Dünya
Putin kontinental müharibəyə hazırdı - ŞOK BƏYANAT
“Rusiya və Belarus güclü kontinental müharibənin aparılmasına hazır olduğunu nümayiş etdirmək istəyirdi”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Türkiyə, İran və İraq Kürdüstana girəcək - Açıqlama
Az qala bütün dünyanın etirazına baxmayaraq, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət rəsmiləri referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyinə dair bəyanatlarla çıxış ediblər. Onlar açıqlamalarında həmçinin hərbi müdaxilə variantını da tez-tez vurğulayırlar. Bəs Türkiyənin İraq Kürd Muxtariyyətinə ordu yeritməsi mümkündürmü?
Məscid yandırıldı - İSVEÇDƏ
İsveçin Örebro şəhərində 250 nəfərin ibadət etməsi üçün nəzərdə tutulan məscid yanğın nəticəsində tamamilə yararsız haldadı. “Olaylar” bildirir ki, şəhər rəsmiləri hadisə nəticəsində ölən və yaralananların olmadığını qeyd edirlər.
Bərzaninin arvadı bu geyimi ilə dünyaya mesaj verdi
Şimali İraq Kürdüstan Muxtariyyətinin baş naziri Nəçirvan Bərzaninin həyat yoldaşı Nəbilə Bərzaninin referenduma gələrkən geyindiyi geyim müzakirələrə səbəb olub.
Filippin prezidentinin mühafizəçisi öldürülüb
Filippin prezidenti Rodriqo Dutertenin mühafizə xidmətinin əməkdaşı qətlə yetirilib. Mühafizəçinin meyiti dövlət başçısınımn iqamətgahının yaxınlığında tapılıb. Hazırda qətlin səbəbləri araşdırılır.
Rusiyada 30-dan çox adamı öldürən ər-arvad azərbaycanlı tələbəni də yeyibmiş
Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb. Bu barədə Rusiya KİV-lərində yayılan məlumatlara görə, ailənin oğurladıqları insanlar öldürülərək yeyildikləri məlum olub. Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir. Arif Koroğluyev sonuncu dəfə 2014-ci ilin dekabr ayının 25-də Novorossiysk-Krasnodar avtobusu ilə hərəkət edib. Ondan sonra A.Koroğluyevi heç kim görməyib. Bu illər ərzində Novorossiysk hüquq-mühafizə orqanları A.Koroğluyevin itkin düşməsi ilə bağlı axtarışlarını davam etdirib.
İraq həbsxanasında kütləvi aksiya — 42 terrorçu edam edildi
İraqın Ən-Nəsriyyə şəhərindəki həbsxanada kütləvi edam həyata keçirilib. Terrorçuluqda ittiham edilən 42 nəfər edam edilib. Bu barədə İraqın ədliyyə nazirliyi məlumat verib. Məhkumların qohumları da edam aktında iştirak edib.
Eks first - ledi İstanbulda konsert verəcək
Keçmiş Fransa prezidenti Nicolas Sarkozinin həyat yoldaşı müğənni Carla Bruni yeni albomunu tanıtmaq üçün İstanbulda konsert verəcək. “Olaylar” bildirir ki, eks ledinin albomu oktyabr ayında çıxacaq. Carla Bruni "French Touch" adlı yeni albomu dekabrın 13- də İstanbul Zorlu PSM – də baş tutacaq.
Məşhur rəsm əsəri 400 ildən sonra tapıldı
Dünyanın məşhur rəsm əsəri 400 ildən sonra tapılıb. BBC xəbər verir ki, flamand rəssamı Piter Paul Rubensin həmin əsəri “Buckingham Duke” adlanır. XVII əsrdə yaşamış sənətçinin portreti “BBC Four” kanalında yayımlanan “Britaniyanın itmiş şah əsərləri” proqramında Bendor Qrosvenor tərəfindən təqdim edilib.
Adolf Hitler nüvə bombası hazırlayıb— Gizli mərkəz üzə çıxdı
Dəfinə ovçuları Almaniyada yeni arxeoloji kəşfə imza atıblar. Oranienburq şəhəri ətrafında tapılan əşya nasistlərin nüvə bombasının komponenti olub. Həvəskar arxeoloqun fikrinə əsasən, radiaktiv metal parçası İkinci dünya müharibəsi dövründə gizli tədqiqat mərkəzinin mövcudluğunu sübut edir. Bu mərkəzdə nüvə silahı hazırlanıb.
Şoumendən hamilə qalıb, abort etdirən müğənni canlı yayımda hönkürdü - VİDEO
Məşhur şoumen Mehmet Ali Erbilin hamilə edib, sonra da uşağını abort etdirmək istədiyi keçmiş sevgilisi müğənni Nevin canlı yayıma çıxaraq ağlayıb. Nevin məcbur qalaraq uşağı abort etdirib.
Bakı və Abşeronda 20 yaşayış məntəqəsi palçıq vulkanının ərazisində salınıb
Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb. Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır. Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.
Yunanıstanda TƏTİL - Bu dəfə KİV-lər edir
Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir. Bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur. Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.
Ağ Evdə TERROR HƏYƏCANI
Amerika Birləşmiş Ştatları prezidentinin baş qərargahı olan Ağ Evdə terror həyəcanı yaşanıb. ABŞ-ın Gizli Kəşfiyyat İdarəsi əməkdaşları Ağ Evin yanında silahla dolu avtomobil aşkar edib. Avtomobilin içində 9 ədəd silah, 3 bıçaq, silahsusdurucu və müxtəlif sursatlar olub. Rəsmi açıqlamaya görə, hadisə ilə bağlı bir şübhəli şəxs nəzarətə götürülüb.
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR
İnsanlıq tarixində ən böyük nəqliyyat qəzalarının önündə gələn, üzərindən 100 il keçsə belə, hekayəsi dillərdən düşməyən, dövrünün ən müasir texnologiyalarına sahib olan nəhəng “Titanik” gəmisinin batmasına həqiqətənmi kiçik bir buz kütləsi səbəb olub?














