Çində "WhatsApp" messenceri bağlandı

Çin hakimiyyəti "Facebook"a məxsus olan "WhatsApp" messencerini bağlayıb.

"A24.az" "The New York Times"a istinadən xəbər verir ki, "WhatsApp" "Facebook"un bu ölkədə istifadəsi mümkün olan sonuncu məhsulu idi.

Sosial şəbəkənin özü Çində 2009-cu ildə qadağan olunub.

Bu ölkədə "Instagram" da bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31