Dünya
ABŞ-da iki polis zabiti güllələndi
ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib. Hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib. Hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.
Birinci xanım 1380 dollarlıq köynəkdə tərəvəz əkdi
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yeniyetmələrin “Boys and Girls Club” kampaniyası çərçivəsində tərəvəz əkib. Birinci xanım bostanda işləmək üçün “Balmain”dən 1380 dollarlıq köynək geyinib. Şitilləri torpağa basdıran 47 yaşlı Melaniyanın köynəyinin qiyməti sosial şəbəkə istifadəçilərinin növbəti müzakirə mövzusu olub.
Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı. Bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy “Espresso.TV”nin efirində bildirib. “İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib”, - Bezsmertnıy deyib.
İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ
Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var
Türkiyənin Hakkari bölgəsinə İraqın şimalındakı Hakurk bölgəsindən silahlı hücum olub. Hücum nəticəsində ölən və yaralananlar var.
Məşhur serial yenidən efirdə
Helikopter qəzaya uğradı
ABŞ-da iki güclü zəlzələ
ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib. 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib. İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.
“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb
22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş “iPhone 8” və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb. Bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni “iPhone” smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.
Sifəti tanıyan qapı zəngi yaradılıb
"Nest Labs" şirkəti insanların sifətini tanıyaraq onlarla müstəqil danışa bilən "Hello" qapı zəngini təqdim edib. Bunun üçün zəng istifadəçisi tanışlarının fotoşəkillərini əvvəlcədən qurğunun məlumat bazasına daxil etməlidir. Qurğu "Google" şirkətinin mütəxəssislər tərəfindən hazırlanan sifətin tanınması sistemindən istifadə edir. Əvvəllər sistemdən "Nest Labs" şirkətinin buraxdığı müşahidə kameralarında istifadə olunub.
2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub
“Trend Micro” şirkətinin ekspertlərinin hesablamasına görə, 2017-ci ilin birinci yarısına görə, kiberhücumlardan dəymiş qlobal zərərin həcmi 4 milyard ABŞ dolları təşkil edib. Mütəxəssislər kiberfırıldaqçılıq, biznes istifadəçilərə hədəflənmiş “Business Email Compromise” (“BEC”) tipli fişinq hücumları, həmçinin “əşyalar interneti”nə müdaxilə hallarının artmasını qeyd ediblər. “Trend Micro” şirkəti 2017-ci ilin yanvar-iyun ayları ərzində fırıldaqçılıq üçün zərərverici proqram təminatından istifadəyə əsaslanan 82 milyondan çox təhlükə, həmçinin 3 mindən çox “BEC” hücum cəhdi aşkar ediblər. Bununla əlaqədar olaraq ekspertlər müəssisələrə ilk növbədə effektiv mühafizə sisteminin yaradılmasına maliyyə ayırmağı tövsiyə ediblər, çünki kiberhücumların nəticələri şirkətlərə baha başa gəlir.
İraq ordusu bomba yüklü maşınları məhv etdi
İspaniya Kataloniyaya ordu yeritdi
İspaniya hökuməti Kataloniyaya xüsusui təyinatlı polis ordusu göndərib. Hökumət bunu qanundankənar elan edilməsinə rəğmən 1 oktyabrda keçiriləcək müstəqillik referendumundan dolayı küçələrdə yaranan gərginliyin azaldılması üçün etdiyini açıqlayıb. İspaniyanın daxili işlər naziri Xuan İqnasio Zoido hökumətin təhlükəsizlik və jandarm dəstlərini göndərmək qərarı haqqında Kataloniyanın daxili işlər naziri J.Forna bilgi verib.
Tillerson istefa verir? - Özü cavab verdi ki...
Reks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır. Daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.
Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”
Kanadanın baş naziri Castin Trudeau BMT-nin 72-ci ümumi iclasında debüt edib. O, çıxışı zamanı hökumətin yerli xalqı istismar edərək alçaltdığını deyib. Baş nazir daha əvvəl də yerli xalqlara edilən zülmləri gündəmə gətirmişdi. Bu məsələni bir daha BMT-dəki çıxışında dilə gətirən baş nazir istismar və müstəmləkəçiliyin yaxşı təhsil və təmiz su kimi tələbatlara ehtiyac duyan Kanadanın yerli xalqına zərər verdiyini bildirib.














