Ermənistanda zavod partladı

Ermənistanda spirtsiz içkilər istehsal edən "Sipan" zavodunda partlayış baş verib. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zavod Abovyan şəhərində yerləşir. Partlayış nəticəsində xəsarət alanların olduğu deyilir. Zavodun binası uçmaq təhlükəsi ilə üzləşib. Hazırda xilasetmə işləri aparılır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31