ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb - Sağ qalan yoxdur
2 Oktyabr 2017 09:45 DünyaABŞ-ın Tennesi ştatının şərqində hərbi təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, fövqəladə xidmət təyyarənin meşə ərazisinə düşdüyünü bildirib.
Məlumata görə, təyyarədə olanlardan heç kəs sağ qalmayıb. Qeyd olunur ki, qəzaya uğrayan Boeing T-45 Goshawk hərbi-təlim təyyarəsidir.
ABŞ hərbi hava qüvvələrinin bazasından verilən məlumata görə, həqiqətən, bu tip təyyarə təlim uçuşundan geri qayıtmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31