dünyanı yeni “müstəqillik” eyforiyası bürüyüb
Həftə sonu Kataloniyada müstəqillik naminə keçirilən referendum Avropaya da separatizm damğasını vurmuş oldu. Düzdür, qoca qitənin sayılıb-seçilən dövlətləri katolonların müstəqillik istəyini normal qəbul etməsələr də, artıq etiraf etmək lazımdır ki, Avropanın qorxduğu başına gəlir. Zaman-zaman bəzi ölkələrə ixrac etdikləri separatizm küləyi indi onlardan da yan keçmir.
Avropa “demokratiyası” qoca qitəni parçalayır
Avropa son illər özünün təlatümlü, ağır, ziddiyyətli dövrünü yaşayır. Ayrı-ayrı krallıqlardan, dövlətlərdən olan parçalanmalar, müəyyən qrupun, etnosun özünü dövlət tərkibində müstəqil elan etməsi qoca qitəni sonu görünməyən bir prosesə doğru aparır. İndi hər kəs, hətta avropalı belə qitənin gələcəyindən bərk narahatdır. Elə millət vəkili Zahid Oruc da bu qənaətdədir. O, bildirib ki, Avropada krallıq üsul-idarələri XXI əsrin sınaqlarına tab gətirmir.
Ukraynada dörd azərbaycanlı yanğında ölüb
Ötən gecə Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Bu barədə “Vsya Vlast” portalı məlumat yayıb. Bildirilir ki, hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.
Misirli general Fələstində
Oktyabr ayının 3 də Misir Xüsusi Xidmət Orqanının rəhbəri general Xalid Feyzinin Fələstində yerləşən Ərəb İdarəsinə səfəri gözlənilir. Generalın Ramallahda Fələstin rəhbəri Mahmud Abbasla görüşəcəyi bildirilir.
Daha bir separatçı bölgə müstəqilliyini elan etdi - İngilis BARMAĞI
Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqillik elan edib. Müstəqillik özünü “Ambazonyanın dövlət başçısı” adlandıran Sisiku Ayukun bazar günü sosial şəbəkədəki status ilə elan edilib. “Biz artıq Kamerunun kölələri olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərində hakimiyyəti gücləndiririk”, - o yazıb.
Avropada separatizm alovlanacaq
İspaniyanın Kataloniya muxtariyyətində referendumun keçirilməsi, Qərbin Yaxın Şərq və digər regionlarda bu kimi siyasi separatizmə ikili standartlardan yanaşmasının nəticəsidir.








.jpg)





