Dünya

Rusiya "Facebook"a qadağa qoya bilər

26 Sentyabr 2017 18:15

Əgər "Facebook" Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov bildirib.

ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI

26 Sentyabr 2017 17:52

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib. 

Çində insanların bir-birini yeməsinə səbəb olan 26 SENTYABR QƏRARI - Dəhşətli FAKT

26 Sentyabr 2017 17:50

1958-ci ildə, sentyabrın 26-da Çin lideri Mao Tzedun bütün sərçələri məhv etməyi əmr etdi. Səbəb bu idi ki, onlar həddən artıq çox dən yeyirdilər.

İspaniya konsulluğu təxliyə olundu - Yenə "bomba"

26 Sentyabr 2017 17:29

Rusiyada bomba qoyulması ilə bağlı anonim zənglər dalğası xarici diplomatik missiyalara da toxunub. Bu gün Moskvada İspaniya konsulluğuna bomba qoyulması ilə bağlı anonim zəng daxil olub. Zəngdən sonra binadan 30 əməkdaş təxliyə edilib. Təxliyədən sonra konsulluq ərazisində axtarışlar başlayıb.

London metrosunda terror həyacanı – Sərnişinlər təxliyə olundu

26 Sentyabr 2017 16:55

London metrosunda partlayış baş verib. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Tower Hill metro stansiyasında bir çantadan çıxan duman insanlara qorxu dolu anlar yaşadıb. Verilən məlumata görə  stansiyadakı sərnişinlər təxliyə olunub. Hadisənin terror aktı ola biləcəyi ehtimal olunur.

Yük maşını üç mikroavtobusla toqquşdu: 12 ölü - Çində

26 Sentyabr 2017 16:51

Çinin Henan əyalətində yük maşınının üç mikroavtobusla toqquşub.  Qəza nəticəsində 12 nəfərin həlak olması, 11 nəfərin xəsarət alması barədə xəbər yayılıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən yük maşını şosedə əks istiqamətə çıxıb və mikrovatobuslarla toqquşub. 

Dünyanın ən böyük alması SATILDI

26 Sentyabr 2017 16:47

Britaniyaya məxsus zərgərlik Graff Diamonds şirkəti109 karatlıq tennis topu həcmində olan dünyanın ən böyük almasını 53 milyon dollar qarşılığında satılıb. “Olaylar” bildirir ki, almas keçən il Londonda 70 milyon dollar dəyərində hərraca çıxarılsa da, satılmamışdı.

İranda minlərlə kürd küçələrə çıxdı- VİDEO

26 Sentyabr 2017 16:38

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir. İran politoloqu Qadir Qolkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır.

Ermənistanda müəllimlər aclıq aksiyasına başladı

26 Sentyabr 2017 16:36

Ermənistanda Varges Petasyan adına orta məktəbin müəllimləri aclıq aksiyasına başlayıblar.  Müəllimlər məktəbin istifadəyə yararsız olduğunu bəyan ediblər. "2017-ci il sentyabrın 25-də Varges Petasyan adına məktəbin valideyn şurasının sədrlərinin iclasında qərara alınıb ki, bu il sentyabrın 26-dan aclıq aksıyasına başlanılsın.

Moskvada 16 idarədə bomba axtarılır

26 Sentyabr 2017 15:59

Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir. Məlumata görə, KİV-lər daha öncə 7 idarəyə bu cür zəng olması barədə xəbər yayıblar. Polis anonim zənglərdən dərhal bu binalarda təxliyə apardıqdan sonra axtarışlara başlayıb.

ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb

26 Sentyabr 2017 15:49

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub.

Yeni dijital pul vahidi istifadəyə veriləcək

26 Sentyabr 2017 15:22

Yaponiya dünyaya yeni valyuta təqdim edəcək. Yeni pul vəsaiti dünyanın ən böyük banklarından biri olan Yaponiyanın “JP Morgan” şəbəkəsi tərəfindən bazara çıxarılacaq. Bankın rəsmi nümayəndəsi Cemi Dimon “J Coin” adlı yeni valyutanın dijital pul sektoruna yenilik gətirəcəyini bildirilib. Yapon bankları dijital pul vahidini 2020 Tokio Olimpiya Oyunlarına qədər tanıtmağı planlaşdırır.

4 vəkil həbs olundu

26 Sentyabr 2017 15:17

ürkiyənin İsparta şəhərində FETÖ terror qruplaşmasına qarşı aparılan əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 4 vəkil həbs olunub. Saxlanılan vəkillərin ev və ofislərində aprılan axtarış zamanı terror qruplaşmasına məxsus sənədlər əldə edilib.

"Yeni soyuq müharibə": təhlükə realdırmı?

26 Sentyabr 2017 15:13

Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyətinin də ayrıca analizini aparırlar.