Rusiyada adamyeyənlər ailəsi tutuldu

Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Artıq amansız qətllərin yeddi epizodu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut edilib. Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.

Rusiyanın Krasnodar vilayətinin ərazisində hüquq-mühafizə orqanları adamyeyən ailəni ifşa ediblər. Artıq amansız qətllərin yeddi epizodu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut edilib.

Polis əməkdaşları aydınlaşdırıblar ki, cinayətkarların ailəsi 1999-cu ildən insanları oğurlayaraq öldürür və öz qurbanlarını hissə-hissə yeyirdilər.

İlkin informasiyaya görə, ər-arvad 30 nəfərin qətlinə görə cinayət işinə cəlb oluna bilər. Cinayətlərlə bağlı bütün materiallar Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsinə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31