Dünya
İnsan orqanizmi haqda çox maraqlı faktlar...
1. Qan təchizatı olmayan yeganə bədən hissəsi - gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır. 2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir. 3. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir. 4. Asqırma zamanı insanın bütün funksiyaları dayanır, hətta ürək də. 5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir.
Dəməşqdə partlayış - 15 ölü
Suriyanın paytaxtı Dəməşqdə törədilmiş partlayış nəticəsində 15 nəfər həlak olub. Partlayış polis məntəqəsinin yaxınlığında 4 intiharçı tərəfindən törədilib. Həlak olanlardan 10 nəfərinin dinc sakin olduğu bildirilib. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Neslihanın təbii halı təəccübləndirdi - Reklamda çoxlarını aldadıbmış
"Yaprak Dökümü" serialı ilə ekrana çıxan, "Kara Sevda" ilə şöhrətinin zirvəsini yaşayan aktrisaNeslihan Atagülün təbii halinin şəkli yayılıb. Onun makiyajsız və saçlarının qaynaqsız olması izləyicilərin diqqətini çəkib.
Təyyarə qəzaya uğradı - Volqa çayına düşdü
Samarada yüngül matorlu təyyarə qəzaya uğrayıb. Təyyarənin Volqa çayına düşdüyü barədə xəbər verilib. Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da baş verib. Təyyarədə olan hər 2 pilotun salamat qaldığı bildirilib. Hadisə ilə bağlı araşdırma başlayıb.
Ermənistanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb
Naməlum şəxs İrəvandakı “Ermənistan” tibb mərkəzinə girərək odlu silahdan nizamsız atəş açıb. Məlumata görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən yazıb.
Türkmənistan prezidenti: "Xəzərin statusu ilə bağlı Konvensiya növbəti sammitdə razılaşdırıla bilər"
“Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər”. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda görüşü zamanı deyib: “Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır.
Ermənilər Gürcüstanda HƏRƏKƏTƏ KEÇDİ: parçalma PLANI - VİDEO
Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib. Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb. “Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Şimali Kipri tanımağa çağırdı
Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou "The Independent" qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.
Avropa Komissiyası: Kataloniyadakı referendum qeyri-qanunidir
Kataloniyanın müstəqilliyi üzrə oktyabrın 1-də keçirilmiş referendum qeyri-qanunidir. Bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.
Rusiyada məktəblər boşaldılır - Nə baş verir?
Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur. Buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub. Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub. Hazırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır.
NASA-nın yeni açıqlaması
Son baş verən kosmos hadisəsi alimlərin Qara Dəlik haqqında təsəvvürlərini kökündən dəyişə bilər. NASA-nın yeni açıqlaması buna səbəb ola bilər. Açıqlamaya əsasən, Qara Dəlikdən möhtəşəm enerjiyə malik müəmmalı cisim uçub. Qara Dəlikdən çıxa bilmək üçün cismin ölçüləri də nəhəng olmalıdır. Alimlərin fikrinə görə, Qara Dəlik hətta işıq sürəti ilə hərəkət edən səma cisimlərini də uda bilir.
Əmisi ilə sevişdiyini etiraf etdi: Şəkildəki qadın mənəm
Məşhur aparıcı-model Murat Başoğlunun "qardaşım qızı deyildi" dediyi Burcu Başoğlu "O qadın mən idim" deyərək hər şeyi etiraf edib. Murat Başoğlu ilə qardaşı qızı Burcu Başoğlu Kabadayının məhkəmə prosesi 28 noyabrda baş tutacaq. İddianaməyə görə, Başoğlu yaxtada onunla öpüşən qadının qardaşı qızı olmadığını söyləsə də, Burcu "O qadın mənəm" deyib..Murat Başoğlunun yaxtadakı böyük reaksiyaya səbəb olan fotoları ilə bağlı araşdırma yekunlaşıb. Selçuk Kabadayının ifadəsinə görə də arvadı Burcu Kabadayı olaydan sonra hər şeyi ona etiraf edib.
Las-Veqasda 20-dən çox şəxsi öldürənin KİMLİYİ AÇIQLANDI
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyi bəlli olub. İnsident törədən şəxsin Las-Veqas sakini, 64 yaşlı Stefen Paddok olduğu bildirilir. Hazırda onunla əlbir olan Marilou Danley adlı qadının axtarışları davam etdirilir.
Avropanı yaxşı gələcək gözləmir
Qərbin uzun illər müxtəlif regionlarda yaratdığı separatizm ocaqları indi onun üçün problemə çevrilib. Söhbət İspaniyanın Kataloniya bölgəsində həftə sonu keçirilən müstəqillik referendumundan gedir. Hər nə qədər mərkəzi Madrid bu referenduma qarşı olsa da, lakin katalonlar israr edərək müstəqillik referendumunu gerçəkləşdirdilər. İndi İspaniya faktiki olaraq parçalanma ərəfəsindədir.
Şimali İraqda iqtisadi tənəzzül
Şimali İraqda keçirilən qeyri -qanuni referendum səbəbi ilə Türkiyə və İranın tərbiq etdiyi sanksiyalar nəticəsində Ərbil şəhəri başda olmaqla, İraqın digər şəhərləri ilə ticarət əlaqələri demək olar ki, dayandırılıb. Hal – hazırda adıçəkilən bölgəyə qonşu dövlətlərdən qida maddələri satılır.














