Tillerson istefa verir? - Özü cavab verdi ki...
Reks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır. Daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.
22 Sentyabr 2017 17:09 DünyaReks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır. Daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.
R.Tillerson bu xəbərləri şərh edərkən deyib: "Düşünürəm, bizim dövlət katibimiz var və o, öz postunda qalmağı planlaşdırır".
Qeyd edək ki, ötən gün bu xəbərlərə münasibət bildirən N.Xeyli də dövlət katibi olmaq fikrində olmadığını qeyd edib. Trend.az