Dünya
Türkiyə türkləri “Kürdüstan”dan geri çağırdı
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraq Kürd Muxtariyyətini tərk etməyə çağırıb. Bu barədə bəyanat nazirliyin saytında yerləşdirilib.
Türkiyə İraqla sərhəd qapısını bağladı – Son dəqiqə
Türkiyə İraqla sərhəd qapısı olan Haburu birtərəfli olaraq bağlayıb. Hazırda Şimali İraqdan Türkiyəyə giriş dayandırılıb. Türkiyədən İraqa isə yalnız TIR-ların girməsinə icazə verilir.
Boşanma ərəfəsində olan cütlük görüşməyə davam edir
Keçmiş model Demet Şener boşanma ərəfəsində olduğu həyat yoldaşı, basketbolçu İbrahim Kutluayla görüşməyə davam edir. Bu barədə danışan model bunu uşaqları üçün etdiyi bildirib.
İraq Kürdüstanında səsvermə başlayıb
İraq Kürdüstanında referendum başlayıb. Bu gün səhər saatlarında başlayan səsvermə 12 saat davam edəcək. Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani bu gün İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib.
Türkiyə referendum keçirilməsi ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb. Bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb. Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: "Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə, İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.
Angela Merkelin başçılıq etdiyi alyans qalib gəldi
Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib. Bu barədə Almaniya MSK-nın məlumatında bildirilir. Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%. Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%), Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.
Rusiya generalı Suriyada öldürüldü
Suriyada Rusiya generalı həlak olub. Generalın ölümü barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, general-leytenant Valeri Asapov Suriyada terrorçular tərəfindən “Deyr əz Zor” şəhərində yerləşdirilmiş mina partlayışı nəticəsində vəfat edib.
Maşını partladılan "nazir" danışdı
Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir. Bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib. “Ukraynanın hərəkətləri barədə danışmaq hərdən çox çətin olur. Terror yolunu tutan hər kəs özü terrorçuya çevrilir. Hazırda Ukrayna terrorçular ölkəsidir. Onların müharibə aparmaq qaydaları – diversiya, zəhərləmə cəhdləri, partlayış – İŞİD-lə eynidir”, - Timofeyev bildirib.
Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO
Türkiyədə güclü zəlzələ baş verdi - Əhali təşviş içində
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi
Aparıcı Özge Uzun boşandığı həyat yoldaşı, “CBC Sport” kanalının baş direktoru Volkan Üstlə ikinci dəfə nikah masasına oturub. 10 il ailəli qalan Özge 2014-cü ildə Volkanla birinci məhkəmədə boşanmışdı. 3 il ayrı qaldıqdan sonra cütlük yenidən barışıb. Onların ikinci nikah mərasimi Bakıda baş tutub. Toydan fotolar sosial şəbəkədə paylaşılıb.
Məşhur futbolçu qəzaya düşdü
“Real Madrid”in hücumçusu Kərim Benzema yüngül avtomobil qəzası keçirib. “Audi RS6” markalı avtomobili idarə edən 29 yaşlı forvard “Nissan Note” ilə toqquşub. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb. Hər iki sürücü testdən keçsə də, onların sərxoş olmadığı müəyyənləşib.
İŞİD-in yeni təbliğat vasitəsi: İNSTAGRAM
“Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdə tez-tez izləməyə alınan cihadçı hesabların, təbliğat üçün İnstagram-a da yönəldiyi bildirilir. İntagramda 50 mindən çox İŞİD tərəfdarının hesabı olduğu müəyyən edilib. Cihad təbliğatı aparan hesabların, təşkilatın təqdimatını keçirmək üçün “stories” (hekayələr) bölümündən istifadə etdikləri də ifadə edilir. “Facebook”un 2012-ci ildə satın aldığı “İnstagram”ın bir il əvvəl başladığı hekayələr bölməsində paylaşılan şəkil və ya video, 24 saat ərzində silinir. İŞİD tərəfdarlarının İnstagram sosial şəbəkəsinin məhz bu bölümündən istifadə etdiyi iki “stories”də, İŞİD bayrağı yelləyən bir körpə ilə başı kəsilmiş bir cəsədin olduğu bildirilib.
Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI
Nəzakətli və ağıllı yaponlar əldə etdiyi uğurlara və kəşflərinə görə, bütün dünyada örnək göstərilir. Bəs yaponların bu qədər uğur qazanmasının sirri nədir? Aparılan bir çox araşdırmalar göstərir ki, bu xalqın uğurları onların təhsil sistemindən asılıdır. 4-cü sinfə qədər imtahan yoxdur Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir.














