“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş “iPhone 8” və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb. Bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni “iPhone” smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.

22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş "iPhone 8" və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb. Bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni "iPhone" smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da "iPhone 8" və "iPhone 8 Plus" smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.

20 yaşlı "Youtube" bloqeri Mazen Kuruş yeni nəsil "iPhone" smartfonunun ilk alıcısı olub. O, dostları ilə birgə smartfonların təqdimatından sonra "Apple"ın mağazasının yanında çadır qurub.

Bu halda "CNet" nəşri qeyd edir ki, yeni qurğular üçün növbələrin uzunluğu əvvəlki kimi deyildi. Belə ki, çoxları səbirsizliklə 3 noyabrda satışa çıxarılacaq "iPhone X" smartfonunu gözləyir. Ictnews/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31