İranda partlayış: 5 ölü, 14 yaralı

İranın Qum şəhərində ikimərtəbəli mehmanxanada qaz balonu partlayıb. Şəhərin mərkəzində yerləşən “Məsumə” hərəminin yaxınlığında baş verən hadisə nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb, zəvvarların qaldığı otel tamamilə çöküb. Dağıntılar altında çoxlu insan qaldığı bildirilir.

İranın Qum şəhərində ikimərtəbəli mehmanxanada qaz balonu partlayıb.

Şəhərin mərkəzində yerləşən "Məsumə" hərəminin yaxınlığında baş verən hadisə nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb, zəvvarların qaldığı otel tamamilə çöküb. Dağıntılar altında çoxlu insan qaldığı bildirilir.

Yanğınsöndürmə mərkəzinin sözçüsü Həmid Kərimi bildirib ki, hadisədə yaralanan və ya dağıntılar altında qalanları xilas etmək üçün olay yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb edilib. Partlayışda ölən və ya xəsarət alanların əksəriyyəti İraq vətəndaşı olan zəvvarlardır.

Hadisənin səbəbləri araşdırılır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31