Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı. Bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy “Espresso.TV”nin efirində bildirib. “İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib”, - Bezsmertnıy deyib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı.

Bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy "Espresso.TV"nin efirində bildirib.

"İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib", - Bezsmertnıy deyib.

Onun sözlərinə görə, həmin vaxt dövlətin rəhbərləri bu haqda jurnalistlərə bildirməmək qərarına gəldilər.

Diplomat qeyd edib ki, Kremldə 2005-ci ildə rəsmən prezident Viktor Yuşenkonun diskreditasiyası planı təsdiq edilmişdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31