Dünya
Səudiyyə kralı qadınlarla bağlı fərmanimzaladı - Qadağa götürüldü
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir. “Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, – deyə məlumatda bildirilir.
Ukraynada hərbi anbar partladı: 30 min adam...
Ukraynada, Vinnitsa vilayətində hərbi hissələrdən birinin silah anbarında partlayış baş verib. Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış barədə yerli vaxtla saat 21:50-də polis bölməsinə məlumat daxil olub. Ukrayna Milli Polisinin sədr əvəzi Vyaçeslav Abroskin Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib. Bölmələrin fəaliyyətini əlaqələndirmək üçün özü də hadisə yerinə gedib.
Ombudsmanlar prezidentə Nobel istədilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir. Bu fikri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə keçirilən 50 ölkənin ombudsmanları və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlar Konfransının iştirakçıları dilə gətirib.
“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb
Hazırda “Instagram” sosial şəbəkəsinə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb. Bu haqda 25 sentyabrda keçirilmiş “Advertising Week” tədbirində “Facebook”un marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Şirkətin mətbuat xidməti bu informasiyanı təsdiq edib.
“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir
Çinin "Huawei" telekommunikasiya avadanlığı istehsalçısı və ABŞ-ın "Intel" mikroprosessor tərtibatçısı arasında beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların inkişafına yönələn tərəfdaşlıq haqqında saziş imzalanıb.
Ən bahalı brendlər reytinqi açıqlanıb
“Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib. Bu barədə “Interbrand” agentliyinin tədqiqatında deyilir.
Avtonom uçan taksinin sınaqları keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. “ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.
Yeni nəsil sualtı rabitə kabeli istismara verilib
Yüzlərlə sualtı rabitə kabeli Antarktidadan başqa planetin bütün qitələrini bir-biri ilə birləşdirir. Məhz bu kabellər serverlərdən böyük həcmli məlumatların dünyanın müxtəlif yerlərində yaşayan istifadəçilərin evlərinə fasiləsiz ötürülməsini təmin edir. İndiyədək Şimali Amerika ilə Avropanı birləşdirən "Appolo" ən güclü sualtı kabel sistemi hesab edilirdi. Ancaq indi “Microsoft” və “Facebook” şirkətləri tamamilə yeni nəsil sualtı rabitə kabelini istismara veriblər.
“İPhone X” satışa buraxılmayacaq
Məşhur texnologiya şirkəti “Apple”in ən son məhsulu olan “İPhone X” telefonu təyin edilən vaxtda satışa buraxılmayacaq. Buna səbəb məhsulun istehsalında yaranan və bitib-tükənmək bilməyən problemlərdir. 27 sentyabrda ilk sifarişə açıq elan ediləcək məhsulun 3 oktyabrda rəflərə buraxılacağı bildirilmişdi. Lakin məhsul bu tarixdə də satışa çıxarılmaya bilər.
15 il komada qalmışdı... - TİBDƏ İNANILMAZ UĞUR
Fransada 15 ildən artıq koma vəziyyətində yatan adam yenidən həyata dönüb. "Current Biology" jurnalında dərc edilən məqalə dünya mediasını, eləcə də Dünya Səhiyyə Təşkilatını şoka salıb. Fransalı alimlər sübut edib ki, sinir siteminin stimulyasiyası nəticəsində beyin ölümü gerçəkləşmiş və faktiki ölü hesab olunan insanı yenidən həyata qaytarmaq olar. Hətta bu proses ən mümkünsüz hesab olunan vəziyyətdə belə özünü doğruldub.
Arslan Vəliyev arvadına görə canlı yayımda özünü öldürdü
Rusiyada intihar hadisəsi qeydə alınıb. Sankt-Peterburqdan olan 31 yaşlı kişi sosial şəbəkənin canlı yayımında intihar edib. Arslan Vəliyev intihar edərkən bəslədiyi ilandan istifadə edib. Belə ki, o, mambaya onu sancmasına imkan yaradıb (zəhərli Afrika ilanı). O, bunu ailəsi dağıldığı üçün edib. Belə ki, Arslan özünə qəsd etməzdən öncə sosial şəbəkədə izləyicilərinə həyat yoldaşı Yekaterina Pyatyzhkinaya zəng etmələri barədə yalvarıb. Videoda onun öldüyü anlar düşməsə də, ilanın onu dişlədiyi anları izləyicilər görüblər.
Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib
"Intel" şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni "Core" prosessorlarını təqdim edib. Ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan "Intel Core i7-8700K" prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.
Ölümü ilə 7 nəfərə həyat verdi
Türkiyənin Gönən mahalında motosikleti ilə qəzaya düşən 30 yaşlı Caner Öner ölümü ilə 7 nəfərin həyatını xilas edib. Ötən gün şəxsi motosikleti ilə qəza keçirən Caner Bandırma Dövlət Xəstəxanasına aparılsa da, günorta saatlarında beyin ölümü keçirib.
Məşhur aparıcı haqqında ŞOK İDDİA - İş adamını şantaj etdi
Aparıcı Neşe Sapmaz təcavüzdə ittiham etdiyi iş adamı Ümit Arıkan haqqındakı şikayətini geri götürüb. Ancaq bu dəfə Arıkan gözəl aparıcının ondan şantajla 1 milyon TL istədiyini iddia edərək prokurorluğa müraciət edib.
İnsanların xoşbəxt olduğu 10 şəhər
Böyük Britaniyanın "Zipjet" şirkəti növbəti dəfə "İnsanların ən az stressə məruz qaldığı şəhərlər" reytinqini açıqlayıb. Reytinq tərtib olunan zaman əmək haqları, işsizlik səviyyəsi, nəqliyyat qiymətləri, psixi sağlamlıq problemləri, cinayətkarlığın səviyyəsi və günəşli günlərin sayı kimi amillər nəzərə alınıb.














