Dünyanın ən bahalı brendləri açıqlandı

“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. “Apple” korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub.

"Interbrand" konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. "Apple" korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub.

Brendin dəyəri ötən il 3% yüksələrək 184,2 mlrd. dollar təşkil edib. İkinci yerdə dəyəri 141,7 mlrd. dollar olan "Google", üçüncüdə isə "Microsoft" (80 mlrd. dollar) qərarlaşıb. 2016-cı ildə "Google"-un dəyəri 6%, "Microsoft"-un isə 10% artıb.

İlk onluğa Coca-Cola ($69,7 mlrd.), Amazon ($64,7 mlrd.), Samsung ($56,2 mlrd.), Toyota ($50,3 mlrd.), Facebook ($48,2 mlrd.), Mercedes ($47,8 mlrd.) və IBM ($46,8 mlrd.) yer alıb. APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31