Dünya
Sakit okeanda 6,4 bal gücündə zəlzələ
Sakit okeanda 6,4 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanlar okeanın Fici adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların dərinliyi 98 kilometr olub.
Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi
Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib. Nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb. İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu.
Dünyanın ən bahalı brendləri açıqlandı
“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. “Apple” korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub.
Səfirlik mühasirəyə alındı
Mikroavtobus atəşə tutuldu
Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar. Mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Çində "WhatsApp" messenceri bağlandı
Kürdlərin müstəqillik referendumunun nəticələri açıqlandı
General Asapov Suriyada necə öldürülüb...
"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək
Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?
Fövqəladə vəziyyət elan olundu
İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub. Bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib. Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Fövqəladə vəziyyət sabaha qədər qüvvədə olacaq.
Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb
Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər. Alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb.
Yeni robot insan kimi yeriməyi öyrənir
Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb
Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 12 sentyabrda təqdim edilmiş “iPhone 8 Plus” smartfonunun kamerasının işini maksimum balla qiymətləndirib. Sözügedən smartfon yoxlama zamanı 94 bal toplayıb. “iPhone 8” smartfonunda bu göstərici 92 bala bərabərdir. Beləliklə, “DxOMark” xidməti tərəfindən tərtib edilmiş reytinqdə “Apple”ın yeni qurğuları bundan əvvəl liderlik edən “Google Pixel” və “HTC U11” smartfonlarını sıxışdıraraq ilk yerləri tutublar. İndi “iPhone 7 Plus” və “iPhone 7” smartfonları müvafiq olaraq beşinci və altıncı yerləri bölüşürlər.
İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...
İndoneziyanın Bali adası vulkan püskürməsi təhlükəsi ilə üz-üzə qalıb. Adadakı Aqunq vulkanından yüksələn duman buludu və bölgədə hiss edilən zəlzələlər fövqəladə vəziyyətin yaranmasına səbəb olub. Bölgənin yaşayış obyektlərindən 50 000 sakin təxliyə edilib. Sakinlər ada ətrafındakı müvəqqəti düşərgələrdə, idman zallarında və qonaq evlərində yerləşdirilib.






.jpg)







