Dünya

Çavuşoğlu: “Türkiyə hərbi əməliyyata başlayacaq”

25 Sentyabr 2017 17:07

“Şimali İraq kürd muxtariyyəti türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə edərsə, Türkiyə tərəfindən dərhal hərbi əməliyyata başlanılacaq”. Bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Dominos pizza"da sevişən cütlük üzr istədi - "Çox peşmanam, özümdə deyildim"

25 Sentyabr 2017 16:28

Bu ilin fevral ayında "Dominos pizza"da hər kəsin gözü qarşısında cinsi əlaqədə olan cütlük "The Sun" vasitəsi ilə hər kəsdən üzr istəyib. Fevral ayında kassanın qarşısında 31 yaşlı sevgilisi ilə cinsi əlaqədə olan 29 yaşlı Daniella Hirst hərəkətinə görə peşman olduğunu söyləyib. O bildirib ki, həmin vaxt sərxoş olub. Buna səbəb isə onların həbsə girmək təhlükələrinin olmasıdır.

Ərdoğan: "Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib"

25 Sentyabr 2017 16:13

Türkiyə islahatları davam etdirəcək, lakin Avropa İttifaqına (Aİ) daxil olmaq üçün yox. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyə hökumətində islahatlara ehtiyac vardı və islahatlar aparıldı.

Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu

25 Sentyabr 2017 15:23

Dünən gecə Suriyanın İdlib, Həmas və Latakiya bölgələrinə hərbi hava hücumları təşkil edilib. Əməliyyat nəticəsində 18 dinc sakin həlak olub, 30-u yaralanıb. Yerli qaynaqlardan verilən məlumata görə, adı çəkilən bölgələrə həftə ərzində 60-dan çox hava hücumu təşkil edilib. Nəticədə bölgədə həlak olanların sayı 61-ə çatıb.

Ermənistanda zavod partladı

25 Sentyabr 2017 14:49

Rusiyada adamyeyənlər ailəsi tutuldu

25 Sentyabr 2017 14:32

Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Artıq amansız qətllərin yeddi epizodu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut edilib. Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.

Sirr çözüldü: Piramidaları yadplanetlilər tikib? 

25 Sentyabr 2017 14:06

Əsrarəngiz Misir piramidalarının necə tikilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, alimlər nəhayət ki, bu suala cavab tapıblar.  Misirdəki ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunmuş 2 tonluq daşların Nil çayı vasitəsilə daşındığı üzə çıxıb.

Dünyanın ən kök qadını öldü

25 Sentyabr 2017 14:04

Dünyanın ən kök qadını kimi tanınan 37 yaşlı qadın hospitalda ölüb.  Eman Abdul Atti ürəyində və böyrəyində ciddi problemləri olduğuna görə Əbu-Dabidəki Burjeel Hospitalında həyatını itirib.

İmama hücum etdilər - İngiltərədə 

25 Sentyabr 2017 13:54

İngiltərənin Mançester şəhərində yerləşən Altrinçam İslam Mərkəzinin imamı anti-islamçıların hücumuna məruz qalıb. Boynundan bıçaqla yaralanan imam Nassər Kurdi təcili xəstəxanaya yerləşdirilib.

Tramp məşhur idmançılarla "savaş"a çıxıb - Onlara de ki, ayağa qalxsınlar! 

25 Sentyabr 2017 13:32

ABŞ prezidenti Donald Tramp ABŞ himni ifa olunarkən diz üstə çökərək etiraz nümayişi keçirən oyunçular cəzalandırılmayana qədər azarkeşləri NFL Milli Futbol Liqasını boykot etməyə çağırıb. İdman aləmi ilə Tramp arasında böyüyən qalmaqalın gedişində ABŞ prezidenti təkrar bildirib ki, milli himn çalınarkən ayağa qalxmayan oyunçular qovulmalı və ya çıxışlardan kənarlaşdırılmalıdır. Prezident Trampın bu şərhləri pislənilərək "təhqiredici" və "ayrı-seçkilik yaradan" bəyanatlar kimi qiymətləndirilib.

Məktəbdə yanğın - 900-a yaxın şagird təxliyə edildi - Rusiyada

25 Sentyabr 2017 13:30

Sankt-Peterburqda orta məktəblərin birində baş verən yanğınla əlaqədar 900-ə yaxın adam təxliyə edilib. Yanğın binanın 3-çü mərtəbəsində, musiqi otağında başlayıb. Yanğının qarşısının alınması üçün 6 maşın və 40-a yaxın yanğınsöndürən cəlb edilib.

Qarşılayın, nasistlər gəldilər - Alman seçkiləri Bakı üçün nə deməkdir?

25 Sentyabr 2017 13:29

Almaniyanın baş naziri Angela Merkelin başçılıq etdiyim CDU/CSU alyansı ölkə parlamentinə (bundestaq) keçirilən seçkiləri uduzub. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, CDU/CSU alyansı səslərin 33 faizini qazanıb. Almaniya Sosial-Demokrat Partiyası (SPD) 20,5 faiz səs yığarapq ikinci yeri tutub. Bu isə alyansın tarixində ən pis göstəricidir. Almaniya sosial-demokratlarının lideri Martin Şults seçkilərdə məğlubiyyətini etiraf edib: "Məğlubiyyətimizin səbəbi ənənəvi seçicilərimizə məramımızı anlada bilməməyimizdir". Ultrasağçı, neonasist "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AFD) hərəkatı səslərin 12,6 faizini əldə edib.

Səhər saatlarında 16 yaşlı qızı zorlamaq istəyən şəxs tutuldu

25 Sentyabr 2017 12:30

İstanbulda ötən gün səhər saat 9 radələrində təcavüz olayı baş verib. 16 yaşlı A.N.G. adlı qıza ədəbsiz sözlər deyən sərxoş şəxs, onun ağzını yumaraq yerə yıxıb. Qızın qışqırtısını eşidən təhlükəsizlik əməkdaşları şübhəlini ələ keçirib. 24 yaşlı Y.K. təcavüz iddiasını rədd edərək, qızın onu söydüyünü deyib.

ABŞ dövlət katibindən qeyri-obyektiv yanaşma

25 Sentyabr 2017 11:57

Birləşmiş Ştatların dövlət katibi Rex Tillerson Ermənistanın müstəqilliyinin 26-cı ildönümü ilə bağlı işğalçı ölkə rəhbərliyinə ünvanladığı məktubda İrəvanı bir xeyli tərif edib. “OLAYLAR” -ın verdiyi xəbərə görə. Tillerson Ermənistanı nə qədər təəccüblü olsa da, dünyada sülhə və təhlükəsizliyiə verdiyi töhfəyə görə təqdir edib. Amerikanəın dövlət katibi iddia edib ki, Ermənitan xüsusilə regionda ülhün və təhlükəsizliyin təmin olunmasında böyük çaba göstərir və bundan dolayı İrəvana minnətdardır.