Dünya

Saakaşvili Lvov məhkəməsinə gəlmədi

22 Sentyabr 2017 15:41

Ukraynanın Lvov vilayətinin məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin Ukrayna dövlət sərhədini qeyri-qanuni keçməsinə dair işə baxılmasını davam etdirib.  M.Saakaşvili iclasa gəlməyib və bunu bu günə planlaşdırılan mitinqlərlə əlaqələndirib.

Hindistan Pakistan sərhədini vurdu – Ölənler var

22 Sentyabr 2017 15:10

Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib. Bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib.

İranda partlayış: 5 ölü, 14 yaralı

22 Sentyabr 2017 15:07

İranın Qum şəhərində ikimərtəbəli mehmanxanada qaz balonu partlayıb. Şəhərin mərkəzində yerləşən “Məsumə” hərəminin yaxınlığında baş verən hadisə nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb, zəvvarların qaldığı otel tamamilə çöküb. Dağıntılar altında çoxlu insan qaldığı bildirilir.

30 ilə 145 diplom alan hindistanlı

22 Sentyabr 2017 14:54

Hindistanın Çennai şəhərində dərs deyən professor Partiban 30 il ərzində 145 diplom alıb.  Partibanın müxtəlif sahələrdə dərəcələri var və kolleclərdə 100-dən artıq dərs deyir. Professorun nailiyyətləri siyahısında hüquq, kommersiya, incəsənət, inzibatçılıq və digər sahələr üzrə magistr dərəcələri var. 50 yaşlı professorun sözlərinə görə, o, hər zaman yeni bir şeylər öyrənmək həvəsindədir. 

Rusiyada mədəndə qəza: 180 işçi təxliyə edildi

22 Sentyabr 2017 14:49

Rusiyanın Vorkuta şəhərində mədənlərin birində 180-nə yaxın mədənçi təxliyə olunub. Buna mədəndə baş vermiş tüstülənmə səbəb olub.

İran yeni ballistik raketi təqdim etdi

22 Sentyabr 2017 13:21

İran Tehranda keçirilən hərbi paradda yeni ballistik raketi təqdim edib. Bu haqda briqada generalı Əmir Əli Hacızadehə istinadən Press TV telekanalı bildirib. “Khorramshahr” adlanan raketin uçuş məsafəsi 2 min kilometrdir. Raket bir neçə döyüş başlığı daşıya bilir. Təqdimat mərasimində İran prezidenti Həsən Ruhani və ordunun yüksək vəzifəli rəsmiləri iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, ölkə raket kompleksinin imkanlarını gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, heç bir ölkə Tehrana öz raket potensialını gücləndirməyə mane ola bilməyəcək.

Bali adasında təxliyə - Vulkan fəallaşdı

22 Sentyabr 2017 12:26

İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar minlərlə adam təxliyə olunub. Vulkan hələlik püskürməsə də, fəallığı nəzər alaraq sakinlər könüllü şəkildə təxliyə olmağa razılıq veriblər.

Ukraynada azərbaycanlı avtoritetlər tutuldular - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ 

22 Sentyabr 2017 12:11

Ukrayanın cənubi-şərqində yerləşən Kirovoqrad vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyatın gedişatında “Şaşlıçnıy” restoranında keçirilən “Sxodka”da iştirak edən 27 kriminal avtoritet saxlanılıb. Restoranda Ukraynanın mərkəz regionunun - Kirovoqrad, Dneprepetrovsk və Nikolayev vilayətlərinin kriminal avtoritetlərinin toplantısı keçirilirdi. Təsir sahələrinin yenidən bölüşdürülməsi üzrə məsələnin həlli avtoritetlərin görüşünün əsas məqsədi olub.

Türkiyəli alimlər: "Susuzluq Altsheymer xəstəliyinə səbəb olur"

22 Sentyabr 2017 11:52

Türkiyəli alimlər bildiriblər ki, orqanizmdə bir faiz su itkisi zamanı beyinin fəaliyyəti 5 faiz geriləyir. Anadolu agentliyinin xəbərinə görə, su itkisi 2 faizə yüksələrsə, qısa müddət ərzində yaddaş zəifləyir və yeni öyrənilənlər tezliklə unudulur. Diqqətin toplanması çətinləşir, riyazi məsələlərin həllində problemlər yaranır. Su itkisinin uzun müddət davam etməsi isə Altsheymer xəstəliyinə zəmin yaradır.

Şahzadənin  kateri batdı

22 Sentyabr 2017 11:44

Səudiyyə Ərəbistanının Vəlihədi Şahzadə Məhəmməd bin Salmanın 550 milyon dollarlıq kateri Qırmızı dənizdə batıb.  “Asrar Arabia” adlı mətbuat orqanı katerin 23 avqustda batdığını və ona ciddi zərər dəydiyini bildirib.

Hakkaridə silahlı qarşıdurma

22 Sentyabr 2017 11:26

Suriyanın Hakkari şəhərində təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı arasında silahlı qarşıdurma yaşanıb. Hadisə nəticəsində ordunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb.

42 yaşında 20-ci dəfə ana oldu

22 Sentyabr 2017 11:09

Adətən müasir dövrdə qadınlar 2-3 övladdan artıq körpə dünyaya gətirmək istəmirlər. Hamiləlik orqanizmin ən çətin dövrü, uşaq böyütmək isə insan həyatının ən məsuliyyətli və ağır mərhələsidir. Lakin britaniyalı Syu Redford bu çətinliklərdən qorxmur. O, bu yaxınlarda düz 20-ci dəfə ana olub.  42 yaşlı Syu sonuncu övladı – oğlu Arçini sentyabrın 18-də dünyaya gətirib. Xanım Redfordun sözlərinə görə, 20-ci övladı da çox arzulanan və gözlənilən olub.

Taylandda PARTLAYIŞ

22 Sentyabr 2017 10:44

Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib. Partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər isə yaralanıb. Regional Hərbi Komandanlığın nümayəndəsinin verdiyi məlumata görə, güclü əldədüzəltmə partlayıcı qurğu yolda yerləşdirilib. Həmin yolda patrul maşını keçərkən qurğu işə düşməsi nəticəsində partlayış baş verib.

Mark Zukerberqdən sensasiyalı açıqlama - Facebook-dakı çirkab sübut olundu 

22 Sentyabr 2017 10:30

"Sosial şəbəkələr, xüsusilə də Facebook demokratik dəyərlərin dəstəklənməsinə və inkişafına yönəlib. Facebook-dan demokratiyaya qarşı istifadə olunmasına yol verməyəcəyəm. ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı Rusiyada müxtəlif strukturlar Facebook-da çoxsaylı siyasi reklam alıblar. Bu reklam elanları barədə məlumatları Birləşmiş Ştatlardakı seçkilərə Rusiyanın müdaxiləsinin araşdırılması ilə bağlı Konqresdə yaradılmış komissiyaya təqdim edəcəyik. Facebook-dakı çirkab sübut olundu". 

Özcan Deniz ata olacaq

22 Sentyabr 2017 10:19

Türkiyəli rejissor-aktyor Özcan Deniz ata olacaq. 45 yaşlı sənətçinin özündən 20 yaş kiçik sevgilisi Feyza Aktan hamilədir. Evlənməyə hazırlaşan cütlük şad xəbəri yaxınları ilə də bölüşüb.