Sosial

Tanınmış araşdırmaçı səyyah Multikulturalizm Mərkəzində

1 İyun 2017 14:46

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

Xəzər dənizinin sahilində monitorinqlər

1 İyun 2017 14:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür.

ADMİU-da İKT-dən istifadənin aktuallığı mövzusunda konfrans

1 İyun 2017 14:19

Mədəniyyət və İncəsənət Universitetində “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı” mövzusunda tələbələrlə elmi-nəzəri konfransı keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki,  professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva, Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, İqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

Nərimanovda dördmərtəbəli tikili yanıb

1 İyun 2017 14:12

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair dissertasiya müdafiə olunub

1 İyun 2017 14:10

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb.

Terrorizmə qarşı mübarizə niyə nəticə vermir?

1 İyun 2017 14:08

Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda hətta inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır.

Ailədaxili problemlər nədən qaynaqlanır?

1 İyun 2017 13:56

Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də ailədaxili problemlərin artmasıdır. Demək olar ki, əksəriyyət ailələrdə bu və ya digər formada problemlər meydana çıxır. Bəzən ailələr həmin problemləri qarşılıqlı anlaşma şəraitində həll edə bilsə də, müəyyən qism ailələrdə isə qarşılıqlı anlaşma və bir-birinə güzəşt etməmə səbəbindən həmin ailə ya dağılır, ya da o ailədə etimad mühiti tamamilə yox olur. Bəs görəsən ailədaxili poblemləri necə aradan qaldırmaq məsləhətdir? Ümumiyyətlə, belə bir problemin meydana gəlməməsi üçün hansı addımlar atmaq zəruridir?

Xarici ölkədə olduqda da çıxarışlar almaq mümkün olacaq

1 İyun 2017 13:47

Ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapdı. Beləki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.

Qadın sürücü dəhşətli qəza törətdi

1 İyun 2017 13:36

 Bakıda ölümlə nəticələn yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi “Toyota” markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi “Hyundai” və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi “Volkswagen” markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb. Faktla bağlı araşdırma aparılır.

“Excelsior Hotel & Spa Baku” oteli yenə birinci oldu

1 İyun 2017 13:35

“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanıb.

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı keçiriləcək  

1 İyun 2017 13:27

İyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı baş tutacaq. ADA Universitetində təşkil olunacaq bu konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. “OLAYLAR”-ın xəbərinə görə, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.

839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub

1 İyun 2017 13:27

Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb. 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub.

Komitə sədri: Uşaqların təhsildən yayınmasının səbəbi internetdən yanlış istifadədir

1 İyun 2017 13:25

“Bu gün uşaqların təhsildən yayınmasının, onlara qarşı zorakIlıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir”.

Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

1 İyun 2017 13:14

İyunun 2-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə  arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Media nümayəndələri düşmənlə 500 metr məsafədə

1 İyun 2017 13:10

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.