Maşını partladılan "nazir" danışdı

Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir. Bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib. “Ukraynanın hərəkətləri barədə danışmaq hərdən çox çətin olur. Terror yolunu tutan hər kəs özü terrorçuya çevrilir. Hazırda Ukrayna terrorçular ölkəsidir. Onların müharibə aparmaq qaydaları – diversiya, zəhərləmə cəhdləri, partlayış – İŞİD-lə eynidir”, - Timofeyev bildirib.

Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir. Bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib.

"Ukraynanın hərəkətləri barədə danışmaq hərdən çox çətin olur. Terror yolunu tutan hər kəs özü terrorçuya çevrilir. Hazırda Ukrayna terrorçular ölkəsidir. Onların müharibə aparmaq qaydaları - diversiya, zəhərləmə cəhdləri, partlayış - İŞİD-lə eynidir", - Timofeyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl qondarma Donetsk Xalq Respublikasının mərkəzi Donetsk şəhərində baş verən güclü partlayışın əsas hədəfi olaraq Aleksandr Timofeyev göstərilmişdi. Onun yaralandığı bildirilirdi. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31