Dünya
Suriya kürdlərinə muxtariyyət verilir – Rəsmi BƏYANAT
Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər. Bu haqda Rusiyanın “Russia Today” telekanalına danışan Suriyanın xarici işlər naziri Vəlid Muallim deyib. “Suriyalı kürdlər Suriya Ərəb Respublikasının sərhədləri daxilində özünüidarə istəyir. Bu məsələ müzakirə edilə bilər. İŞİD-in məhvindən sonra onlarla masaya oturaraq razılaşa bilərik”, - suriyalı nazir bildirib.
Təhsil müəssələrində əməliyyat – 15 nəfər həbs olundu
Ankara Təhlükəsizlik Qüvvələri FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçiriblər. “Olaylar” bildirir ki, əməliyyat eyni vaxtda 6 ayrı – ayrı bölgədə təşkil edilib. Əməliyyat əsasən təhsil müəssələrində aparılıb və 34 şübhəli şəxs saxlanılıb. Onlardan 15 – i həbs olunub. Həbs olunanların By – lock istifadəçisi olduqları məlum olub.
Rusiyada karantin elan olundu - Səbəb Afrika taunu
Rusiyanın Saratov, Nijni Novqorod və Volqoqrad vilayətlərində donuzlarda Afrika taunu aşkar edilib. Xəstəliyin qeydə alındığı ferma və təsərrüfatlarda karantin elan olunub. Xəstəliyə yoluxan heyvanların sayı hələlik açıqlanmayıb. Məlumatda qeyd olunur ki, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.
Xoşbəxtlikləri 1 ay çəkdi - Toydan sonra faciə
Türkiyədə ailə faciəsi yaşanıb. Bursa şəhərində ərə getdikdən sonra bədbəxt hadisə nəticəsində xəstəxanaya düşüb 344 gündür müalicə alan gəlin həyatını itirib.
Gürcüstan-Rusiya sərhədində PARTLAYIŞ: Ölən və yaralananlar var
Gürcüstan-Rusiya sərhədində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Hadisə ilə bağlı digər təfərrüatlar məlumat verilməyib.
Ərdoğan: “Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar”
“Biz kürd, ərəb qardaşlarımızın sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq”.
Avropada yeni dönəm başlayır
Almaniya Bundestaqına keçirilmiş parlament seçkilərinin nəticələri artıq məlumdur. Uzun illərdir ki, Almanuiya kansleri postunu tutan Angela Merkelin rəhbərlik etdiyi hakim Xristian Demokrat İttifaqı 33 faiz səslə birinciliyini qoruyub. Merkelin əsas rəqibi sayılan Martin Şulsun rəhbərlik etdiyi Sosial-Demokrat partiyası 20.5 faiz səslə ikinci yerdə qərarlaşıb.
Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI
Şimali İraqda keçirilən reeferendumun regiona mümkün təsirləri
Qərbin ciddi səyi və dəstəyi nəticəsində Şimali İraq Kürd muxtariyyətində keçirilən müstəqillik referendumu başa çatdı. Verilən məlumatlara görə, səsvermədə iştirak edən seçicilərin 97 faizi referendumda müstəqilliyin lehinə səs verib. Bununla da bölgədə yeni bir separatizm ocağı yaranmış oldu.
Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı
Şri-Lankada qeyri-adi toy mərasimi keçirilib. Toyda gəlinin gəlinliyini daşımaq üçün 250 uşaq iştirak edib. Qeyri-adi toy həm də bununla yadda qalıb ki, uzunluğu 2 kilometrə yaxın olan gəlinlik bütün yolun bağlanmasına səbəb olub.
İtaliyada mafiyaya qarşı əməliyyat - Saxlanılan 24 nəfərin arasında mer də var
İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib. Məlumata görə, Milan, Montsa, Komo və digər şəhərlərdə keçirilən əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb.
Azərbaycanlı qızları fahişəliyə cəlb edən şəxsdən Nazla bağlı AÇIQLAMA— VİDEO
Fahişəliyə qarşı Türkiyə polisinin təşkil etdiyi əməliyyat zamanı saxlanıldıqdan sonra "Yaxşı niyyətimdən istifadə etdilər" deyən Birkanın bu sözünü lağa qoyan azərbaycanlı Naza cavabı gecikməyib.
Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI
2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi. Bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi” fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko “5 kanal”ın efirində deyib.
Qasırğanın DƏHŞƏTLƏRİ: “2 körpəm gözlərimin önündə həlak oldu…”
Baş nazir Roosevelt Skerrit yerli televiziya kanalına müsahibəsi zamanı deyib ki, dəhşətli hadisədən sonra ərazidə ölüm sayının yüzlərlə olmaması möcüzədir. Nazir dünya ölkələrindən gələcək yardıma ehtiyac olduğunu vurğulayaraq, bildirib ki, hazırda ərazidə yaşayan əhalinin qida və yaşayış yerləri ilə təmin olunmasına ehtiyac var. Hər gün azyaşlılar acından ölür, qasırğanın öldürmədiyi əhali qida çatışmazlığından həlak olur. Ərazidə 800 nəfərdən çox sakinin dərmana ehtiyacı var. Baş nazir Ruzvelt Skerritin sözlərinə görə, tək bir küçə deyil, bütün ada 280 km/saat sürətlə əsən (175mph) küləklərin qurbanı olub.














