İŞİD-in yeni təbliğat vasitəsi: İNSTAGRAM
“Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdə tez-tez izləməyə alınan cihadçı hesabların, təbliğat üçün İnstagram-a da yönəldiyi bildirilir. İntagramda 50 mindən çox İŞİD tərəfdarının hesabı olduğu müəyyən edilib. Cihad təbliğatı aparan hesabların, təşkilatın təqdimatını keçirmək üçün “stories” (hekayələr) bölümündən istifadə etdikləri də ifadə edilir. “Facebook”un 2012-ci ildə satın aldığı “İnstagram”ın bir il əvvəl başladığı hekayələr bölməsində paylaşılan şəkil və ya video, 24 saat ərzində silinir. İŞİD tərəfdarlarının İnstagram sosial şəbəkəsinin məhz bu bölümündən istifadə etdiyi iki “stories”də, İŞİD bayrağı yelləyən bir körpə ilə başı kəsilmiş bir cəsədin olduğu bildirilib.
24 Sentyabr 2017 16:25 Dünya"Facebook", "Twitter" və "YouTube" kimi sosial şəbəkələrdə tez-tez izləməyə alınan cihadçı hesabların, təbliğat üçün İnstagram-a da yönəldiyi bildirilir. İntagramda 50 mindən çox İŞİD tərəfdarının hesabı olduğu müəyyən edilib. Cihad təbliğatı aparan hesabların, təşkilatın təqdimatını keçirmək üçün "stories" (hekayələr) bölümündən istifadə etdikləri də ifadə edilir. "Facebook"un 2012-ci ildə satın aldığı "İnstagram"ın bir il əvvəl başladığı hekayələr bölməsində paylaşılan şəkil və ya video, 24 saat ərzində silinir. İŞİD tərəfdarlarının İnstagram sosial şəbəkəsinin məhz bu bölümündən istifadə etdiyi iki "stories"də, İŞİD bayrağı yelləyən bir körpə ilə başı kəsilmiş bir cəsədin olduğu bildirilib. Hekayələr bölümündən istifadə edən təbliğat hesabları, həyatın normal axarını göstərən bölgülərdə da tapılır. Biçin aparan fermerlər, yol təmiri kimi sahələrdə çalışanları göstərməklə bu hesabın onlara aid olmadığı, başqa sadə bir adama aid olduğunu göstərməyə çalışırlar. Aparılan araşdırmalar zamanı, "İnstagram"dakı ən az 10 min hesabın İŞİD-lə "çox sıx əlaqəsi" olduğunu müəyyən edilib. Times qəzetində yer alan xəbərə görə, bu hesablarda paylaşılanların 30 faizi İŞİD təşkilatına aiddir.
A24.Az