Dünya
Yaponiyada zəlzələ - Sunami təhlükəsi ...
Yaponiyanın Meteorologiya Agentliyi ölkədə 6 gücündə zəlzələ baş verdiyini açıqlayıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi bildirir ki, zəlzələ İvate və Aomoro şəhərlərində hiss olunub. Dağıntı və xəsarət alanların olmadığı söylənilir. Mütəxəsislər zəlzələdən sonra sunami təhlükəsi elan etməyiblər.
PKK türk əsgərini şəhid etdi
Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı türk hərbçi həlak olub. Terrorçularla jandarm qüvvələri arasında atışma zamanı Türkiyə hərbçilərindən 3-ü xəsarət alıb. Yaralılardan biri xəstəxanada ölüb. Ərazidə antiterror əməliyyatı davam edir.
Rusiya 5 komandir və 32 silahlını bombaladı
Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində "Cəbhat ən-Nüsra terror təşkilatının 5 səhra komandirinin məhv edilməsinin görüntülərini yayıb. Terrorçuların yerinin müəyyənləşdirilməsi üçün kəşfiyyat sistemindən istifadə edilib. Bundan sonra terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib.
Rusiya meydana girir: “Kürdüstan” silinir - Politoloq
Müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər. Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş haqda fikirləriniAxar.az-a bölüşərkən deyib. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür:
Kərkük Türkmənistan Ticarət Birliyinə hücum edildi
İraqın Kərkük şəhərində Türkmənistan Ticarət Birliyinə hücum olub. Olaylar bildirir ki, şəxsiyyəti naməlum şəxslər 150 metr məsafədən hücum ediblər. Azadi Polis Stansiyasının rəsmisi Nejdet Vindavinin məlumatına görə, hücum zamanı heç bir itki qeydə alınmayıb.
Rusiya 3 ərazidə hərbi hazırlığa başladı
Rusiya ordusu Novosibirsk, Buryatiya və Qaraçay-Çərkəz Respublikasında hərbi təlimlər keçirir. Təlimlərə Rusiya ordusunun minlərlə şəxsi heyəti və hərbi texnikası cəlb olunub.
Maduro ABŞ-la bağlı orduya çağırış etdi
Venesuela prezidenti Nikolas Maduro Silahlı Qüvvələri ABŞ-la münasibətlərin gərginləşməsi fonunda ölkə suverenliyini qorumağa hazır olmağa çağırıb. N.Maduro deyib: "Hər bir regionda müdafiəni gücləndirməyin vaxtı çatıb. XXI əsrdə Venesuelanın sülhsevər və suveren dövlət olmasını təmin etməyə hazır olmaq lazımdır".
Ana 2 yaşlı qızını manqalda bişirdi - DƏHŞƏT
Belçikada qandonduran cinayət baş verib. Brüsseldə 27 yaşlı qadın 2 yaşlı qızını diri-diri manqala atıb. Qadın qızının qışqırıq səslərinə rəğmən, onu ordan çıxartmayıb. Hadisə gecə saatlarında evin həyətindəki qarajda baş verib.
Qətərdən kürd referendumuna reaksiya — "Narahatıq"
Qətər Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna reaksiya verib. Açıqlamaya əsasən keçirilən referendum İraqın bütövlüyü, regionun təhlükəsizlik və sabitliyi üçün təhlükə kəsb edir. Qətər vəziyyətdən çox narahatdır.
Öz oxu ətrafında fırlanan ekoloji otel tikiləcək - İLK DƏFƏ
Belçikada Dubayı kölgədə qoyacaq layihə hazırlanıb. Məşhur memar Vinsent Kallebot turizm layihəsi əsasında maraqlı ideya irəli sürüb. O günəş sistemini xatırladacaq, öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otel layihəsi hazırlayıb.
Seda Sayanın keçmiş əri qadın paltarı geyinən oğlundan danışdı: “Onun dostları...”
Seda Sayanın keçmiş həyat yoldaşı Sinan Engin bu yaxınlarda qəribə geyimi ilə gündəmə gələn oğlu Oğulcan Engindən danışıb. Sinan Engin “Hürriyet”ə verdiyi müsahibəsində oğlu haqqında çıxan xəbərlərə etiraz edib: “Oğulcanın hər hərəkəti çox diqqət çəkir. Diqqətçəkən yaraşıqlı uşaqdır, həm də valideynləri populyardır. Acun Ilıcalı, Arda Turan və Burak Yılmaz onun yaxın dostlarıdır. Populyar olduğu üçün də daim çox göz önündədir. Məsələn, Amerikada “Burning Man” deyilən yerə lasin və ağ kürk geyinməsi mətbuatda çox müzakirə olundu. Zəng edib soruşdum ki, "Oğlum nədən elə geyindin?". O, isə "Ata bura çox soyuqdur" , - deyə cavab verdi. Həm də məkanın konsepsiya elədir.
Messencer İŞİD-lə əməkdaşlıq edir
"Telegram" adlanan messencer üzərindən İŞİD üzvlərinin yazışması aşkarlanıb. Tehran prokuroru Abbas Cəfərinin sözlərinə görə, İŞİD öz cinayətkar və terror planlarını sözügedən messencer vasitəsilə qərarlaşdırıb. Məhz bu səbəbdən proqramın tərtibçisi Pavel Durova qarşı cinayət işi açılıb. Prokuror bildirib ki, “Telegram” şəbəkəsi yalnız terrorçulara xidmət göstərir: "Bu, cinayətdir. Narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə apardığımız halda, bu cür proqramların fəaliyyətinə icazə vermək olmaz".
Rusiyalı bloqer canlı yayımda öldü – VİDEO
Rusiyalı bloqer Arslan Valeyev canlı yayımda izləyicilərə qara mamba ilanını göstərmək istəyib. Bu zaman heyvan onun əlini sancıb. Özünü pis hiss edən bloqer təcili tibbi yardım çağırmağı xahiş edib. Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, xəstəxanada dünyasını dəyişib.
Süni torpaq yaradıldı
Rusiyanın Sibir Federal Universitetinin alimləri Krasnoyarskda torpağın rekultivasiyası (bərpası) üçün süni torpaq ixtira ediblər. Süni torpağa biomat adı verilib. O, uzun müddət möhkəmliyi saxlamağa icazə verən, xüsusi tərkiblə hopdurulan təbii lifə əsaslanır. Həmin əsasa bioloji aktiv əlavələri və təbii mənşəyin əlaqələndirici maddələrini özündə saxlayan üzvi aşqarlar vurulur. Ehtiyac yarananda biomatın tərkibinə süni torpağın suyu saxlamaq qabiliyyətini artıran hidrogellər əlavə etmək olar.














